Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abbas Hüseyn
Abbas Hüseyn(XIX əsrin sonu-XX əsrin əvvəli) — XX əsrin əvvəlində Tiflis şəhərində fəaliyyət göstərmiş azərbaycanlı rəssam. Rəsmləri əsasən 1903–1923 illərində yaradılmışdır. Əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. == Rəsmləri == == Mənbə == Çingiz Fərzəliyev. Azərbaycan rəngkarlığı (antologiya).
Hüseyn
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Bu adı olan tanınmış şəxslərHüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Arabul — Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) —Hüseyn HüseynovHüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) —Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov —Hüseyn QuliyevHüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) —Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1]Aşıq HüseynAşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987DigərHüseyn (Əbyəlil) — Bığlı Hüseyn — Ermənistanda kənd. .
Artıkoğlu Hüseyn
== Həyatı == Hüseyn Artıkoğlu 1950-ci il oktyabrın 5-də Başkeçid rayonunun Qəmərli kəndində anadan olmuşdur. 1967-ci ildə Marneuli 1 saylı Azərbaycan orta məktəbini bitirib və həmin ildə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Həmin institutu 1973-cü ildə bitirərək Sənaye və Mülki Tikinti ixtisası üzrə inşaatçı-mühəndis peşəsinə yiyələnmişdir. 1971-1977-ci illərdə "Azdövlətlayihə" institutunda texnik, mühəndis, qrup rəhbəri və baş konstruktor vəzifələrində çalışmışdır. 1977-1980-ci illərdə Moskvada V.A.Kuçerenko adına İKMETİ-nin aspirantı olmuşdur. 1981-ci ildən texnika elmləri namizədidir. 1981-1984-cü illərdə Bakının layihə institutlarında çalışmışdır. 1984-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Dəmir-beton (indi İnşaat) konstruksiyaları" kafedrasının dosentidir. 1988-cu ildə xalq hərakatına qoşularaq Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biridir. 1988-ci ildən "Birlik" cəmiyyətinin təsis qrupunun üzvü, 22 yanvar 1990-cı ildən "Birlik" partiyasının sədri olmuşdur.
Aşıq Hüseyn
Hüseyn adında aşıqlar çox olduğundan aşağıdakı siyahıdan dəqiqləşdirmək olar. Bir çox kitablarda hətta onların şeirləri belə qarışıq salınır. Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987 Aşıq Hüseyn — ?–? Yağləvənd oymağının aşığı.
Bığlı Hüseyn
Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir. Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi. Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir. Mürəkkəb quruluşlu etnotoponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür.
Fərid Hüseyn
Fərid Bəybala oğlu Hüseynov və ya Fərid Hüseyn; (10 oktyabr 1989, Kürdəmir) — şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2010). == Həyatı == Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kultralogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır.Serbiya Yazıçılar Birliyinin üzvüdür.Fərid Hüseyn 2019-cu ildən AYB-nin Gənclər Şurasının sədridir.Fərid Hüseyn 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika — İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.2021-ci ildən AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür.
Hüseyn (ad)
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Bu adı olan tanınmış şəxslərHüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Arabul — Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) —Hüseyn HüseynovHüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) —Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov —Hüseyn QuliyevHüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) —Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1]Aşıq HüseynAşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987DigərHüseyn (Əbyəlil) — Bığlı Hüseyn — Ermənistanda kənd. .
Hüseyn (Əbyəlil)
Hüseyn kəndi (başq. Хөсәйен) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəlil kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hüseyn kəndinin milli tərkibi: başqırdlar 95%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 38 km., kənd sovetliyindən (Xəlil): 9 km. ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Hüseyn Abbasov
Hüseyn Əlizadə oğlu Abbasov (13 fevral 1993; Hacıqabul, Azərbaycan — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Abbasov 1993-cü il fevralın 13-də Hacıqabul şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Hüseyn Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Abbasov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseyn Abbaszadə
Hüseyn Abbas oğlu Abbaszadə (22 noyabr 1922, Bakı, Azərbaycan SSR, SSRİ – 12 dekabr 2007, Bakı) — Azərbaycan yazıçısı, ssenaristi, 1948-ci ildən AYİ-nin üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1979), Azərbaycan Dövlət mükafatı laureatı (1984), SSRİ Yazıçılar İttifaqının və ÜİHİŞ-nin mükafatı laureatı (1988), Azərbaycanın xalq yazıçısı (1991). == Həyatı == Hüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941–1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir. Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945–1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində ali təhsil almışdır. Əmək fəaliyyətinə "Pioner" jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958–1964-cü illərdə "Göyərçin" jurnalı redaksiyasında məsul katib, 1964–1966-cı illərdə baş redaktor, 1966–1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972–1975-ci illərdə isə yenidən "Göyərçin" jurnalının baş redaktoru olmuşdur. O, 1975–1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General" romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbasəliyev
Hüseyn Adil oğlu Abbasəliyev (2 oktyabr 2000; Mingəçevir, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyn Abbasəliyev 22 oktyabr 2000-ci ildə Mingəçevirdə anadan olmuşdur. == Hərbi xidməti == Hüseyn Abbasəliyev 23 oktyabr 2018-ci il — 29 mart 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Hüseyn Abbaseliyev Abbaseliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Süqovuşanın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il sentyabrın 29-da qəhrəmancasına şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli və 26.09.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Abbasəliyev ölümündən sonra "Vətən uğrunda" medalı [["Suqovuşanın azad əolunmasına və 24. 6. 2021-ci il tarixli sərəccamına əsasən Cəsur Döyüşcü medali ilə təlif edilmisdir.
Hüseyn Abdullayev
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Abdulov
Hüseyn Etibar oğlu Abdulov (1995, Sumqayıt – 4 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı yaralansada, bir gün sonra şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Hüseyn Abdulov 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. == Hərbi xidməti == Əsgər Hüseyn Abdulov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 2-si isə Hüseyn Abdulov doğulduğu Sumqayıt şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Abdulov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Hüseyn Abdulov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Hüseyn Andruxayev
Hüseyn Borojeviç Andruxayev (rus. Хусен Борежевич Андрухаев; 2 mart 1920, Xakurinoxabl, Şimali Qafqaz diyarı[d] – 8 noyabr 1941) — adıgey-sovet jurnalisti, şairi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı. Cənub Cəbhəsi 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasının siyasi komandiri, kiçik siyasi təlimatçı. == Həyatı == Hüseyn Borojeviç Andruxayev 2 mart 1920-ci ildə Xakurinohabl (indiki Adıgeya) kəndində kəndli ailəsində anadan olmuşdur. O, etnik olaraq adıgey (çərkəz) idi. Andruxayev 1935-ci ildə Adıgey Pedaqoji Texnikumuna daxil olmuşdur. Həmin il o, Rostov-na-Donuda gənc yazıçıların toplantısında iştirak etmiş, 1939-cu ildən yerli qəzetin redaksiyasında, həmin ilin iyun ayından "Sosialistiçeske Adıgey" vilayət qəzetinin müxbiri işləmişdir. 1940-cı ilin yanvarından Qızıl Ordu sıralarında xidmət etmiş Andruxayev 1941-ci ildən Stalinqrad hərbi-siyasi məktəbini bitirdikdən sonra kiçik siyasi təlimatçı olmuşdur. Bundan sonra o, 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasına siyasi təlimatçı təyin edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Сиджах Х. И. [Андрухаев Хусен Борежевич Андрухаев Хусен Борежевич] // Твои Герои, Адыгея: очерки о Героях Советского Союза и кавалерах ордена Славы трёх степеней (500 nüs.).
