gözəl
gözətləmək
OBASTAN VİKİ
Gözətçi qülləsi
Gözətçi qülləsi, növbətçi və ya mühafizəçinin ətrafı müşahidə edə biləcəyi yüksək və təhlükəsiz bir yerdə tikilmiş bir istehkam növüdür. Normal qüllədən hərbi istifadəsi ilə fərqlənir. Gözətçi qüllələri fiziki təhlükəsizlik və ya yanğın riskinə qarşı meşə sahələrini müşahidə altında saxlamaq kimi tamamilə mülki vəzifələri də yerinə yetirə bilər. Bu gün ərazidə işçi heyətinə ehtiyac olmadığı üçün, gözətçilik işini ətrafında fırlanan bir müşahidə kamerası həyata keçirdir.
Gecə gözətçisi
"Gecə gözətçisi" — (nid. Nachtwacht) — Rembrandtın 1642-ci ildə çəkdiyi " Kapitan Frans Banniq Kokun və leytenant Villem van Röytenbürqün atıcı rotasının hücumu" adlı rəsm əsəri. Əsər holland rəssamlığının qızıl dövrünə aid edilir. 1642-ci ildə Rembrand Atıcılar cəmiyyətinin yeni iqamətgahı üçün 4 metrlik bir tablo çəkmək üçün sifariş alır. Bu tabloda o, holland rəssamlıq məktəbinin ənənəsini pozmuş olur. Tabloda modellərin bilavasitə hərəkətli təsvir olunması sifarişçilərin bəyənməməsi üzündən imtina edilir. Tabloda personajların çoxluğu, kütləvilik Niderland inqilabı təsuratları yaratması sifarişçiləri qorxuya salmış olur. İllər ötdükcə şəkildəki lak o qədər qaralmış və his bağlamışdır ki, şəkildəki hadisənin gecə vaxtı baş verməsi təəssüratını oyadır. 1947-ci ildə əsər bərpa edildikdən sonra məlum olmuşdur ki, əsərdə günəşli gün təsvir edilir, lakin "Gecə gözətçiləri" adı dünya incəsənət tarixində möhkəm yer tutmuşdur.
Gözətçilər (teleserial, 2019)
Gözətçilər (ing. Watchmen) — Alan Mur və Deyv Qibbonsun eyniadlı "DC Comics" məhdud seriyasının personajlara əsaslanmış ABŞ superqəhrəman teleserialı. Teleserial Deymon Lindelof tərəfindən "HBO" telekanalı üçün yaradılmışdır. Lindelof həmçinin, teleserialın icraedici prodüseri və ssenaristidir. Teleserialın birinci mövsümü doqquz seriyadan ibarətdir. Teleserialda təsvir olunan hadisələr ABŞ-da, alternativ bir müasir reallıqda cərəyan edir. Burada superqəhrəmanlar və maskalı vidjilantelər zorakı tətbiq üsullarına görə qadağan olunublar, ancaq onlardan bəziləri bir araya toplaşaraq inqilab etmək istəyirlər. Lindelofa görə, teleserial orijinal materialın birbaşa adaptasiyası yox, daha çox "remiks" edilmiş bir versiyasıdır. Lindelof çalışmışdır ki, orijinal süjet xəttinin gerçəkləşdiyi bir dünyada tamamilə yeni bir hekayə təsvir olunsun. Teleserial həmçinin, müxtəlif nöqteyi-nəzərlərə toxunsun.
Meşə gözətçisi
Meşə gözətçisi - dövlət meşə mühafizəsinin işçisi, meşə təsərrüfatının işçisi. Meşə gözətçisinə meşə dolayısı təyin edilir, ona dolayının pasportu verillir, forma, ov silahı verilir. Meşəçilik məktəbində, texnikumda, və ya xüsusi kurslarda təhsil almış şəxslər meşə gözətçisi vəzifəsinə qəbul edilirlər. Meşə gözətçisi birbaşa meşəbəyiyə tabedir. Meşələrin mührafizəsi funksiyalarını rayon meşəbəyiləri və dövlət meşə müfəttişləri həyata keçirirlər. == Meşə gözətçisinin vəzifələri == Meşə gözətçisinin mühafizəsi altında olan dolayının pasportuna uyğun olaraq bütün dövlət əmlakı - tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər və əmlak var. Meşə gözətçisi meşə yanğınlarının qarşısının alınması, aşkar edilməsi və söndürülməsi üçün tədbirlər görür, ərazidə ağac zərərvericilərinin və xəstəliklərinin aşkar edilməsi barədə meşə təsərrüfatına məlumat verir. Meşə gözətçisi ov etmək və meşədə təsərrüfat fəaliyyəti (kəsmə, ot biçmə, otarmaq) hüququna dair sənədləri yoxlamağa, meşə pozuntularına, ovçuluq qaydalarının pozulmasına, yanğın təhlükəsizliyinə dair aktlar tərtib etməyə borcludur. Həmçinin meşə əkini, seyreltilməsi və meşə bitkilərinə qulluq üzrə digər işlərə, meyvələrin, göbələklərin toplanmasına meşəbəyi rəhbərlik edir; ağac kəsilməsi və müxtəlif təsərrüfat işlərinin həyata keçirilməsi üçün sahələrin ayrılmasında iştirak edir. Meşə gözətçisi ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehlik daşıyır və meşəbəyiyə, meşə mühafizə mühəndsinə, baş meşəbəyiyə və direktorla tabedir.

Значение слова в других словарях

деполитизи́рованный одна́ко остекли́ть проторгова́ться сокро́вище фахве́рковый хло́ровый нале́во от си́зо содержа́тельница чёрт побери! жуткий сморкать(ся) сяк excursive oecumenic panhuman архаровец афро-азиатский гнуться мерин повышать причальный пуховый электродоильный