HAŞA

1. Allah eləməsin, Allah göstərməsin, iraq olsun. ...uzaq.

2. Əsla, qətiyyən, heç vaxt. (“Koroğlu” dastanının lüğəti)

Koroğlu çəkər haşani,

Bəylər edər tamaşanı,

Mən özüm Aslan paşanı,

Hərəniz bir xan üstünə.

                              (“Durna teli”)

                      * 

Vuram xotkar, tutam paşa

Xanlar məndən çəkər haşa,

Bu dövranım vara başa

Sönməyən çırağım ola!..

                            (“Qulun qaçmağı”)

                       *

Haşa, sevdiciyim, gəl etmə haşa,

Əgər qismətimsən, yetüşər başa,

Bu sözü söylədi ol Dona paşa,

Dur get, əcəm oğlu, qalma bu yerdə.

                            (Paris nüsxəsi, 12-ci məclis)

HARAMZADƏ
HAVAR ÇƏKMƏK

Значение слова в других словарях