Hüseyn Arac
Hüseyn Arac (15 oktyabr 1956, Kiçik Asiya) — Danimarka Sosial Demokratlar partiyasının tərcüməçisi və siyasətçisi. == Həyatı == Hüseyn Arac 1956-cı ildə oktyabrın 15-də Türkiyə Anadolu şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Hüseyn Arac 1993-cü ildə Bələdiyyə Məclisinə üzv seçilərək siyasi sferada ilk addımını atmışdır. 1998–2002-ci illərdə Arac İctimai işlər üzrə dairə başçısı olmuşdur. O,2005–2007-ci illərdə Arhus Dairə Bələdiyyəsinin üzvü seçildi.26 oktyabr 2010-cu ildən 28 avqust 2011-ci ilə qədər Kirsten Brosbolun müavini kimi "East Jutland's Storkreds"-in müvəqqəti məclis üzvü olmuşdur. Hüseyn Arac hər zaman öz çıxışlarında Danimarkanı təmsil etməsinə baxmayaraq Türk olduğunu vurğulayıb və həmçinin Azərbaycana da böyük diqqət ayırmışdır və Qarabağ problemini Danimarka parlamentində gündəmə gətirmişdir.
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. === Ədəbi fəaliyyəti === Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Hüseyn Axundov
Hüseyn Axundov (rəssam) (1921—2015) — Rusiya və Azərbaycan rəssamlıq və kino sənətinin görkəmli nümayəndəsidir. Hüseyn Axundov (siyasətçi) (1922—1986) — siyasi və ictimai xadim.
Hüseyn Məmmədxani
Hüseyn Məhəmmədxani — Şair, nasir 1955-ci ildə Təbrizlə Salmas arasında yerləşən Güney mahalının Meşin kəndində anadan olub. İlk təhsilini orada, orta təhsilini isə Təbrizdə və Tehranda alıb. Bundan başqa, mərhum doktor M.T.Zehtabi və doktor Məhəmmədsədiq Hüseyn Məhəmmədzadə (Hüseyn Düzgün) özəl məktəblərində türk dilini və Azərbaycan ədəbiyyatını öyrənib. H.Məmmədxani "Varlıq" dərgisini özü üçün bir məktəb sayır. 13 yaşından şer yazır. Nəsrə isə islam inqilabından sonra keçib. Azərbaycan türkcəsində 22 əsərin yazılmasında və ərsəyə gəlməsində rolu olub. 40-dan çox kitabı hələ ki çap gözləyir. Müsahibim şer və nəsr əsərləri yazmaqla yanaşı, folklorumuzu araşdırır. "Bilici Bəhmu", "Zinəli bulaq", "Hərə bir yanda yatıb" şer kitabları çapdan çıxıb.
Hüseyn Nağıyev
Nağıyev Hüseyn Hacı Musa oğlu (1897, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik Gnstitutunun mühəndislik şöbəsində 2 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hüseyn Nəcəfov
Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950). == Həyatı == Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur. 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.Hüseyn Nəcəfov 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmişdir. O, SSRİ Ali Sovetinin (2-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir.
Hüseyn Nəcəfzadə
Hüseyn Abbasqulu oğlu Nəcəfzadə (11 oktyabr 1997; Saray, Abşeron rayonu, Azərbaycan — 16 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi veteranı. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Hüseyn Nəcəfzadə 11 oktyabr 1997-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində Abbasqulu Nəcəfovun və Könül Nəcəfovanın ailəsində anadan olmuşdur. 2003-2015-ci illərdə Abşeron rayon Saray qəsəbə 1 saylı tam orta məktəbində təhsil almışdır. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almışdır. 2022-ci ildən Atlas Nəcəfzadə ilə rəsmi nigahda idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Hüseyn Nəcəfzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Nəcəfzadə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Hüseyn Nəcəfzadə müharibə başa çatdıqdan sonra "baş leytenant" rütbəsi almış, Quru Qoşunlarının "Komando" Briqadasının tərkibinə daxil olmuş və hərbi xidmətini bu briqadada davam etdirmişdir. 24-28 mart 2022-ci il tarixlərində Xocalı rayonunun Fərrux kəndi istiqamətində kəndin və kənd ətrafında yerləşən ətraf ərazilərin işğaldan azad edilməsi üçün Azərbaycan Ordusu tərəfindən əməliyyat həyata keçirilmişdir.
Hüseyn Onn
Hüseyn bin Dato Onn (malay Hussein bin Dato' Onn; 12 fevral 1922 və ya 1922, Cohor Baru – 29 may 1990 və ya 1990, San-Fransisko, Kaliforniya) — Malayziyanın dövlət və siyasi xadimi, 1976–1981-ci illərdə baş nazir. == Həyatı == Tanınmış siyasətçi, müstəqillik uğrunda mübarizə aparan, Birləşmiş Malay Milli Təşkilatının (BMMT) qurucusu və ilk sədri Dato Onna bin Jaffarın ailəsində anadan olub. Cohorun ilk Baş Naziri Cəfər bin Hacı Məhəmmədin nəvəsi və türk çərkəzi. Hərbi təhsilini Dehradundakı Hindistan Hərbi Akademiyasında almışdır. İkinci Dünya Müharibəsi zamanı (1940-cı ildən) o, Yaxın Şərqdə Hindistan Ordusunda xidmət etmiş, daha sonra Ravalpindidəki Malaya Polis Təlim Mərkəzində təlimatçı vəzifəsində çalışmışdır. Sonralar bir sıra inzibati vəzifələrdə çalışıb. Siyasi fəaliyyət BMMT ilə bağlıdır, onun yaradıcılarından biri atası Dato Onn (1946-cı ildən). 1949–1950-ci illərdə gənclər təşkilatının rəhbəri, 1950–1951-ci illərdə BMMT-nun baş katibi olub. 1951-ci ildə o, atasının ardınca partiyanı tərk etdi və özünün Malaya Müstəqillik Partiyasına qoşuldu. 1958-ci ildə Londonda hüquq təhsili alıb, sonra isə özəl hüquq təcrübəsi ilə məşğul olub.
