HALƏT
HALİ
OBASTAN VİKİ
Əzmizadə Haləti
Əzmizadə Haləti — XVII əsrin Osmanlı dönəmində yaşamış alim və şairidir. Pir Mehmet Əzmi Əfəndinin oğlu olduğu üçün Əzmizadə soyadı ilə tanınmışdır. 1570-ci ildə İstanbulda anadan olmuşdur. Əsl adı Mustafa olan Haləti yüksək mədrəsə təhsili görərək yetişmişdir. Xoca Sadəddindən icazət (diplom) almışdır. İyirmi yaşında ikən, qırx sikkə maaşla Xacə Xatun Mədrəsəsinə müəllim olaraq təyin edilmişdir. Bir çox mədrəsədə və Səhn-i Süleymaniyyədə müəllimlik etdikdən sonra 1602-ci ildə Şama, iki il sonra isə Qahirə qaziliyinə (hakimliyinə) təyin edilmişdir. Misir Əmir-ül-Ümərası, Hacı İbrahim Paşa əsgərlərin üsyanı nəticəsində şəhid olduqdan sonra onun yerinə keçmişdir. Lakin asayişi təmin edə bilmədiyi üçün xaric edilmişdir. İki il müddətindən sonra Hələti 1606-cı ildə Bursa qaziliyinə təyin edilmişdir.
Əhvali-ruhiyyə
Əhvali-ruhiyyə — davamlı psixi proseslər üçün emosional fon formalaşdıran, aşağı intensivliyə malik kifayət qədər uzunmüddətli emosional proses. Əhvali-ruhiyyə adətən affektlərdən]], hisslərdən və duyğulardan fərqlənir. Emosional tona görə bərabər (eytimik), aşağı (hipotimik), yüksək (hipertimik), narahat və s. ola bilər. Əhval-ruhiyyə aydın şəkildə müəyyən edilə bilən hallar kimi də çıxış edə bilər: sıxıntı, narahatlıq, qorxu, kədər, iztirab və ya ehtiras, eyforiya, sevinc və s.). Əhval-ruhiyyə insanın bütövlükdə həyat vəziyyətinə münasibətini ifadə edən emosional proses kimi başa düşülür. Adətən əhval-ruhiyyə sabit və uzunmüddətli, eləcə də aşağı intensivlikdədir. Əks halda, bu, əhval pozğunluğunun əlaməti ola bilər. Mütəxəssislər "əhvali-ruhiyyə" anlayışı ilə "duyğu", "affekt", "emosiya" və "yaşantı" anlayışlarını fərqləndirirlər: Duyğulardan fərqli olaraq, əhval-ruhiyyənin obyektlə əlaqəsi yoxdur: onlar heç kimə və ya heç bir şeyə münasibətdə deyil, bütövlükdə həyat vəziyyətinə münasibətdə yaranır. Bu baxımdan, əhval-ruhiyyə hisslərdən fərqli olaraq ambivalent ola bilməz.

Значение слова в других словарях