Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ruhiyyət sarayı
Ruhiyyət sarayı (Türkmən dilində: Ruhyýet köşgi) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən saraydır. Sarayda rəsmi hökumət tədbirləri, forumlar, görüşlər və açılış tədbirləri həyata keçirilir. Bina Fransanın Bouyges tikinti şirkəti tərəfindən tikilmişdir.
Ruqiyyə Zərbəliyeva
Ruqiyyə Hacıağa qızı Zərbəliyeva — Azərbaycanda, Qafqazda, həmçinin bütün Yaxın Şərqdə ilk qadın qırıcı təyyarəçi.[mənbə göstərin] == Həyatı == Ruqiyyə Hacıağa qızı Zərbəliyeva sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu XX əsrin 30-cu illərinin sonlarında yerinə yetirmişdir. Ruqiyyə Zərbəliyeva ilk azərbaycanlı qırıcı təyyarəçi olmuşdur. Həyat yoldaşı Baba İbrahim oğlu Talıbov İkinci dünya müharibəsinə getmiş və həlak olmuşdur. Rauf adlı oğlu ilə tək qalan Ruqiyyə Zərbəliyeva sonralar Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirərək uşaq həkimi olmuş, Qusarda və Bakıda uşaq həkimi kimi çalışmışdır. Ruqiyyə Zərbəliyeva Bakıda yaradılmış "Səfa" müsəlman cəmiyyətinin fəallarından olan Kərbəlayı Abdulla Zərbəliyevin nəvəsidir. "Baku" qəzetinin 1914-cü il yanvar tarixli 5-ci sayında yazdığına görə Kərbəlayı Abdulla Zərbəliyev Bakıda yaradılmış “Səfa” müsəlman cəmiyyətinin yaradıcılarından və xəzinədarı, habelə Bakı Şəhər Dumasının üzvü olmuşdur.Ruqiyyə Zərbəliyevanın oğlu Rauf Baba oğlu Talıbov Azərbaycan Politexnik İnstitutunda müəllim və Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. == İstinadlar == == Ədəbiyyat == Cəfərov N. Qırıcı aeroplan pilotu (Ruqiyyə Zərbəliyeva haqqında) // "Kommunist" qəzeti, 1940. 8 mart Şimşinov A. Qanadlı qız (Gənc pilot Ruqiyyə Zərbəliyeva haqqında) // "Gənc işçi" qəzeti, 1941. 7 mart. Əfruz C. Təyyarəçi qız [Şeir] // Ədəbiyyat qəzeti, 1943.- 22 dekabr.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı 1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Səhiyyə
Səhiyyə — dövlət fəaliyyətinin bir istiqaməti. Məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir. Siyasət, iqtisadiyyat, sosial, hüquq, elm, tibb, gigiyena, epidemiologiya və mədəni sahədə görülən işlərin cəmi sayəsində mümkün olur. Hər bir insanın fiziki və psixi sağlamlığının qorunmasına və möhkəmlənməsinə, onun uzunömürlülüyünün təmin edilməsinə, sağlamlılığında problem yaranarsa ona təcili tibbi yardım gəstərilməsinə xidmət edir. Bunub üçün xüsusi təyinatlı poliklinika, klinika və digər tibb müəssisələri yaradılır. == Dövlət səhiyyə xidmətinin təşkilinin ümumi prinsipləri == Dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsi, maddi-texniki bazasının yaradılması və kadr təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılması ; Dövlət hesabına müalicə və hamının əhatə edilmıəsi ; Profilaktika şəbəkəsinin qurulması : Xəstəliklərin qarşısının alnması sisteminin qurulması ; Gigenik tələblərin qorunması üzərində nəzarət ; Sanitar maarifçilik ; Cəmiyyətin sağlamlığı üçün dinamik müşahidə ; Elm və praktikanın, müalicə və profilaktikanın birliyi ; Tibbi xidmətdə ənənənin qorunması ; Ümumi xarakter ; Beynəlmiləlşilik ; == Həmçinin bax == Dövlət Nazirlik Tibb == Ədəbiyyat == Princeton University. (2007). health profession. Retrieved June 17, 2007, from Princeton University United States Department of Labor. (February 27, 2007).