Hüseyn Qabulov
Hüseyn Qabulov - Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru. == Həyatı == Hüseyn Həsən oğlu Qabulov 22 may 1965 -ci ildə Bakı şəhərində anadan olub. 1982 -ci ildə orta məktəbi bitirib. 1988-ci ildə Azərbaycan Tibb institutunun pediatriya fakultəsini bitirdikdən sonra təyinatla həkim-pediatr vəzifəsində çalışıb. 1999-cu ildə ATU-nun II Uşaq xəstəlikləri kafedrasına pediatriya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 2002-ci ildə namizədlik, 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Müxtəlif ölkələrdə elmi konqreslərin işində məruzəçi kimi iştirak etmiş, bir sıra beynəlxalq və elmi cəmiyyətlərin, o cümlədən Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin üzvüdür. 150-dən artıq elmi işin müəllifidir. 2011-ci ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə Ekspert Şurasının üzvüdür. Hazırda tibb elmləri doktoru H.H.Qabulov ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru və Tədris Terapevtik Klinikasının II Pediatriya şöbəsinin müdiri vəzifəsində calışır.
Hüseyn Qafarov
Qafarov Hüseyn Rəcəb oğlu — müəllim, tarzən, Azərbaycan Respublikasının Əməkdar Artisti. == Həyatı == Hüseyn Qafarov 6 avqust 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1993-1999-cu illər arasında Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının solisti olub. Hazırda Naxçıvan Muxtar Respublikası Babək rayon Zeynəddin kənd musiqi məktəbində müəllim vəzifəsində çalışır. == Təltifləri == Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 17 sentyabr 2007-ci il tarixli sərəncamı ilə Qafarov Hüseyn Rəcəb oğluna Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 2007, 18 sentyabr, səh.2.
Hüseyn Qakayev
Hüseyn Qakayev (8 iyul 1970, Vedeno rayonu, Çeçen-İnquş MSSR – 24 yanvar 2013, Vedeno, Çeçenistan) — çeçen separatçılarının liderlərindən biri, səhra komandiri, Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin briqada generalı. 2000-ci illərdən (əvvəlki əmirlərin ölümündən sonra) Cundullah İslam Briqadasının 3-cü əmiri (komandiri) vəzifəsini tutmuşdur. 2006-cı ildən etibarən tanınmamış İçkeriya Silahlı Qüvvələrinin Şərq Cəbhəsinin Şali sektorunun komandiri olmuş, sonra Qafqaz Əmirliyinin terror təşkilatı strukturunda xidmət etmişdir. Camaat Noxçiyçon strukturu yenidən təşkil edildikdən sonra Qafqaz Əmirliyinin Vilayəti Noxçiyço (Çeçenistan) Şərq istiqamətinin komandiri, Dokka Umarovun müavini (2011-ci ilin iyulundan) vəzifələrində çalışmışdır. Daha əvvəl isə Umarov tərəfindən Çeçen İçkeriya Respublikasının Daxili İşlər Naziri təyin edilmişdir. 2010-cu ildə Umarovun tabeçiliyini tərk etmiş və çeçen səhra komandirlərinin toplantısında Silahlı Qüvvələrin baş komandanı, Çeçenistan Əmiri elan edilmişdir. Lakin 2011-ci ildə yenidən Umarova sədaqət andı içmişdir. == Bioqrafiyası == 1970-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Elistanji kəndində anadan olmuşdur. Qakayev və onun qardaşları 1990 və 2000-ci illərdə Çeçenistanda hər iki müharibədə iştirak etmişlər. 1994–1996-cı illər müharibəsi zamanı Qakayev Çeçen İçkeriya Respublikasının silahlı qüvvələrin Mərkəzi Cəbhə bölmələrinin üzvü olur.
AMEA Hüseyn Cavidin Ev Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920–1937-ci illərdə yaşadığı evdə yaradılmış muzey. == Binanın Tarixi == Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi. == Ev Muzeyinin Tarixi == Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır. == Şöbələri == Muzeyin strukturuna daxil olan "Cavidşünaslıq", "Elmi kütləvi işlər", "Elmi fondlar", "Elmi və bədii tərtibat", "Elmi ekspozisiya", "Elmi informasiya və kitabxana" şöbələri Muzeyin elmi tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği sahəsində elmi tədqiqat fəaliyyəti ilə məşğul olurlar. === Elmi Ekspozisiya === Ekspozisiyası dörd otaqdan ibarət olan muzeyin ümumi sahəsi 245 m² – dir. Muzeyin əsas fondunda 4000, elmi – köməkçi fondunda isə 200 eksponat var.
Abbas Hüseynov
Abbas Hüseynov (13 iyun 1995, Gəncə) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qarabağ" FK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyera == === Beynəlxalq === Abbas Hüseynov beynəlxalq miqyasda debütünü 30 yanvar 2018-ci il yanvarın 30-da Azərbaycan–Moldova yoldaşlıq oyununda etmişdir.
Amil Hüseynov
Amil Ramiz oğu Hüseynov (16 avqust 1986; Əhmədalılar, Füzuli rayonu, Azərbaycan SSR – 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Hüseynov 1986-cı il avqustun 16-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. == Hərbi xidməti == Amil Hüseynov 2004-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Amil Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Hüseynov oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amil Hüseynov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif Hüseynov
Arif Hüseynov (rəssam) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). Arif Hüseynov (dilçi) — Azərbaycan dilçisi, germanist, filologiya üzrə fəlsəfə doktoru, professor.
Arif Hüseynov. Taleyimin cizgiləri (film, 2015)
Arif Hüseynov. Taleyimin cizgiləri qısametrajlı sənədli televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2015-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Arif Hüseynov haqqındadır. == Məzmun == Film Azərbaycanın xalq rəssamı, Rəssamlar İttifaqının üzvü Arif Hüseynovun həyat və yaradıcılığından bəhs edir.
Arif Hüseynov (dilçi)
Arif Rza oğlu Hüseynov (26 iyul 1944, Gədəbəy rayonu) — Azərbaycan dilçisi, filoloqu, germanist, filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Arif Hüseynov 1944-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin İngilis dili şöbəsinə daxil olmuş, həmin İnstitutu 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə həmin İnstitutda müəllim kimi saxlanmışdır. O vaxtdan bu günə kimi taleyini Dillər İnstitutunun (indi isə Dillər Universitetinin) İngilis dilinin qrammatikası kafedrası ilə bağlamışdır. 1963-1966-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1980-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib. 1983-1993-cü illərdə 3 №-li İngilis dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. German və ümumi dilçiliyə dair 40-a yaxın çap olunmuş məqalə və tezisləri var. Onun rəhbərliyi altında 2 nəfər müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1 nəfərin elmi məsləhətçisi olub.
