Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xumar (qala)
Xumar və ya Xumarinskoye qorodişe (rusca:Хумаринское городище) — dövrümüzə yalnız xarabalıqları gəlib çatmış orta əsrlər qalası. Qala Kalez dağının zirvəsində, Böyük Qafqazdakı Kuban çayının yuxarısında yerləşir. Qalanın yaxınlığında Xumara kəndi yerləşir. Qala inzibati baxımdan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçay rayonu ərazisinə aiddir. == Haqqında == Qalanın qalıqları 1960–1962-ci illərdə V.A. Kuznetsov tərəfindən araşdırılmışdır. Araşdırılma zamanı runik əlyazmaları aşkar edilmişdir. Lakin bu ekspedisiya zamanı qazıntılar aparılmamışdır. 1963–1964-cü illərdə həyata keçirilmiş arxeologi qazıntılar zamanı isə artıq qazıntılar aparılmışdır. Bu ekspedisiya Qaraçay-çərkəz Respublikasının araşdırma inistitutunun əməkdaşı E.P. Alekseyeva tərəfindən həyata keçirilmişdir. O, üzə çıxarmışdır ki, orta əsrlərə aid qatların altında eradan əvvəl 8–6-cı əsrlərə aid qatlar yatmaqdadır.
Xumar Bağı
Xumar Bağı (fars. خمارباغي‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 258 ailədə 431 nəfəri kişilər və 458 nəfəri qadınlar olmaqla cəmi 889 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Xumar Qədimova
Xumar İttifaq qızı Qədimova (26 aprel 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017). == Həyatı == Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983-1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb. Bu günə kimi 100-dən çox musiqi əsələri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib. Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib. 3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Xumar Zülfüqarova
Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı. == Həyatı == Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub. 25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Xamar
Moqadişo (somali Muqdisho, ərəb. مقديش‎) — Somalinin paytaxtı, ən iri şəhəri və əsas limanı, onun maliyyə, mədəni və sənaye mərkəzi. Şəhər yerli dildə Xamar adlanır. 2015-ci ilin qeydlərinə görə, Moqadişoda 2,120,000 sakin yaşayır. Moqadişonun X əsrdə yaradılması hesab olunsa da, şəhərin daha qədim olduğu güman edilir. Orta əsrlərdə şəhər Ajuran dövlətinin vassalı olan Müzəffər sülaləsi tərəfindən idarə olunmuşdur. Sonradan Moqadişo Geledi Sultanlığı və Omanın Zanzibar Sultanlığının birgə nəzarəti altında olmuşdur. 1905-ci ildə İtaliya Moqadişonu İtalyan Somalisinin paytaxtı etdi. 1960-cı ildə Somali müstəqil olanda, şəhər "Hind okeanının ağ mirvarisi" adlandırılırdı. Siad Barre rejiminin devrilməsindən sonra Moqadişoda vətəndaş müharibəsi başlamış, 2006-cı ildə İslam Məhkəmələr Birliyi tərəfindən idarə olunmuşdur.
Xumam
Xumam — İranın Gilan ostanında yerləşən şəhər. Xumam əhalisinin çoxluğunu giləklər təşkil edir.
Akşay Kumar
Akşay Kumar (ing. Akshay Kumar, hindcə:अक्षय कुमार; 9 sentyabr 1967, Yeni Dehli) — tanınmış hind aktyorudur. Əsl adı Raciv Hari-Om Bxatiyadır. Banqkokda idman üzrə müəllimlik etdiyinə görə bəzən onu "Hindistanın Brüs Li"si adlandırırlar. == Həyatı == Akşay Kumar 9 sentyabr 1967-ci ildə Hindistanın Pəncab ştatının ən böyük şəhəri Amritsarda anadan olmuşdur. Əvvəlcə "Don Bosco School" adlı məktbədə təhsil almış, sonra "Guru Nanak Khalsa College (King's Circle)" adlı kollecdə davam etdirmişdir. Burada Akşay idmanla maraqlanmağa başlayır. Akşay Taekvondo üzrə qara kəmər qazandıqdan Tailandın paytaxtı Banqkok şəhərində Muay Tay üzrə müəllimlik, həmçinin, aşpazlıq və ofisiantlıq etməyə başlayır.. Mumbaya geri döndükdən sonra idman müəllimi olaraq çalışmağa başlayır. Bir neçə müddət müəllim kimi çalışdıqdan sonra tələbələrindən biri onu filmdə iştirak etməyə dəvət edir.
