HÜNDÜRBOYLU

HÜNDÜRBOYLU – BALACABOYLU Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı (C.Əmirov); Səməd balacaboylu, qarabuğdayı oğlandı (M.İbrahimov).

HÜNDÜR
HÜNDÜRLƏTMƏK
OBASTAN VİKİ
Hündürboylu acılıqotu
Hündürboylu acılıqotu (lat. Ephedra procera) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir.

Значение слова в других словарях