Arif Hüseynov (professor)
Arif Rza oğlu Hüseynov (26 iyul 1944, Gədəbəy rayonu) — Azərbaycan dilçisi, filoloqu, germanist, filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Arif Hüseynov 1944-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində müəllim ailəsində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin İngilis dili şöbəsinə daxil olmuş, həmin İnstitutu 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmiş və Elmi Şuranın qərarı ilə həmin İnstitutda müəllim kimi saxlanmışdır. O vaxtdan bu günə kimi taleyini Dillər İnstitutunun (indi isə Dillər Universitetinin) İngilis dilinin qrammatikası kafedrası ilə bağlamışdır. 1963-1966-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1980-ci ildə T.Q.Şevçenko adına Kiyev Dövlət Universitetində müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib. 1983-1993-cü illərdə 3 №-li İngilis dili kafedrasının müdiri vəzifəsində çalışmışdır. German və ümumi dilçiliyə dair 40-a yaxın çap olunmuş məqalə və tezisləri var. Onun rəhbərliyi altında 2 nəfər müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1 nəfərin elmi məsləhətçisi olub.
Arif Hüseynov (rəssam)
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. == Yaradıcılığı == 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub."Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev. == Fərdi sərgiləri == 1984 — "100 illüstrasiya", Baku-Moskva 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya 2009 — Galerie Berlin-Baku, Berlin 2012 — "Azərbaycan Nağılı" Bakı 2012 — M.Ə.Sabir "Hophopnamə" Bakı == Qrup sərgiləri == 1977 — "BAM" sərgisi, Bakı-Moskva; 1980 — Qrafika sərgisi, Bakı 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi 2007 — Çank Art, Ankara 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı == Mükafatları == 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı 2006 — Azərbaycan Respublikasının xalq rəssamı 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü == Ədəbiyyat == Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012. == İstinadlar == == Xarici keçidlər == Visions.az, Illustrating Life — Azerbaijani Artist Arif Huseynov.
Arif Hüseynzadə
Arif İsmayıl oğlu Hüseynzadə — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Arif İsmayıl oğlu Hüseynzadə 1970-ci il sentyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1977-ci ildə Yasamal rayonu 20 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə təhsil aldığı dövrdə biliyi, bacarığı, nizam-intizamı, səmimiliyi, sakit və təmkinli olması ilə həmyaşıdlarından fərqlənib. 1987-ci ildə həmin məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildən Azərbaycan Dövlət Televiziyasında işıqçı vəzifəsində çalışıb. Uşaqlıq və gənclik illərində vətənpərvərliyi ilə seçilib. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində həlak olub. I Fəxri Xiyabanda dəfn edilib.
Arzu Hüseynov
Hüseynov Arzu Sadıq oğlu (1962, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Arzu Hüseynov 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Nərimanov rayonu, 45 saylı orta məktəbi bitirmiş, 1981–1983-cü illərdə əsgəri xidmətdə olmuşdur. 1985–1987-ci illərdə teatrda, kinostudiyada və televiziyada texniki işlərdə çalışsa da, çəkilən film və televiziya verilişlərinin bəzilərində epizodik rollarda iştirak etmişdir. 1987-ci ildə İncəsənət universitetinin rejissorluq fakültəsinə daxil olmuş və eyni zamanda Dövlət Gənclər Teatrına rejissor assistenti vəzifəsinə qəbul edilmiş, bir neçə tamaşada aktyor kimi iştirak etmişdir. 1993-cü ildə universiteti bitirmiş, İravan-Azərbaycan teatrında, Bakı Bələdiyyə teatrında və Speys telekanalında aktyor kimi çalışmışdır. 2002-ci ildə Əməkdar Artist fəxri adına layiq görülüb. Hazırda Bəkı mədəniyyət idarəsinin nəzdindəki Satira teatrında fəaliyyətini davam etdirir. Aktyor Sadıq Hüseynovun oğludur. == Filmoqrafiya == Qanun naminə (film, 1968) Mən ki gözəl deyildim (film, 1968) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Hər şey yaxşılığa doğru (film, 1997) Kənddən gələn var (film, 1997) Nə gözəldir bu dünya...
Arzu Hüseynova
Arzu Doğru qızı Hüseynova — İqtisad elmləri doktoru(2016), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) İqtisad elmləri üzrə ekspert şurasının üzvü (2018-ci ildən) == Həyatı == Arzu Hüseynova 21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur. O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973–1983), M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsində (1983–1988) təhsil almışdır. Ali təhsilini "Tətbiqi riyaziyyat" ixtisası üzrə almış Arzu Hüseynova 1988–2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001–2004-cü illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir. Arzu Hüseynova 2005-ci ildə DQM-ə direktor müavini təyin edilmişdir. AR-nın Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014-cü ilin aprel ayının 1-nə kimi EİM-də direktorun 1-ci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi|Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin "Rəqəmsal iqtisadiyyatı və İKT" kafedrasının professoru vəzifələrində işləyir. Arzu Hüseynova "Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 27 iyun 2007-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almış, 5 oktyabr 2010-cu il tarixində ona iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir. 2016-cı ilin yanvarında "Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkminləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabr 2016-cı ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır. Hüseynova A. Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, davamlı olaraq elmi-pedoqoji fəaliyyətlə də məşğul olur.
Ayaz Hüseynov
Ayaz Ələkbər oğlu Hüseynov (17 aprel 1991; Beyləqan, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. O, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub və ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ayaz Hüseynov 17 aprel 1991-ci ildə Beyləqan rayonunun II Şahsevən qəsəbəsində anadan olub. == Hərbi xidməti == Əsgər Ayaz Hüseynov, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-də isə Ayaz Hüseynov, doğulduğu Beyləqan rayonunun II Şahsevən qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Ayaz Hüseynov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Ayaz Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Aydın Hüseynov
Aydın Hüseynov (şahmatçı) — Azərbaycanlı şahmatçı Aydın Hüseynov (deputat) — Azərbaycan Respublikası Milli Məclisinin V və VI çağırış deputatı.