Avstriyada səhiyyə
Avstriyada səhiyyə — Avstriyada qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. İnfeksion xəstəliklərdən vərəm, viruslu hepatit, skarlatin və s. qeydə alınmışdır. Avstriyada xəstələrin əksəriyyəti dövlət hesabına və ya ictimai sığorta ilə müalicə edilirlər.
Başqırdıstanda səhiyyə
Başqırdıstanda səhiyyə — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında səhiyyə. 2002-ci ildə Başqırdıstanda 481 ambulatoriya-poiklinika müəssisəsi, 41496 çarpayılıq 297 xəstəxana var idi. Əəhalinin hər 10 min nəfərinə 107 çarpayı düşürdü; 2003-cü ildə bütün ölkədə 16,7 min həkim işləyirdi ki, əhalinin hər 10 min nəfərinə 41 həkim düşürdü. Ümumi xəstələnmə hallarında tənəffüs orqanları xəstəlikləri 15,5%, həzm sistemi – 13,8%, qan dövranı – 12% təşkil etmişdir. Ölkənin əsas tibbi kurortları Aksakovo, Krasnousolsk, Şafranovo, Yanqantau və digərləridir. Ölkədə insan ölümlərinin əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri (63%); bədbəxt hadisələr, zəhərlənmə və travmalar (16%); bədxassəli şişlər (12%); tənəffüs orqanları xəstəlikləri (6%) təşkil etmişdir.
Behiyyə Naxçıvani
Behiyyə Naxçıvani (24 fevral 1948, İran) — Uqandada böyüyən və Birləşmiş Krallıq və ABŞ-də təhsil alan İranlı Bəhai dinin ardıcılı olan yazıçıdır. İndi dərs dediyi Fransada yaşayır.Belçikada Avropa və Amerika ədəbiyyatını tədris etmiş, sonradan Fransaya getmişdir. 2007-ci ildə Behiyyə Naxçıvani Lyej Universitetindən fəxri doktorluq dərəcəsi qəbul etmişdir. Onun kitabları dünyanın bir çox dillərə tərcümə olunmuşdur. == Həyatı == 1948-ci ildə İranda dünyaya gəlmiş, Uqandada böyümüş və Böyük Britaniyada təhsil almışdır. == Ailəsi == Behiyyə Naxçıvaninin atası Əli Naxçıvani dünyaca məşhur Bəhailərdən biridir. Əli Naxçıvanı 1919-cu ildə Şüvəlanda anadan olmuşdur. O anadan olan ərəfədə atası Əli Əkbər Naxçıvani vəfat etmişdir. Bundan sonra fələstinli Bəhai olan anası onu Fələstinə gətirmiş və o, burada təhsil almışdır. 1951-ci ildə isə, yəni Behiyyə dünyaya gəldikdən 3 il sonra Bəhailiyi yaymaq üçün Uqandaya getmişdir.
