Sevil Gültən
Nuriyeva Sevil Məmməd qızı (Sevil Gültən) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş.Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı 2003-cü ildə dünyasını dəyişib.
Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
"Küsüb getmək istəyirəm dünyadan", "Ürəyimin göz yaşları" adlı şeir kitablarının, "Uşaqlıq illərimin şəkiləri" adlı esselər kitabının müəllifidir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə çoxlu sayda kitablar tərcümə edib. "Qanun" nəşriyyatı və "TEAS-PRESS" nəşriyyatı ilə əməkdaşlıq edir. Eləcə də, "Kaspi" qəzetində esseləri, tərcümə etdiyi 140-dan çox hekayə çap olunub və olunmaqda davam edir.
Tərcümə ilə bağlı məqalələri, şeirləri, tərcümələri "525-ci qəzet"də, "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İngilis dilindən Azərbaycan dilinə tərcümə etdiyi əsərlər[redaktə | mənbəni redaktə et]
*"TEAS-PRESS" nəşriyyatında çap olunanlar:
- 1. Rafaello Barker. Yay mövsümü
- 2. Sarah Dessen. Müqəddəs hər şey
- 3. Ketrin Baybi. Çərşənbə gününədək arvad
- 4. Ketrin Baybi. Çərşənbə axşamınadək qız tapıldı
- 5. Ketrin Baybi. Bazar ertəsinək evlənməli
- 6. Ketrin Baybi. Cümə axşamınadək aşıq oldu
- 7. Ketrin Baybi. Cümə gününədək subay
- 8. Ketrin Baybi. Cümə gününədək nişanlanmalı
- 9. Holli Şindler. Elə tünd göy ki...
- 10. Lüi.De Berniers. Kapitan Korellinin mandolinası
- 11. Cüzieppe Katotsella. Demə ki, qorxuram...
- 12. Amor Tovles. Centlemen Moskvada
- 13. Luis Kerrol. Alisa möcüzələr diyarında
- 14. Ali Smith. Təsadüfi
- 15. Ceyk Maddoks. Hücumçu ötürməsi
|
*"Qanun" nəşriyyatında çap olunanlar:
- 1. Jojo Moyes. Bir üstəgəl bir
- 2. Jojo Moyes. Səndən sonra
- 3. Jojo Moyes. Geridə buraxdığın qadın
- 4. Jojo Moyes. Həminki mən
- 5. Jojo Moyes. Ulduzlar bəxş edən
- 6. Oşo. Emosiyalar
- 7. Oşo. Qızıl külçələr
- 8. Rohald Dahl. Matilda
- 9. Rohald Dahl. Ceyms və nəhəng şaftalı
- 10. Rohald Dahl. Böyük sevimli nəhəng
- 11. Rohald Dahl. Çarli və şokolad fabriki
- 12. Robin Şarma. Ferrarisini satan rahib
- 13. Dan Braun. Da Vinçi kodu
- 14. Alis Manro. Əziz həyat (hekayələr kitabı)
- 15. Rey Bredberi. Zəncirotu şərabı
- 16. Frances Hodgson Burnetti. Balaca prinses
|
- 17. Meier (çinli şairə). Şeirlər
- 18. Harper Lee. Bülbülü öldürmək
- 19. Harper Lee. Get gözətçi təyin et
- 20. Corciya Binq. Molli Munun ağlagəlməz hipnotizm kitabı (birinci kitab)
- 21. Corciya Binq. Molli Mun dünyanı dondurur (ikinci kitab)
- 22. Corciya Binq. Molli Munun hipnotik zaman səyahəti məcaraları (üçüncü kitab)
- 23. Corciya Binq. Molli Mun, Mikki Maus və Bilik maşını (dördüncü kitab)
- 24. Corciya Bing. Molli Mun və morfinq sirri(beşinci kitab)
- 25. Corciya Bing. Molli Mun və musiqi(altıncı kitab)
- 26. Heather Morris. Auşvitzin Tatuirovkaçısı
- 27. Alex Michaelides. Səssiz Pasiyent
- 28. Lao Ma (çinli müəllif). Hekayələr
- 29. Kristi Lefteri. Hələbli arıçı
- 30. Delia Ovens. Bataqlıq qızı
- 31. Donna Dale Carnegie. Yeniyetmə qızlar dostları necə qazanmalı
- 32. Gail Honeyman. Eleonar Olifant yaxşıdır
- 33. Jo Nesbo- Fantom
- 34. Karen White- Dəniz şüşələrinin səsi