Aydın Hüseynov (deputat)
Aydın Hüseynov (10 fevral 1962, Çataq, Tovuz rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış və VI çağırış deputatı. == Həyatı == Aydın Hüseynov 1962-ci il fevralın 12-da Tovuz rayonunun Çatax kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini və Azərbycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsini bitirmişdir. Rus dilini bilir. 1985–1988-ci illərdə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, 1988–1991-ci illərdə Azərbaycan LKGİ Qaradağ rayon komitəsində komsomol katibi, təlimatçı, təşkilat şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən Azərbaycan Əmanət Bankı Qaradağ rayon şöbəsi müdirinin müavini, 1994-cü ildən Bakı Səhmdar-Kommersiya Əmanət Bankının Kreditləşdirmə və kommersiya şöbəsi rəisinin müavini, 1996-cı ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Gəlirləri və Vergiyə Nəzarət İdarəsinin Vergi siyasəti və beynəlxalq vergi münasibətləri şöbəsinin baş iqtisadçısı, 1997-ci ildən Bakı şəhəri Qaradağ rayonu Maliyyə şöbəsinin müdiri, 1999-cu ildən Sumqayıt şəhər Maliyyə İdarəsinin rəisi, 2000-ci ildən Bakı şəhəri Səbail rayonu Maliyyə İdarəsinin rəisi, 2009-cu ildən Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin rəisi, 2013–2015-ci illərdə 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi vəzifələrində çalışmışdır. YAP Qaradağ rayon təşkilatının sədridir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Aqrar siyasət komitəsinin üzvüdür. Belarus, Çin, İsveçrə, Kanada, Qətər, Latviya, Malta, Özbəkistan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Aydın Hüseynov (şahmatçı)
Aydın Hüseynov (31 avqust 1957, Batumi - 30 oktyabr 2003, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (1998). == Həyatı == Aydın «Burevestnik» klubda Vladimir Bağırovun qrupunda şahmatla məşğul olmağa başlayıb. Daha sonra Vladimir Makoqonovun qrupunda məşğul olub. Bütün şahmat karyerası boyunca Aydının məşqiçisi olmayıb. 1978-ci ildə idman ustası, 1995-ci ildə beynəlxalq usta, 1998-ci ildə isə beynəlxalq qrosmeyster titulunu qazanıb (Azərbaycan tarixində üçüncü qrosmeyster). 1991-1996-cı illər arasında Qatar Şahmat Federasiyasında məşqiçi kimi çalışıb. 2003-cü ilin 30 oktyabrında Bakı şəhərində vəfat edib. === Ailəsi === Həyat yoldaşı- Elmira Əliyeva 13 dəfə Azərbaycan çempionu, beynəlxalq usta, idman ustası titulunu qazanan ilk azərbaycanlı qadın Oğlu- Elmir Hüseynov beynəlxalq usta, Gənlər arasında Azərbaycan çempionu, 2007-ci ildə Şahmat üzrə Azərbaycan Çempionu == Naliyyətləti == Zaqafqaziya Çempionatı 1982- Zaqafqaziya Çempionatı (Gəncə), birinci yer 1984- Zaqafqaziya Çempionatı (Tbilisi), üçüncü yer 1983- «Urojay» Cəmiyylərin Çempionatı, birinci yer 1987- SSRİ Çempionatı (Tümen), ikinci yer 1988-SSRİ Çempionatı (Ujqorod), ikinci yer 1990-SSRİ Çempionatı (Herson), ikinci yer 1996- Azərbaycan Çempinatı (Bakı), birinci yer 1983– Beynəlxalq turnir (Bakı), ikinci yer 1984– Beynəlxalq turnir (Çexiya) , birinci yer 1988– Beynəlxalq turnir (Polşa), birinci yer 1994– Beynəlxalq turnir (Özbəkistan), ikinci yer 1997– Beynəlxalq turnir (Azərbaycan, Zuğulba), birinci-ikinci yer 1998– Beynəlxalq turnir (Türkiyə, Ankara), birinci-ikinci yer 1999– Beynəlxalq turnir (Yunanıstan, Afina), ikinci-dördüncü yer Aydın Hüseynov komanda turnirlərində Azərbaycanı demək olarki, 30 il təmsil edib: 1974 – SSRİ Spartakiada (məktəblər arası), birnci yer, birinci lövhə (7 oyundan 5.5 xal), Harri Kasparov ikinci lövhədə, komanda ikinci yer tutub 1990 – SSRİ Spartakiada, birinci yer ikinci lövhədə (9 oyundan 8 xal) Aydın 1979 və 1983-cü ildə SSRİ Spartakiadasında Azərbaycanı təmsil edib. Həmçinin 1998-ci ildə Elistada keçirilən 33-cü Şahmat Olimpiadasında və 1997-ci ildə Xorvatiyanın Pula şəhərində keçirilən Avropa Şahmat Çempionatında iştirak edib.
Aydın Hüseynzadə
Ağa Hüseyn Arif
Ağa Hüseyn Arif (1762, Təbriz – 1813, Şuşa) — şair. == Həyatı == Ağa Hüseyn Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Şair idi. Arif təxəllüsü ilə incə təbli şeirlər yazırdı. İbrahimxəlil xan Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi. Ağa Hüseyn Arif bu yürüşlə bağlı yazırdı: Ağa Hüseyn bu şeirindən sonra Təbrizdə Dünbililərin zülmünə dözməyib,tənqid etdiyi İbrahimxəlil xan Cavanşirə pənahlandı. Köçüb Şuşa şəhərində məskunlaşdı. Qarabağ xanı onu Şuşada evlə, hər cür avadanlıqla təmin etdi. Ağa Hüseyn Arif 1813-cü ildə vəfat edib.
Ağa Hüseyn Kazımov
Ağahüseyn Ələkbər oğlu Kazımov (5 mart 1882, Bakı – 1937) — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı (1920–1921). == Həyatı == Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universitetin tibb fakültəsini bitirmişdir.I Dünya Müharibəsində həkim kimi iştirak etmişdir. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman xalq səhiyyə komissarının müavini (28 aprel — 5 iyun 1920), sonra xalq səhiyyə komissarı vəzifəsində işləmişdir (5 iyun 1920 – 18 dekabr 1921). Azərbaycan KP MK Rəyasət Heyətinin üzvü olmuşdur. Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələnmişdir.
