HƏSRƏTLİ

sif.
1. Ürəyində həsrəti, arzusu, istəyi olan; diləkli, arzulu; həsrətkeş. Həsrətli valideyn. Həsrətli sevgililər.
– Beyrək və yoldaşları cəfakeş kürəkçilərlə həsrətli doğma qardaşlar kimi bir-birlərinə sarmaşdılar. M.Rzaquluzadə.
Ümid … uzaq səfərdən gəlmiş həsrətli adam kimi anası ilə qucaqlaşdı. B.Bayramov.

2. Həsrət ifadə edən. Həsrətli baxış.
[Sarıköynək] məndən ayrılarkən həsrətli bir ah çəkdi. S.Hüseyn.
Həsrətli gözlərlə boylanır qarı; Külləri soyumuş ocağa sarı. S.Vurğun.

Синонимы

  • HƏSRƏTLİ xiffətli — dərdli — qüssəli — qəmli — ələmli
HƏSRƏTKEŞ
HƏSSAS

Значение слова в других словарях