- 35. Adam Silvera- Sonda hər ikisi ölür
- 36. J. M. Coetzee- İsanın ölümü
- 37. Angela Karter- Qanlı otaq
|
Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyi əsərlər[redaktə | mənbəni redaktə et]
- Hans Xristian Andersen. "Ananın hekayəsi", "Şahzadə qız və noxud", "Kibritsatan balaca qız", "Mələk", "Qəbirdəki uşaq", "Donuzotaran"
- Çarlz Dikkens. "Uşağın hekayəsi", "Uşağın ulduz yuxusu"
- James Baldwin. "Antonio Canova", "Həkim Qoldsmit", "Lakonik cavab", "Sonsuz nağıl", "Maksmilian və qazotaran oğlan", "Naşükür döyüşçü", "Hökmdar və onun qırğısı", "Kor kişilər və fil"
- Dorothy Parker. "Telefon zəngi"
- Edgar Allan Poe. "Carçı ürək"
- Gi de Mopassan. "Kor kişi", "Dilənçi", "Etiraf", "Ölü qadının sirri", "Qəbir", "Ailə", "Ana və oğul", "Dəlinin gündəliyi", "Atılmış", "Biclik", "Köhnə dost Patient", "Öpüş", "Ata", "Duel", "Dul", "Müqəddəs suçiləyən", "Cehiz", "Belflover ana"
- Henry Lawson. "Müəllimin səhvi", "Qaranlıqdakı uşaq yaxud yad ata"
- Kate Chopin. "Bir saatın hekayəsi", "Tufan", "Peşmançılıq", "Tərbiyəli qadın", "Bir cüt ipək corab", "Bayou Müqəddəs Con şəhərinin ledisi", "Kaline" "Ölü kişinin ayaqqabıları"
- H.H. Munro (Saki). "Laura", "Luiza", "Kernoqatzin canavarları", "Açıq qapı"
- Mary Roberts Rinehart. "İncə əl", "İki yataq xəstəsi", "Evlənmək"
- O. Henry. "Qəribə hekayə", "Müdrikin hekayəsi", "İyirmi ildən sonra", "Sosial üçbucaq"
- Stephen Crane. "Tünd qəhvəyi it"
- Timothy Shay Arthur. "Eminin sualı", "Həkimlə birgə", "Balaca Lizzi", "Arvad", "Keşikdə durmaq", "Kölgə arxasınca", "Çox kasıb
- Robert Barr. "Dağ başında boşanma"
- Sherwood Anderson. "Qəhvəyi paltolu kişi", "Müharibə", "Qardaşlar", "Lal kişi"
- Stephen Leacock. Küçədə kibrit çöpü istəmək", "Mənim maliyyə karyeram"
- Xu Yan. "Yaxşı qadının yoldaşlığı"
- Algernon Blackwood. "Balaca dilənçi"
- Ambrose Bierce. "Balaca səfil", "Bitməmiş qaçış, "Simsiz gələn xəbər", "Ölüm diaqnozu", "Bir bardaq şərbət", "Həbs", "Evə sarılmış üzüm tənəyi"
- Arnaba Saha. "Qürub çağı", "Seçim"
- Benjamin Franklin. "Fit"
- D.H. Lawrence. "Xəstəşaxtaçı"
- Elia A. Peattie. "Yağış uşaq", "Qonşu evdəki piano"
- Philip. K. Dick. "Qapı arxasında"
- Giovanni Boccaccio. "Federiqonun şahini"
- Herbert George Wells. "Gözəl kostyum"
- Henry Van Dyke. "Bir ovic gil", "Kol dibindəki dilənçilər", "Şahın cəvahiratı"
- Lucy Maud Montgomery. "Tamamlanmış hekayə", "Qızıl toy", "Jasmin"
- Mark Twain. "Təmsil"
- Julius W. Long. "Solğun rəngli kişi"
- Katherine Mansfield. "Ma Parkerin həyatı", "Xiyar şorabası"
- L. Frank Baum. "Sehirli nabatlar", "Balaca mavi oğlanın nağılı", "Şən dəyirmançı"
- Lafcadio Hearn. "Ölüb gedən sir"
- Laura E. Richards. "Yaşıl atlas don", "Qızıl pəncərələr"
- Louisa May Alcott. "Donuz qız", "Uşağın tərcümeyi halı", "Əmim oğlu Tribulationun hekayəsi"
- Matsuo Basho. "Qoca ananın hekayəsi"
- Ralph Henry Barbour. "Ölüm yatağında etiraf", "Əmiqızı"
- W.F.Harvey. "Bataqlıqdan keçəndə"
- W. W.Jacobs. "Üç bacı"
- Chen Yonglin. "Güzgü"
- Cui Li. "Keçmişdə pərt olduğum anlar"
- Paulo Coelho. "Hamıdan güclü", "İki damcı yağ", "İbrətamiz hekayələr", "Əsl qorxunu kəşf etmək"