Ağa Hüseynli
Ağa Aydın oğlu Hüseynli (7 sentyabr 2001, Moranlı, Sabirabad rayonu – 5 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Hüseynli 7 sentyabr 2001-ci ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. 2008–2019-cu ildə Şahin Hüseynov adına Sabirabad rayon Moranlı kənd tam orta məktəbində təhsil almışdır. Cüdo ilə məşğul olan Ağa Hüseynli bu sahədə bir çox medallar və sertifikatlar qazanmışdır. Subay idi. == Döyüş yolu == Ağa Hüseynli 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. 3 ay Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində xidmət etdikdən sonra könüllü rabitəçi olaraq Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Ağa Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağa Hüseynli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ağa Hüseynov
Ağa Hüseynov- azərbaycanlı rəssam. == Həyatı == Ağa Hüseynov 1962-ci ildə Bakıda anadan olmuşdur. 1986-cı ildə V.İ.Surikov adına Moskva Rəngkarlıq və Heykəltaraşlıq İnstitutunda təhsil almışdır. 1992-ci ildən etibarən Nyu-Yorkda yaşayır. == Fəaliyyəti == Ağa Hüseynov 2005-ci ildə Nyu-Yorkda “Kağız üzərində iş”, “Palçıq”, “Böyük tur”, İtaliyada “Bəzi Kağızlar” sərgisi keçirilmişdir. b2008-ci ildə Nyu-Yorkda MC Qalereyasında “Alternativ Uçuş Metodları” fərdi sərgisi, Almaniyada “Zamanın addımları” sərgisi, Bakıda Müasir İncəsənət Mərkəzində “SSRİ-Remiks” sərgisi keçirilmişdir. 2009-cu ildə Nyu-Yorkda “Gallery MC” salonunda “Böyük Tur”, “Uçuşun Alternativ Metodları” sərgiləri, Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalında iştirak etmişdir. 2010-cu ildə Nyu-Yorkda Xristofer Qalereyasında, Moskva Beynəlxalq Sərgi Salonunda “Kağız üzərində iş”, Bakı Müasir İncəsənət Muzeyində və Böyük Britaniyanın Ober Qalereyasında “Uçuşun müşahidəçiləri” adlı sərgiləri keçirilmişdir. == Mənbə == Xaricdə yaşayan azərbaycanlı rəssamların kataloqu. Bakı, "Adventa", 2011.316 səh.
Aşağı Hüseyni (Çaroymaq)
Aşağı Hüseyni (fars. حسيني سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Babək Hüseynov
Babək Hüseynov- (d. 22 aprel 1983, Füzuli, Azərbaycan SSR) Kunq-fu sanda üzrə 10 qat Azərbaycan, 8 qat dünya çempionu. Kung-fu üzre peşəkar sanda və uşu sanda üzrə “Omar Uşu” klublarının prezidenti., «Azərbaycan Respublikasının Əməkdar İdman Ustası»,"Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" == Həyatı == Babək İslam oğlu Hüseynov 22 aprel 1983-cü ildə Azərbaycan SSR-in Füzuli rayonunda anadan olmuşdur. 1992-ci ildə Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Füzulini tərk edərək Bakıya köçmüş və burada yaşamışdır. İlk təhsilini Bakıda alan Babək Hüseynov 1993-cü ildən idmanla məşğul olmağa başlamışdır. 1993-cü ildə idmanın karate növü, 1995-ci ildə isə kunq-fu sanda idman növü ilə məşğul olmuşdur. === Ailəsi === Subaydır. == Fəaliyyəti == kunq-fu sanda üzrə peşəkarlar arasında döyüşlərdə 2006-cı ildən iştirak etməyə başlayıb. Elə həmin il İtaliyada kunq-fu sanda üzrə peşəkarlar arasında keçirilən dünya çempionatında qızıl medal əldə edib. 2007-ci ildə İranda Böyük A Kateqoriyalı Beynəlxalq yarışda 2-ci yerə, İtaliyada dünya çempionatında 3-cü yerə layiq görülüb.
Babək Hüseynoğlu
Babək Hüseynoğlu - Jurnalist == Həyatı == Babək Hüseynoğlu 1951-ci ildə Zəngibasarda doğulub. Yerevan Dövlət Pedaqoji İnstitutunu bitirib. “Sovet Ermənistanı“ qəzetində məsul katib, “AzTV“-də şöbə müdiri vəzifələrində çalışıb. 1990-cı ilin avqustundan 1993-cü ilədək “Aydınlıq“ qəzetinin baş redaktoru olub. 1993-cü ilin avqustundan 1996-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyib.
Bahadur Hüseynov
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor. == Həyatı == Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür. 1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir. Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır.
Hüseyin
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Bu adı olan tanınmış şəxslərHüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Arabul — Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) —Hüseyn HüseynovHüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) —Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov —Hüseyn QuliyevHüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) —Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru,İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini,professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1]Aşıq HüseynAşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–? Aşıq Hüseyn Cavan — 1916–1985 Aşıq Hüseyn Saraçlı — 1916–1987DigərHüseyn (Əbyəlil) — Bığlı Hüseyn — Ermənistanda kənd. .
Hüseyni
Hüseyni (üzüm) — Üzüm növü.
Hüseyn Hüseynov
Hüseyn Hüseynov (bioloq) — Azərbaycan alimi. Hüseyn Hüseynov (riyaziyyatçı) — Azərbaycan professoru. Hüseyn Hüseynov (şair) — Azərbaycan el şairi, pedaqoq. Hüseyn Hüseynov (prokuror) — Naxçıvan Muxtar Respublikasının prokuroru. Hüseyn Hüseynov (səfir) — Azərbaycanın Bolqarıstandakı səfiri.
Hüseyn Hüseynov (alim)
Hüseyn Əlipənah oğlu Hüseynov - Biologiya elmləri namizədi, professor == Həyatı == Hüseyn Hüseynov 1915-ci ildə anadan olmuşdur. Biologiya elmləri namizədi, professordur. O, 1961-1966-ci illərdə BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, 1972-1975-ci illərdə Biologiya fakültəsinin dekanı olub. 100-dən çox məqalənin, dərslik, dərs vəsaitləri və proqramların müəllifi olmuşdur. Hüseyn Hüseynovun elmi fəaliyyəti, əsasən, Darı-dağ mərgümüş suyunun qan və qanyaranmaya və Azərbaycan florasından alınmış aktiv maddələrin orqanizmin karbohidrat mübadiləsinə təsirinin öyrənilməsi ilə əlaqədardır. Elmi fəaliyyətində Naftalan neftinin müalicəvi təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər əsas yer tutur.
Hüseyn Hüseynov (bioloq)
Hüseyn Əlipənah oğlu Hüseynov - Biologiya elmləri namizədi, professor == Həyatı == Hüseyn Hüseynov 1915-ci ildə anadan olmuşdur. Biologiya elmləri namizədi, professordur. O, 1961-1966-ci illərdə BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, 1972-1975-ci illərdə Biologiya fakültəsinin dekanı olub. 100-dən çox məqalənin, dərslik, dərs vəsaitləri və proqramların müəllifi olmuşdur. Hüseyn Hüseynovun elmi fəaliyyəti, əsasən, Darı-dağ mərgümüş suyunun qan və qanyaranmaya və Azərbaycan florasından alınmış aktiv maddələrin orqanizmin karbohidrat mübadiləsinə təsirinin öyrənilməsi ilə əlaqədardır. Elmi fəaliyyətində Naftalan neftinin müalicəvi təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər əsas yer tutur.