Kubada səhiyyə
Kubada səhiyyə — Kubada ömür uzunluğu dünyada ən yüksək yerlərdən birini tutur – 76 yaş. Uşaq ölüm səviyyəsi isə fantastik dərəcədə aşağıdır – 1 yaşdan 4 yaşadək hər 10 min nəfərə 4,3 və məktəb yaşlı uşaqlarda hər 10 min nəfərə 2,7. Dünya səhiyyə reytinqində Kuba bir çox daha inkişaf etmiş ölkələri önləyərək 34-cü yeri tutur. Kubadakı müasir səhiyyə sistemi 1959-cu il inqilabından sonra tam şəkildə yenidən qurulub formalaşdırılmışdır. Ölkədə insan sağlamlığı ilə bağlı tədqiqatlara, o cümlədən, biotexnologiyalar və gen mühəndisliyinə, vaksin və çoxsaylı dərman preperatlarının istehsalına çox böyük vəsaitlər ayrılır: bu elmi tədqiqatların nəticələri bütün dünyada tanınıb qəbul edilmişdir. Bu cür yanaşmanın gerçəkləşdirilməsi milli təhsil sistemi çərçivəsində hazırlanmış çoxlu sayda yüksək ixtisaslı kadrların olması sayəsində mümkün olmuşdur. Milli səhiyyə sisteminə 278 xəstəxana, 442 polikilinika, 165 stomatoloji poliklinika, habelə cürbəcür profilli 466 başqa müəssisələr daxildir ki, onlarda işləyən həkimlərin sayı 800 000 nəfərə çatır. Bununla yanaşı sağlamlıq turizmi müəssisələr şəbəkəsi də mövcuddur, onlarda ildə 6 mindən çox əcnəbi pasiyentə xidmət göstərilir. Kubada həkimlərin hazırlanması sistemi keçmiş SSRİ-nin təcrübəsinə əsaslanır, həkim diplom almaq üçün 6 il tibb institutunda oxumaq və 3 il ixtisaslaşma keçməlidir. Onkologiya, pediatriya, hemotologiya, immunologiya, endokronologiya, dəri xəstəlikləri, ortopediya sahələri Kuba səhiyyə sisteminin qürur mənbəyidirlər.
Mədrəseyi-ruhaniyyə
== Mədrəseyi-ruhaniyyə == 1881-ci ildə Gəncədə açılmışdır,
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. == Həyatı == Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). == Həyatı == Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Qazaxıstanda səhiyyə
Qazaxıstanda tibb — hər bir ölkədə olduğu kimi, Qazaxıstan vətəndaşlarının sağlamlığı və rifahını qorumağa çağırılır. Qazaxıstanın səhiyyə sistemi hazırda bazar münasibətlərinə keçid mərhələsindədir. == Qazaxıstanda dövlət səhiyyə sistemi == Qazaxıstan Respublikasında səhiyyə sahəsində dövlət tənzimlənməsi Qazaxıstan Respublikası Səhiyyə və Sosial İnkişaf Nazirliyinin səlahiyyətlərinə daxildir . == Səhiyyə Sistemindəki islahatlar == Son illərdə dövlət səhiyyə sistemində islahatlar və inkişaf etdirməyə yönəlmiş bir sıra tədbirlərə ev sahibliyi edəcəkdir. 2002-ci ildə Səhiyyə ili elan edildi, İslahat və Səhiyyə İnkişafı Dövlət Proqramı qəbul edildi, pulsuz tibbi xidmətin siyahısı daim genişlənir. Hal-hazırda, Qazaxıstan Respublikası Hökuməti vərəm, diabet, QİÇS, onkoloji xəstəliklərin müalicəsinə, həmçinin yod çatışmazlığı probleminə ciddi diqqət yetirir. Bütün bu sahələrdə müvafiq dövlət proqramları qəbul edilmişdir. === "Sağlam Qazaxıstan" === 2011-2015-ci illər arasında Qazaxıstanda sağlamlığın inkişafı Dövlət Proqramı "Salamatty Kazakhstan" həyata keçirildi. Bu proqram çərçivəsində ana və körpə ölümünün göstəriciləri azaldı. Kardiologiya və ürək əməliyyatı üçün təkmilləşdirilmiş göstəricilər isə çoxaldı.
Raziyyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyyə Şirinova
Raziyyə Şirinova (1940) – müğənni, aktrisa, film iştirakçısı. == Həyatı == R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir. R. Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 2005-ci ildən Prezident təqaüdçüsüdür.
