1. Getdikcə gənc olmaq, cavanlaşmaq, yetkinləşmək. Gəncləşmək [Muradın] əlində deyildi.
Onu təbiət qocaltmışdı.
Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza.
Getdikcə Kərim daha yekəlib kişiləşir, Səlim isə boy atıb gəncləşirdi.
// məc. Özünü gənc kimi hiss etmək, qıvraqlaşmaq. Vannalardan sonra lap gəncləşmiş kimiyəm.
2. məc. Tərəqqi etmək, inkişaf etmək, yeniləşmək.
Dönməz oğulların iradəsindən; Gəncləşir qocaman Vətən torpağı.
Hər gün bir il gəncləşən boy atan bir ölkədə; Nə qədər nəğmə vardır hələ bəstələnməmiş.