Hüseyn Hüseynov (professor)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor == Həyatı == Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977-1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980-1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982-1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993-2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Hüseyn Hüseynov (prokuror)
Hüseyn Muxtar oğlu Hüseynov (11 mart 1944, Qabıllı, Naxçıvan Muxtar Respublikası – 19 fevral 2022) — Naxçıvan Muxtar Respublikası prokuroru, ədliyyə generalı. == Həyatı == Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə inistitutu bitirmişdir. Marksism və Leninizm institunda iki il əlavə təhsil alır. 1963-ci ildə hərbi vəzifəsini yerinə yetirmişdir. == Fəaliyyəti == Birinci təyinatını Xanlar rayonuna almışdır. Sonra 5–6 ay Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayonunda prokror müstəntiqi vəzifəsində işləmişdir. Daha sonra Quba şəhərinə təyinatı çıxır. Bir müddət burada işlədikdən sonra təyinatını Abşeron rayonuna alan Hüseyn Hüseynov burada müstəntiq işləyir və zona prokrorluğuna təyin olunmuşdur.
Hüseyn Hüseynov (riyaziyyatçı)
Hüseynov Hüseyn Şirin oğlu (English; Huseyn Huseynov Shirin Oglu. Turkish; Hüseyin Şirin Hüseyin) — professor == Həyatı == Hüseyn Hüseynov 17 iyul 1951-ci ildə Ağsu rayonunun I Qaraqaşlı kəndində, Azərbaycanda dünyaya gəlib. 1973-cü ildə Bakı Dövlət Universiteti, Mexanika-Riyaziyyat Fakültəsində bakalavr təhsilini tamamlayıb. 1976-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1977-1980-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Funksiyonal Analiz şöbəsində köməkçi dosent heyətində uzman tədqiqatçı olaraq işləyib. 1980-1982-ci illər arasında Moskva Dövlət Universitetində tədqiqatlara davam edib. 1990-cı ildə Moskva Dövlət Universitetinin doktoranturasında doktorluq elmi dərəcəsi üçün müvəffəqiyyətlə elmi işi müdafiə etmiş və fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsi almışdır. 1982-1992-ci illər arasında Azərbaycan Elmlər Akademiyası, Riyaziyyat və Mexanika İnstitutu, Operatorların Spektral Teorisi Elmi şöbəsinin sədri vəzifəsini icra edərkən, 1986-cı ildə Dosent, 1992-ci ildə Professor adlarını alıb. 1993-cü ildə TÜBİTAK vasitəçiliyi ilə Türkiyəyə gəlib. 1993-2001-ci illər arasında Ege Universitetində, 2001-ci ildən etibarən Atılım Universiteti Riyaziyyat Bölümündə müəllim olaraq fəaliyyət göstərib və bir çox tələbə yetişdirib..
Hüseyn Hüseynov (şair)
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.
Hüseyn Əli Hüseynov
Hüseyn Əli Gülbala oğlu Hüseynov — Azərbaycan və Leninqrad rəssamlıq məktəbinin nümayəndələrindən biridir. == Həyatı == Hüseyn Hüseynov 2 sentyabr 1930-ci ildə Bakının Buzovna kəndində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, sonra isə V. İ. Muxina adina Leninqrad Dövlət Rəssamlıq-sənayə məktəbini bitirib. Azərbaycan SSRnın Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. “Şuşa motivləri” mənzərələr silsiləsi hələ tələbə olduğu zamandan tanınmağa başlanıb. H.Hüseynovun əsərləri ilk dəfə 1954-cü ildə Respublika rəssamlıq sərgisində nümayiş olunub. Azərbaycan Dövlət Sirkinin bədii tərtibat kompleksinə daxil olan “Atlar” (1966), Aeroport mehmanxanasında “Kosmos” (1969), M. Əzizbəyov adına doğum evində “Analıq” (1976), Bakı Dəniz limanında “Tərəqqi” mozaikaları, həmçinin Azərbaycan və Moskva mehmanxanalarının interyerlərini bəzəyən orijinal süjetli vitrajlar rəssamın yaradıcılıq nailiyyətləridir. Eləcə də “Poladəridənlər” (1961), “Tələbə qız” (1963), Azərbaycan qızı, Poladəridən (1964) “Rüstəm” (1965), “Sara” (1968), “Gənclik” (1970), “And (1972), “Yeni həyata doğru” (1977) əsərləri müəllifə şöhrət qazandırıb. Azərbaycanda ilk Azərbaycan dilində rəssamlıq dərsliklərinin müəllifi, Azərbaycan Dövlət Pedagojı Universitetin Rəssamlıq və onun tədrisi kafedrasının yaradıcısı və müdri olub. Əsərləri R.Mustafayev ad.
İlhüseyn Hüseynov
Hüseynov İlhüseyn Pirhüseyn oğlu — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1991 sentyabr-1992 may). == Həyatı == İlhüseyn Hüseynov 1925-ci ildə Bakı şəhəri Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında 1942-ci ilin sentyabr ayından xidmətə başlamışdır. İ.Hüseynov SSRİ DTK-nın Bakı diyarlararası məktəbini bitirmiş, 1952-ci ilin avqust ayından əməliyyat işində rəhbər vəzifədə çalışmışdır. Xidməti dövründə bir sıra dövlət mükafatları – "Qırmızı Bayraq" ordeni, "Döyüş xidmətlərinə görə" medalı və digər 14 medala, eləcə də "Kəşfiyyat xidmətlərinə görə" döş nişanı ilə təltif olunmuşdur. 1991-ci ilin sentyabrından 1992-ci ilin may ayına qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsində işləmişdir. İ.Hüseynov təhlükəsizlik orqanlarından general-mayor hərbi rütbəsində silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. 25 sentyabr 2006-cı ildə vəfat etmişdir.
Qusey Hüseyn
Qusey Səddam Hüseyn Əl-Tikriti ( 17 may 1966 , Bağdad - 22 iyul 2003 , Mosul ) Səddam Hüseynin kiçik oğludur.Keçmiş kəşfiyyat rəisi və Respublika Qvardiyasının komandiri.O və qardaşı Udey Hüseyn 2003-cü ildə ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı öldürülüb. == Erkən illəri == Kusey Hüseyn 1966-cı il mayın 17-də Bağdadın əl-Kərç rayonunda İraqın gələcək prezidenti Səddam Hüseynin ailəsində anadan olub. 16 yaşında Kusey general Maher Abdel-Rəşidin qızı Səhərlə evləndi. O, Bağdad Universitetinin hüquq fakültəsinə daxil olmuş,1987-ci ildə onu fərqlənmə diplomu ilə ixtisasını bitirmişdi. == Varis == === İlk addımları === Kuseynin cəmi 22 yaşı olanda Səddam onu ​​1988-ci ilin əvvəllərində Rumıniya Sekuritatı kimi yaradılmış Amn əl-Has xüsusi təhlükəsizlik xidmətinin direktor müavini təyin etdi . Güman edilir ki, 1991 -ci ildə ölkənin cənubunda şiə üsyanlarının yatırılmasına məhz Kusey rəhbərlik edib və ölkənin cənubundakı bataqlıqların qurudulması ideyasını ortaya atıb . " Bataqlıq ərəbləri " etnik qrupu min ilə yaxın yaşadı - ümumi meliorasiya bu xalqı tamamilə məhv etdi. Qusay böyük qardaşından daha sakit xasiyyəti ilə fərqlənirdi, bunun sayəsində o, atasının sirdaşı və ehtimal olunan varisi hesab olunurdu: yalnız o və İraq prezidentinin şəxsi katibi Abed Həmid Mahmud Səddamın yerini həmişə bilirdi. Səddam Hüseynin yüksək rütbəli zabitləri ilə görüşlərində Kusey həmişə iştirak edir, atasına hörmət və itaət əlamətləri göstərirdi. Bütün məclislərdə kiçik oğlu Səddamın yanında otururdu.