Risalətun-Nushiyyə
Əxlaqi-didaktik mövzuda yazılmış “Risalətun-nushiyyə” (“Nəsihətnamə”) 1307-ci ildə yazılmışdır. Əsər 563 beytdən və “Ağlın tərifi” (“Fi tərifil əql”) adlı kiçik bir nəsrlə yazılmış hissədən ibarətdir. Bu əsərin ilk 13 beyti bir (Fa’ilatün, failatün, fa’ilün), 550 beyti isə başqa (Məfa’ilün, məfa’ilün, fa’ilün) bəhrdə yazılmışdır. “Risalətun-nushiyyə” əsərinin ilk 13 beytində od, su, torpaq və küləkdən bəhs açılır. Kiçik parçada dörd ünsürdən hazırlanan insan, Tanrı (Padişah) tərəfindən can verilən ilk məxluqun - Adəmin torpaqdan, sudan, oddan, yeldən və candan əxz etdiyi sifətlər (xarakter) haqqında məlumatlar verilir: Padişahın hikməti gör neylədi, Od, su, torpaq və suya söylədi. Bismillah deyib, gətirdi torpağı, Ol arada hazır oldu ol dəği. Torpaq ilə suyu bünyad eylədi Ona Adəm deməgi ad elədi. Yel gəlib ardınca dəbitdi onu Ondan oldu cismi-Adəm, bil bunu. Od dəxi dəldikdə qızdırdı onu Çünki qızdı, cismə birləşdi cam. Əsərin kiçik nəsr hissəsində ağlın tərifi cənnət və cəhənnəm, o cümlədən 4 ünsür - torpaq, su, yel, od haqqında sufiyanə fikirlər özünə yer tapır.
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Səhiyyə TV
Səhiyyə TV — 1 aprel 2022-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Səhiyyə Televiziyası Azərbaycan Respublikasının tibb üzrə ixtisaslaşmış ilk televiziya kanalıdır. Səhiyyə TV 01.04.2022-ci il tarixindən Azərspace peyki vasitəsi ilə 11024 H 16500 tezliyində HD keyfiyyətdə yayımlanırdı. Hal-hazırda telekanalın peyk yayımı yoxdur. Səhiyyə TV-nin təsisçisi Azər Xudiyevdir. Səhiyyə TV ixtisaslaşmış tibbi informasiya resursudur. Tibbi informasiyanın daşınması və yayılması tarixində yeni mərhələdir. Kanalın bazasında 50 ixtisaslaşmış tibbi proqram istehsal olunur. Səhiyyə TV eksklüziv xəbər şəbəkəsinə malik ilk ixtisaslaşmış media olaraq öz partnyorlarını hər gün ölkədə və dünyada baş verən tibbi yeniliklərlə təmin edir. Səhiyyə tariximizdə ilk dəfə Azərbaycan həkimi bir televizyayla əməkdaşlıq sayəsində özünün imkanlarını təqdimetmə fürsəti qazanır, global tibbi şəbəkəyə çıxış əldə edir.
