Hər kişi elə bilir ki, doşab almışdı bal çıxıb.

There is one good wife in the country, and every man thinks he has her. Каждый муж думает, что лучше его жены нет.
hər kimdir
hər kol dibindən çıxan
OBASTAN VİKİ
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Eldən-elə
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Kef Elə
"Kef Elə" — Hüseyn Dərya tərəfindən ifa olunan rep.
Kişi
Kişi — erkək insandır. "Kişi" sözü yetkinlik yaşına çatmış insanlar barəsində işlənilir, bu sözun tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir. Leonardo da Vinçinin "Vitruvius İnsanı" bir kişinin nisbətini göstərməktədir Kişilik erkək insanın bir baliğ mərhələyə qədəm qoymasıdır. Müxtəlif sünnət əsaslı icmalar bu mərhələyə keçmək üçün xüsusi mərasimlər qururlar. Modern icmalarda qanun bu mərhələni təyin edir. Bu baliğ mərhələsinə yetən oğlan bundan sonra kişi adlanır və qanun baxımından öz işlərinin məsulu və cavab vericisidir.
.ki
.ki — Kiribatinin internet kodu.
Mustafa Bilir
Mustafa Bilir və ya təxəllüsü ilə Aşıq Obalı (8 mart 1958, Şavşat[d], Artvin ili) — Türkiyə aşığı.
Anam ağaca çıxıb
Anam ağaca çıxıb — Azərbaycan qısametrajlı cizgi filmi rejissor Firəngiz Qurbanova tərəfindən 1986-cı ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Məzmun == Animasiya filmində göstərilir ki, ana balaca qızına sıyıq yedirtmək üçün ona sehrli nağıllar danışmalı olur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: D. Seyidova Rejissor: Firəngiz Qurbanova Operator: Antonina Korotnitskaya Rəssam: Firəngiz Qurbanova, Elman Mirzəyev Bəstəkar: Cahangir Qarayev == Nümayiş == 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Bal (dəqiqləşdirmə)
Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida. Bal (rəqs) — təntənəli rəqs növü.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Bal porsuğu
Bal porsuğu (lat. Mellivora capensis) — Afrika və Asiyada yaşayan dələlər fəsiləsinə aid olan bir növ. Mellivorinae alt fəsiləsində yeganə olan bal porsuğu monotipik cins (Mellivora) kimi təsnif edilir. Çox kiçik ölçüsünə baxmayaraq vəhşiliyi və qorxmazlığı ilə tanınır. Ginnesin Rekordlar Kitabı 1998-2003-cü illər üçün nəşrlərində bal porsuğunu "dünyanın ən qorxmaz məməlisi" elan etmişdir. == Təsvir == Bal porsuğu orta boylu bir heyvandır (Avropa porsuğundan bir qədər kiçikdir), bədən uzunluğu təxminən 70-75 sm, quyruğu orta hesabla 18-20 sm[-ə (25 sm-ə qədər) çatır. Çəkisi 7 ilə 13 kq arasında dəyişir. Erkəklər dişilərdən bir qədər ağırdır. Bal porsuqunun bədən quruluşu köklü və çömbəlmiş, ayaqları və quyruğu nisbətən qısa, ön pəncələri qazmağa uyğunlaşmış iti pəncələrlə təchiz olunmuşdur. Başı uzunsov və genişdir, qısa iti buruna, kiçik göz və qulaqlara (qulaqların hündürlüyü təxminən 2 sm-ə çatır).
Bal pətəyi
Bal pətəyi və ya Bal şanı — bal və yumurtalarını saxlamaq üçün arıların mumdan hazırladığı yuvacıqlar. Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu orta rəqəmdən fərqlənmə isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında həndəsə qaydalarına ideal şəkildə riayət olunur. Dairə, müəyyən bir sabit sahəni əhatə edən ən qısa kənar uzunluğuna malik həndəsi formadır. Məsələn, sahəsi 10 sm² olan kvadrat və dairənin çevrə uzunluqları müqayisə edildikdə dairənin çevrəsinin daha qısa olduğunu görərik. Ancaq bal pətəyinin inşasında vəziyyət heç də belə deyil. Burada bal pətəyinin geniş çərçivəsi, bərabər və daha kiçik sahələrə bölünəcəkdir və bölmə əməliyyatında ən az çevrə uzunluğuna malik quruluş istifadə ediləcəkdir. Çərçivəni, bərabər sahələrə malik kiçik dairələr şəklindəki pətəklərə bölmək istəsək, yuxarıda ifadə edildiyi kimi ən qısa kənar xüsusiyyəti təmin edəcək, fəqət dairələrin kənarları arasında qalan boşluqlar üçün daha çox mum sərf edilmiş olacaqdır.