Humar zirvəsi
Humar zirvəsi (bolq. връх Хумар, ‘Vrah Humar’ \'vr&h hu-'mar\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 1300 m hündürlüklü qaya zirvəsidir. Osta silsiləsinə daxildir. Yorum buzlağından şimalda, Veseliye buzlağından cənubda yerləşmişdir.Zirvə Bolqarıstanda yerləşən qədim Humar qalasının adını daşıyır. == Yerləşməsi == Humar zirvəsi 65°14′36″ c. e. 62°12′03″ q. u. koordinatlarında yerləşmişdir. Yordanov nunatakından 5.9 km cənub-qərbdə, Kotiyon burnundan 9.14 km qərbdə, Birks dağından 5.5 km şimal-qərbdə yerləşmişdir.
Krasnı Xutar
Şıxlı (əvvəlki adı: Krasnı Xutor) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi adlandırılmışdır.
Oumar Kaba
Oumar Kaba (d. 13 yanvar 2001) — Qvineyalı üzgüçü. Oumar Kaba Qvineyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Oumar Kaba birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona qədər başa vura bilmədi, 119 üzgüçü arasında 119-cu oldu və yarımfinala vəsiqə qazanmadı.
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == 11 fevral 1985-ci ildə anadan olub. == Karyerası == Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Palendra Kumar
Qumar turizmi
Qumar turizmi — qumar oynamaq üçün bir yerə yığılan oyunçuları, eyni zamanda bu səyahəti və oyunu təşkil edən sektoru ifadə edən ümumi anlayış. Qumar turizminin Las- Veqas, Kıbrıs, Macarıstan, Portuqaliya, Sinqapur, Yaponiya, İspaniya, Dubay, Vyetnam və s. mərkəzləri vardır. Qumar turizmi ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, həm də məşğulluq imkanlarının təmin edilməsinə və artırılmasına kömək edir.Kazinoların adətən otel, kurort, restoran və s. bənzər tipli obyektlərin sıx olduğu ərazilərdə yerləşdirilir. Bu obyektlər və kazinolar müxtəlif formalarda əməkdaşlıq edirlər. Qeyd etmək lazımdır ki, qumar turizmi başqa turizm növlərinə nisbətən daha bahalı hesab olunur. == ABŞ-də qumar turizmi == ABŞ Dünya miqyasında ən böyük qumar turizm mərkəzlərindən biridir. ABŞ-də ən böyük qumar bazarları bunlardır: Las-Veqas, Nyu-York, Detroit, Atlantik Citi və s. ABŞ-də qumar və kazinoların sürətlə inkişafı təkcə yerli amerikalıların bu sahədə qızğın fəaliyyətlərini əks etdirmir.
Racendra Kumar
Racendra Kumar Tuli (20 iyul 1929, Sialkot, Britaniya Hindistanı – 12 iyul 1999 və ya 29 iyul 1999, Mumbay) — hind kino aktyoru. Bollivudun kino ulduzu. Padma Şri mükafatı laureatı (1969). == Həyatı == Racendra Kumar 20 iyul 1929-cu ildə Pəncabda anadan olub. Kino fəaliyyətinə 1949-cu ildə başlayıb və 80-dən artıq filmə çəkilib. Toz içində çiçək, Sanqam və s. kimi filmlərdə baş rola çəkilib. Racendra Kumar 1999-cu ildə Mumbay şəhərində vəfat etmişdir. == Filmoqrafiya == === 1990-cı illər === Andaz (1995) TV series Vansh (1995) TV series Phool (1993) …. Dharamraaj Insaaf Ka Khoon (1991) ….
Sanciv Kumar
Sanciv Kumar (qüc. સંજીવ કુમાર), əsl adı Haribhay Carivala (qüc. હરિભાઈ જરીવાલા; d.9 iyul, 1938 Surat, Qucarat – ö.6 noyabr, 1985, Bombey, Maharaştra, Hindistan) — hind aktyoru. == Həyatı == Sanciv Kumar 9 iyul 1938-ci ildə Qucarat ştatının Surat şəhərində anadan olmuşdu. Sanciv Kumar 6 noyabr 1985-ci ildə Maharaştra ştatının Bombey şəhərində vəfat edib.