Səhiyyə iqtisadiyyatı
Səhiyyə iqtisadiyyatı — səhiyyə və sağlamlıq xidmətlərinin istehsalında və istehlakında səmərəlilik, effektivlik, dəyər və davranış ilə əlaqəli məsələləri öyrənən iqtisadiyyatın alt sahəsidir. Ümumi mənada, səhiyyə iqtisadçıları səhiyyə xidmət sistemlərinin necə işləməsini və siqaret çəkmək kimi sağlamlığa təsir edən davranışları öyrənir. Kennet Errounun səhiyyə iqtisadiyyatını ayrı bir təlim kimi təsnifləndirən, 1963-cü ildə yazdığı məqaləsi sağlamlıq və digər mallar arasındaki məna fərqlərini dərk etməyimizə kömək edəcək böyük fərqlilikləri işıqlandırdı. Səhiyyə iqtisadiyyatını digər iqtisadiyyat sahələrindən ayıran xüsusiyyətlərə böyük miqyasda dövlət müdaxiləsi, müxtəlif dərəcələrdə müşahidə oluna bilən qeyri-müəyyənlik, asimmetrik informasiya, giriş əngəlləri, xarici təsir və mübadilə prosesinə təsir edən 3-cü bir qurumun olması göstərilə bilər. Səhiyyə xidmətindəki bu 3-cü qurum mal və ya xidmətin qiymətindən kənarda qalıb, alım qərarlarını verən (labaratoriya testindən keçmək, dərman resepti yazmaq, əməliyyat etmək və s.) həkimdir.Səhiyyə iqtisadiyyatçıları xərclər, ödənişlər və sərfiyyat kimi bir sıra maliyyə bilgilərini dəyərləndirərək qərarlar verir. Qeyri-müəyyənlik həm xəstə nəticələrində həm də iqtisadi qayğılarda səhiyyəyə daxildir. Həkim və xəstə arasında meydana gələn məlumat boşluğu asimmetrik informasiya olaraq adlandırılan, həkim üçün ayrı bir üstünlük yaradır. Səhiyyə və sağlamlıq nəzərdə tutulursa xarici təsirlər, xüsusilə, yoluxucu xəstəlik kontekstində olanlar tez-tez meydana gəlir. Misal üçün, soyuqlamamaq üçün göstərilən səylər qərarı verən xaricində, digər insanlara da təsir edir.
Tayvanda səhiyyə
Tayvanda səhiyyə — Tayvandakı səhiyyə sistemi. == Statistika == 2006-cı ildə Tayvanda əhalinin hər 100 min nəfərinə 220 həkim, 481 orta tibb işçisi və mama, 26 stomatoloq, 120 əczaçı düşürdü. Ölkədə 131152 ədəd xəstəxana çarpayısı var idi. Tibbi yardımın 96%-i Avropa nümunəli, 4%-i Çin xalq təbabətindən ibarətdir. Bu sahədə 547 xəstəxana, o cümlədən 24 tibb mərkəzi, 55 rayon klinikası, 344 dairə xəstəxanası, 52 psixiatriya klinikası fəaliyyət göstərir. Səhiyyəyə qoyulan xərc 2006-cı ildə ÜRM-in 6,1%-ni təşkil etmişdir ki, bunun da 25,9%-i büdcə hesabına, 53,6%-i özəl sektor hesabına, 15%-i sahibkarlar hesabına, 5,5%-i qeyri-kommersiya təşkilatları hesabına maliyyələşdirmə idi. == İslahatlar == 1980-ci illərdə ölkədə iqtisadi artımın yüksəlməsi nəticəsində Tayvanda səhiyyə sahəsində böyük islahatlar başlanmışdır. Hökumət bir planlaşdırma komissiyası qurmuş və digər ölkələrin səhiyyə sistemlərini öyrənmək üçün xaricə mütəxəssislər göndərilmişdir. Ondan çox ölkənin təcrübəsi öyrənilmiş və əldə olunan məlumatlar öz milli xüsusiyyətləri ilə birləşdirilmişdir. == Normativ-hüquqi baza == Tayvanda səhiyyə sisteminin hüquqi tənzimlənməsi süni mayalandırma haqqında 2007-ci il tarixli, orta tibb işçiləri haqqında 2004-cü il tarixli, fizioterapevtlər haqqında 1996 və 2007-ci il tarixli, tibbi sığortanın milli sistemi haqqında 1994-cü il tarixli, psixi sağlamlığın mühafizəsi haqqında 1992-ci il tarixli, kiçik tibb işçiləri haqqında 2000-ci il tarixli, təcili tibbi yardım haqqında 1995 və 2004-cü il tarixli, həkimlər haqqında 1943 və 2002-ci il tarixli, doğuma yardım haqqında 2005-ci il tarixli, terminal vəziyyətlərdə palliativ yardım haqqında 2000-ci il tarixli qanunlarla; tibb müəssisələrinin fəaliyyətinin standartları haqqında 1987 və 2005-ci il tarixli Əsasnamə ilə tənzimlənir.