Bal tortu
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Eldən-elə (roman)
Eldən-elə — Əzizə Cəfərzadənin Zeynalabdin Şirvanidən bəhs edən tarixi romanı. Yazıçının "Xoş gördük, səyyah" adlı povestinin yenidən işlənmiş və genişləndirilmiş variantı kimi təqdim etdiyi "Eldən-elə" romanı Azərbaycan alimi və səyyahı Zeynalabdin Şirvaninin həyatından bəhs edir. "Eldən-elə" romanını Əzizə Cəfərzadə atası Məhəmməd Cəfər oğluna və coğrafiyaşünas alim Nurəddin Kərimovun xatirəsinə həsr etmişdir. Əsər 1992-ci ildə qələmə alınmışdır. Həyatının otuz yeddi ilini səyahətlərdə keçirmiş olan bu görkəmli səyyah-mütəfəkkirin ömür yolunu vərəq-vərəq izləmiş, bir çox məqamlara aydınlıq gətirmişdir. Roman Zeynalabdin Şirvaninin uşaqlıq illəri ilə başlayır, beləcə səyyahın ömrünün sonunadək təsvir olunur. Burada alimin İran, Türkiyə, Hindistan, Pakistan, Orta Asiya, ərəb ölkələrinə səyahəti haqqında geniş təfsilatlı məlumat vermişdir. Ölkələr haqqında verilmiş zəngin məlumatlar əsərin oxunaqlılığını və inandırıcılığını təmin edir. Əsərdə Zeynalabdin Şirvaninin atası İsgəndər, anası Şirinbəyim,qardaşı Məhəmmədəli obrazları da yaradılmışdır. Atası çox ciddi, zəhmli, dininə çox bağlı biri kimi təsvir olunur.
Kef elə (mahnı)
Tısbağalar uça bilir
Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu. Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər.
Alməmməd kişi
Şair Alməmməd (1800–1868) — Aşıq Ələsgər və Çoban Məhəmmədin atası. Alməmməd Aşıq Ələsgərin atasıdır. O, Göyçə mahalının Ağkilsə kəndində yaşamış, yoxsul həyat keçirmiş, kəndin sayılan adamlarından biri olmuşdur. Dülgərliklə məşğul olmuş, 4 oğul, 2 qız atası olduğu üçün həmişə zəhmətə qatlaşmış, Kəlbəcər ərazisindəki meşələrdən gətirdiyi ağaclardan şana, kürək, dırmıq düzəldərək satar, ailəsini dolandırarmış. Alməmməd aşıqlıq eləməsə də, ustad aşıqların şerlərini əzbərdən söyləyər, özü də həvəsi gələndə şeirlər qoşarmış. Onun şeirləri tez-tez aşıq məclislərində eşidilərmiş. Bu nəslin şeir yazanları çox olsa da, onların yaradıcılığına aid nümunələr bəzən qarışıq düşmüşdür. Heydər Əbdüləzim Təhməz Talıbxan Allahverdi Alməmməd Alməmmədin Ələsgər, Salah, Xəlil, Məhəmməd adlı dörd oğlu, Fatma və Qızxanım adlı iki qızı varmış. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil.
Kazumi Kişi
Kazumi Kişi (d. 25 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 2 qol vurub.
Kişi fahişəliyi
Kişi fahişəliyi — ödəmə qarşılığında cinsi xidmətlər göstərən kişilərin praktikasıdır. Bu seks işinin bir növüdür. Müştərilər istənilən cinsdən olsalar da, əksəriyyəti kişilərdir. Qadın fahişələrlə müqayisədə, kişi fahişələr tədqiqatçılar tərəfindən çox az öyrənilmişdir. Kişi fahişələr üçün istifadə olunan terminlər ümumiyyətlə qadınlar üçün istifadə edilənlərdən fərqlənir. Bəzi şərtlər müştəri və ya iş metoduna görə dəyişir. Bu fahişəliyin qanunsuz yada qadağan olunduğu yerlərdə də, kişi fahişələrin öz işlərini xidmət haqqı qarşılığında, çılpaq modelliklə və ya rəqs, bədən masajı və ya digər seksual xidmətlər göstərirlər. Beləliklə, bir kişi eskort, gigolo (qadın müştəriləri nəzərdə tutan), kirayə oğlanı, hustler (ictimai yerlərdə xahiş edənlər üçün daha çox yayılmışdır), model və ya masajçı kimi adlandırıla bilər . Özünü gey və ya biseksual hesab etməyən, lakin kişi ilə pul qarşılığında cinsi əlaqəyə girən bir insana bəzən ödəniş qarşılığında qey və ya ticarət deyilir.
Kişi sözü
Kişi sözü (film, 1987)
Kişi sünnəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. İslam terminologiyasında xütnə adlandırılır. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.
Kişi sünəti
Sünnət (ərəb. ختان‎ — Xətənə) — kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılması. İslam terminologiyasında xütnə adlandırılır. Sünnətin tarixi qədim zamanlara gedib çıxır. Misir fironlarından II Ramzesin oğlunu sünnət etdirdiyi haqda məlumatlar mövcuddur. Din tarixinə nəzər saldıqda belə bütün peyğəmbərlərin sünnət olunmağı tövsiyə etdikləri görünür. Hətta Hz. İsanın 8 günlük körpə olarkən sünnət edildiyi bildirilir. Buna baxmayaraq xaçpərəst dünyası müsəlman və yəhudilər qədər bu mərasimə meyilli deyillər.