HƏMAĞUŞ zərf [ fars. ] Bir-birini qucaqlamış halda, qucaqlaşaraq. □ Həmağuş olmaq – bir-birini qucaqlamaq, qucaqlaşmaq. Vaqifi-pürmöhnət çox çəkib həsrət; Ta səninlə xəlvət ola həmağuş. M.P.Vaqif. [Xavər Arifə:] Baxdım ki, sevilməyənlər əsla; Layiq deyil olmağa həmağuş. H.Cavid.