Həsən Hüseyni
Həsən Xalıqverdi oğlu Hüseynov (Hacı Həsən Hüseyni; 25 aprel 1970, Sobu, Zəngilan rayonu) — Azərbaycanlı publisist, tədqiqatçı, ilahiyyatçı, islamşünas; "Həkəri" qəzetinin dini işlər üzrə şöbə müdiri (2019); Qarabağ müharibəsi qazisi; Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və "Dirili Qurbani" məclisinin üzvü. == Həyatı == Hacı Həsən Hüseyni 1970-ci ildə aprel ayının 25-də Zəngilan rayonunun Sobu kəndində dünyaya gəlmişdir. 1985-ci ildə Sobu kənd səkkiz illik məktəbi bitirərək, elə həmin il təhsilini Bakı şəhər 5 nömrəli Kimya-biologiya respublika təmayüllü internat məktəbində davam etdirməyə başlayır və 1987-ci ildə təmayülü bitirir. 1990-cı ildə xidmətini birtirib qayıtdıqdan sonra Bakı Poladəritmə zavodunda ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra H. Z. Tağıyev adına Toxuculuq Fabrikində çalışmışdır. 2003–2008-ci illərdə Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsində ali təhsil alıb. 2006-cı ildə müqəddəs Həcc ziyarətini ziyarət edib. == Hərbi xidməti == Tam orta təhsilini bitirdikdən sonra 1988-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Altı ay serjant məktəbində oxuduqdan sonra hərbi xidmətini Almaniyadakı sovet qoşunları kontingentində davam etdirmişdir.1992-ci ildə Xətai rayonu Hərbi Komissarlığına könüllü cəbhədə döyüşmək üçün müraciət edir. O, əvvəlcə Biləcəriyə, oradan isə Qobu poliqonuna hərbi təlim üçün göndərilir.
Həsən Hüseynov
Həsən Hüseynov (mühəndis) — Texnika elmləri doktoru, professor. Həsən Hüseynov (filoloq) — filoloq. Həsən Hüseynov (filosof) — filosof.
Məhəmməd Hüseyn Həsən Zaruq
Mohammed Hussein Hasan Zaroug — Sudanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Həsən Hüseynov (filoloq)
Həsən Hüseynov (azərb. Həsən Çingiz oğlu Hüseynov‎; d. 1 sentyabr 1953, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan mənşəli sovet və rus filoloqu - Filologiya üzrə elmlər doktoru (2002), AİM -nin professoru (2012). Mədəniyyət tarixi, klassik filologiya, müasir siyasət və ədəbiyyat sahəsində bir neçə kitab və yüzdən artıq məqalə müəllifidi. "Mifaloji lüğət" və "Dünya xalqlarının mifləri" ensiklopediyasının həmmüəlliflərindəndi. == Bioqrafiya == 1975-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsinin klassik şöbəsinin məzunu olub. Filologiya elmləri namizədi (elmi rəhbəri A. A. Taxo-Qodi, Moskva Dövlət Universiteti, 1979), filologiya elmləri doktoru (elmi məsləhətçi S. Yu. Neklyudov, Rusiya Dövlət Humanitar Universiteti, 2002). A.F. Losev və A.A. Tahxe-Qodinin tələbəsi olmuşdur. Rusiya Teatr İncəsənəti İnstitutunda dərs demiş (1978-1984), sonra SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda işləmişdir.
Həsən Hüseynov (mühəndis)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Həsən Hüseynov (professor)
Həsən Hüseynov (7 sentyabr 1944, Cəbrayıl) — Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Əməkdar Elm Xadimi. == Həyatı == Həsən Əhməd oğlu Hüseynov 7 sentyabr 1944-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. O, 1961-ci ildə akademik M.Mehdizadə adına (keçmiş M.Qorki) Cəbrayıl orta məktəbini, 1967-ci ildə isə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmişdir. H.Hüseynov AzPİ-nin göndərişi əsasında Bünyad Sərdarov adına maşınqayırma zavodunda böyük mühəndis vəzifəsində mühəndis fəaliyyətinə başlamışdır. O, 1967-1968-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 1968-1984-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat və Layihə Texnologiya Maşınqayırma İnstitutunda müvafiq olaraq böyük mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. H.Hüseynov 1974-cü ildə AzPİ-nin aspiranturasına daxil olmuş və 1978-ci ildə Qubkin adına “Moskva Neft və Qaz” İnsitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. H.Ə.Hüseynov 1978-ci ildən AzPİ-də ardıcıllıq üzrə kiçik elmi işçi, assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. O, 1984-1985-ci tədris ilində M.Torez adına Moskva Xarici Dillər İnstitutunda fransız dili üzrə 10 aylıq intensiv kurs bitirmiş və 1984-1987-ci illərdə isə Madaqaskar Dövlət Universitetində professor vəzifəsində işləmişdir. H.Ə.Hüseynov 1990-cı ildə “Maşınqayırmada ALS” kafedrasına müdir vəzifəsinə seçilmişdir. O, 1995-ci ildə “Moskva Dövlət Texnologiya Universitetində” “STANKİN”də doktorluq dissertasiyası müdafiə etmiş, 1996-cı ildə Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki seçilmiş və professor elmi adı almışdır.
Useyd ibn Hudeyr
Useyd ibn Hudeyr (Mədinə – 640, Mədinə, ərəb. أسيد بن حضير‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun doğum tarixi məlum deyil. O, Mədinənin Evs qəbiləsinin Bənu Əbdüleşhel qolundandır. Peyğəmbərin Mədinəyə Quranı öyrətmək üçün göndərdiyi Musab ibn Umeyr vasitəsilə müsəlman olur. O, öz qəbiləsini təmsil edərək İkinci Əqabə beyətində iştirak edir. Uhud və Xəndək döyüşlərində iştirak etmişdir. Savadlı olduğu üçün vəhy xadimi işləyirdi. Onun Quranı gözəl səslə oxuduğu, mələklərin onu dinləməyə gəldiyi haqda hədislər vardır. Useyd hicrətin 20-ci ilinin Şaban ayında vəfat edir.