HƏMD
HƏMDƏM
OBASTAN VİKİ
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Həmd surəsi
Fatihə surəsi (ərəb. سورة الفاتحة‎ (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir. Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir. == Əl-Fatihə surəsi == Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına.
Daryaraq səna
== Təbii yayılması == Afrika və Hindistanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan çoxillik, tropik yarımkoldur. Gövdəsi düz dayanan, budaqları yuxarıya doğru yönəlmişdir. Az şaxələnən, torpağın dərin qatlarına gedən mil kök sisteminə malikdir. Yarpaqları növbəli, cütlələkvari, 4-8 cüt ensiz, 20-yə qədər yumurtavari-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcıqların kənarları bütöv, ucu biz, dərili, uzunluğu 3-4 sm, eni 0,5-1 sm, qısa saplaqlıdır. Avqust ayında çiçəkləyir. Çiçəkləri bir az əyri, iri, qızılı-sarı, salxımşəkilli çiçək qrupunda yığılmışdır. Ləçəkləri sarıdır. Paxlası oraqvari, əyri, dərivari, yastı, hamar, uzunluğu 5,5 sm, eni 2,5 sm, tünd qonur rəngli, çoxtoxumludur.
Şişyarpaq səna
Səna (bitki)
Səna (lat. Senna) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Səna (dəqiqləşdirmə)
Səna — Yəmənin paytaxtı və böyük şəhəri. Səna (bitki) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. SANA — Suriyanın dövlət informasiya agentliyi.
Tərs yumurtavari səna
Əsasən Sudanda yayılmışdır. Hündürlüyü 1 metr olan yarımkol və ya koldur. Yarpaqları 5 cüt, yarpaqcıqları enli, tərs-yumurtavari, ucdan dəyirmidir. Ləçəkləri qeyri bərabərdir. Paxlası yastı, oraqvari, iri, 3-4 sm uzunluğundadır. Avqust ayında çiçəkləyir. İşığa, istiyə, küləyədavamlı bitkidir. Torpağa tələbkar deyildir. Mədəni halda Abşeronda Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilir. Yolların kənarlarında canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Quranın Səna əlyazması
Səna əlyazması — bu gün mövcud olan ən qədim Quran əlyazmalarından biri. 1972-ci ildə Yəməndə Səna Böyük Məscidinin bərpası zamanı bir çox digər Quran fraqmentləri və başqa əşyalarla birlikdə tapılıb . Əlyazma iki təbəqədə perqament üzərində yazılmışdır. Üst təbəqə Osman dövründə istifadə edilən standart yazı ilə yazılmış Quran olsa da, alt təbəqə standart yazı ilə müqayisədə fərqlənir. Alt təbəqənin bir versiyası 2012-ci ildə nəşr edildi. Karbon testləri onun 99% dəqiqliklə 669-cu ildən əvvəl və 95.5 faiz dəqiqliklə 578-ci ildə sonra yazıldığını göstərir. Səna əlyazmalarından 926 parça təhlil edilmişdir. 22%-i məlum olan Qurandan yazılış, dilçilik və düzülüş etibarilə tamamilə fərqlənir.

Значение слова в других словарях