GÜLƏŞQABAQ sif. Üzügülər, xoşsifət, mehriban, şən, gülər. Güləşqabaqlı qız. – Möhlətov istədi bu güləşqabaq oğlanın sözünə soyuqqanlılıqla yanaşsın, məna verməsin, bunu edə bilmədi. Mir Cəlal.