Ukraynada səhiyyə
Ukraynada səhiyyə -Ukraynanın əhalisinə tibbi yardım göstərmək və təmin etmək üçün bir sistemdir. == Ümumi vəziyyət == 1999-cu ildə, Sovet İttifaqının dağılmasından sonra , Ukraynaya, akademik Nikolay Semaşkonun ideyaları əsasında yaradılmış geniş və yaxşı qurulmuş səhiyyə sistemi miras qalır. Müstəqillikdən və iqtisadiyyatın dağılmasından sonra, məlum oldu ki, ölkə kompleks qurumları müstəqil idarə etmək iqtidarında deyil və nəticədə maliyyə və inzibati səlahiyyətləri regional səviyyəyə keçirmək lazım gəldi. Ukraynanın səhiyyə xidməti, Ukrayna Səhiyyə Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. İyirmi illik müstəqillik dövrü keçməsinə baxmayaraq, hələ də köhnə yanaşma sistemi sayəsində köhnə və yeni problemlər üst üstə gəlmişdir. Məsələn, Ukraynada tibbi sektorun özəlləşdirilməsindən sonra ölkədə səhiyyə korrupsiya mövcud olan sahələrdən birinə çevrildi. Yalnız dərman və vaksinlərin alınması ilə bağlı Səhiyyə Nazirliyi təxminən 100 milyon ABŞ dolları məbləğində itkiyə məruz qalır və il ərzində əczaçılıq ehtiyacları üçün ayrılan vəsaitin ümumi həcmi 250 milyon dollardır. Ukraynada, səhiyyə sahəsində əhalinin hüquqlarına çox əhəmiyyət verilmir, baxmayaraq ki, hər bir vətəndaşın sağlamlığı haqqında məlumat əldə etmək və xidmətlərdən yararlanmaq hüququ var. Bu prosesin tətbiqi şəffaf deyil və xəstələr fərdi tövsiyələrə və əlaqələrə etibar edirlər. Xəstələrin hüquqları sistemli qorunmur, səhiyyə sistemində şikayətlərin təqdim olunması üçün xüsusi mexanizm mövcud deyil.
Çində səhiyyə
Çində səhiyyə — Çin Xalq Respublikasındakı səhiyyə sistemi. == Statistika == 2006-cı ildə Çin Xalq Respublikasında əhalinin hər 100 min nəfərinə 155 həkim, 111 orta tibb işçisi, 2002-ci ildə isə 11 stomatoloq, 28 əczaçı, 3 mama düşürdü. Səhiyyəyə qoyulan xərc 2003-cü ildə ÜDM-in 4,7%-ni təşkil etmişdir. 2005-ci ildə bu göstərici büdcə hesabına 38%, özəl sektor hesabına 62% maliyyələşdirmədən ibarət idi. 1949-cu ildən etibarən Çin hökuməti əhalinin sağlamlığına böyük təsir göstərmişdir. Sağlamlıqla əlaqəli əsas parametrlər belədir: Mənbə: www.gapminder.org. == Normativ-hüquqi baza == Səhiyyə sisteminin hüquqi tənzimlənməsi ölkənin Konstitusiyası, şəhər qulluqçularının baza tibbi sığortası haqqında ÇXR Dövlət şurasının 1998-ci il tarixli qərarı; tibbi praktika haqqında 1999-cu il tarixli, əhali və ailə planlaşdırılması haqqında 2001-ci il tarixli, dərmanlar haqqında 2001-ci il tarixli, infeksion xəstəliklərin qarşısının alınması və müalicəsi haqqında 2004-cü il tarixli qanunlar; vərəmin profilaktikası, müalicəsi, nəzarəti üzrə tədbirlər haqqında 1991-ci il tarixli qərar və ənənəvi Çin təbabəti haqqında 2001-ci il tarixli Əsasnamə ilə həyata keçirilir. == Xəstəliklər == Ən çox yayılmış infeksiyalar bakterial diareya, əhalinin 10%-ində hepatit B, leptospiroz və malyariyadır. == Ölümlər == Bütün ölüm hadisələrinin 80%-nin səbəbi xroniki xəstəliklərdir. Yaşlı əhali arasında ölümün əsas səbəbləri 2005-ci ildə bədxassəli şişlər, serebrovaskulyar xəstəliklər, travmalar, ağ ciyər və ürəyin işemik xəstəlikləri olmuşdur.