Texasda qumar
Texasda qumar — Texas ştatında lotto, at yarışları, kart oyunları kimi bir çox qumar oyunlarına icazə verilir. == Qumar növləri == === Lotoreya === 1992-ci ildə başlayan Texas Lotereyası, onlarla müxtəlif oyunlar təklif edir. === Binqo === Qeyri-kommersiya təşkilatları və digər ictimai qruplar Binqo oyunlarını idarə edə və Texas Lotereya Komissiyası üçün xeyriyyə bingo əməliyyatları şöbəsinin lisenziyası ilə satış apara bilərlər. Binqo sessiyaları bir oyun üçün maksimum 750 ABŞ dolları mükafat ilə həftədə üç dəfə ilə məhdudlaşdırılır. 2011-ci ildən etibarən 1227 təşkilat Binqo keçirmək səlahiyyətinə malik idi və onlar mükafat olaraq 533 milyon ABŞ dolları veriblər. === Raffles === İxtisaslı təşkilatlar ildə iki uduşadək nağdsız ödənişlər çəkə bilərlər. Mükafat təşkilata verilmədiyi təqdirdə mükafatın dəyəri 50 000 dollardan artıq ola bilməz.Qanunvericilik orqanı, Texası 1971-ci ildə lotereyanı qadağan edən ştat statutundan azad etdi, lakin bu akt 1973-cü ildə Texas ştatının Apellyasiya Məhkəməsi tərəfindən rədd edildi.
Tumar kəndi
Tumar kəndi (Takab)
Əhməd Qumar
Əhməd Qumar (22 fevral 1988) — Nigerli cüdoçu. Əhməd Qumar Nigeri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əhməd Qumar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/16 final mərhələsində ABŞ-nin nümayəndəsi Nikolas Delpopolo ilə üz-üzə gəldi. Həmin görüşdə Əhməd Qumar rəqibinə 0:100 hesabı ilə uduzdu.
Umar Beksultanov
Umar Axmatsultanoviç Beksultanov (d. 20 oktyabr 1937, Çeçen-Aul, Qroznı rayonu, Çeçen-İnquş MSSR, RSFSR, SSRİ - 6 dekabr 2014, Qroznı, Çeçenistan, Rusiya Federasiyası) — bəstəkar, pedaqoq, Çeçen-İnquş MSSR-in Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının dövlət himninin musiqisinin müəllifi. == Həyatı == Çeçen-Aul kəndində anad olub. Atası traktorçu, anası isə evdar qadın olub. 23 fevral 1944-cü ildə deportasiya vaxtı anası əri və uşaqları tərəfindən tərk edildi. Umar anasını yalnız 1960-cı ildə axtardı. Umar atası və kiçik bacısı ilə Qırğızıstana getdi. Atası tezliklə silikozdan vəfat etdi. Uşaqlar Belovodsk kəndində uşaq evinə yerləşdirildi. 1946-cı ildə Umarı Panfilovka kəndində yerləşən uşaq evində yerləşdirdilər.
Umar Əfəndiyev
Umar Əlixan oğlu Əfəndiyev (4 fevral 1950, Balakən rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Umar Əfəndiyev 1950-ci il fevralın 4-də Balakən rayonunda anadan olub. 1967-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. Mühəndis-inşaatçıdır. 1972-1973-cü illərdə Balakən Rayon Tikinti Quraşdırma İdarəsində usta, 1973-1980-ci illərdə Balakən şəhərindəki 140 saylı texniki peşə məktəbində direktor müavini, 1981-1986-cı illərdə isə həmin məktəbin direktoru vəzifələrində işləmişdir.Milliyətcə avardır. == Fəaliyyəti == Umar Əfəndiyev 1996-cı il iyulun 21-də 54 saylı Balakən seçkidairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı seçilmişdir. 1997-ci il martın 7-dən Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, 2000-ci il fevralın 1-dən isə Milli Məclisin İntizam Komissiyasının üzvü idi. Umar Əfəndiyev 1998-ci ildə Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.