Özbəkistanda səhiyyə
Postsovet dövründə Özbəkistanın səhiyyə xidmətinin keyfiyyəti aşağı düşdü. 1992-2003 illəri arasında səhiyyə xərcləri və xəstəxana çarpayılarının əhaliyə nisbəti hər ikisi təxminən yüzdə 50 azaldı və bu onillikdə Rusiya mühacirəti bir çox praktikantın sağlamlıq sistemindən məhrum oldu. 2004-cü ildə Özbəkistanda hər 10.000 əhaliyə 53 xəstəxana çarpayısı var. Birdəfəlik iynələr, anesteziklər və antibiotiklər kimi əsas tibbi ləvazimatlar çox qıtdır. Nominal olaraq bütün vətəndaşların pulsuz tibbi xidmət almaq hüququ olsa da, postsovet dövründə rüşvətxorluq dövlət sisteminin ləng və məhdud xidmətindən yayınmaq üçün adi bir yola çevrildi. 2000-ci illərin əvvəllərində siyasət ilkin tibbi yardım müəssisələrinin yaxşılaşdırılmasına və stasionar müəssisələrin qiymətinin azaldılmasına yönəldilmişdir. 2006-cı il dövlət büdcəsi səhiyyə xərclərinə 2005-ci ildəki 10,9 faizlə müqayisədə 11.1 faiz ayırdı. == Sağlamlıq vəziyyəti == Ən çox görülən xəstəliklər arasında çirklənmiş içməli su ilə əlaqəli xəstəliklər var: tifo, hepatit, dizenteriya, xolera və müxtəlif xərçəng növləri. Ölümün əsas səbəbləri, tezliyinə görə ürək-damar, tənəffüs və həzm sistemlərinin pozğunluqları və yoluxucu və parazitar xəstəliklərdir. 2019-cu ildə Lancet - də yayımlanan bir araşdırma, dünyada hər 100.000 insana 892 pəhrizlə bağlı ölüm hallarının olduğunu söylədi.
Ruqiyə Sultan
Ruqiyə Sultan (11 noyabr 1906 – 20 fevral 1927) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Ruqiyə Sultan 11 noyabr 1906-cı ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 5 yanvar 1924-cü ildə Heydərpaşa köşkündə Sokollu Mehmed Paşanın şəcərəsindən Sokolluzadə Əbdülbaki İhsan bəylə (d. 1900 - ö. 20 sentyabr 1968) evləndi. Ancaq nigahdan cəmi 2 ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ruqiyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Cütlüyün yeganə övladı olan Əməl Nuricihan xanım Sultan da 15 iyun 1925-ci ildə məhz burada dünyaya gəldi.
Rüşdiyyə
Həsən Rüşdiyyə — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb.
Azərbaycan Səhiyyə Nazirliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi — Azərbaycan Respublikası ərazisində əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == 1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımı avadanlıqlar alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərarlar qəbul edilmişdi. Qərarlarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu.
Düriyyə Rəhimova
Düriyyə Rəhimova — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir. == Həyatı == Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır". Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.
Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini Azərbaycan və Fars dillərində yazır. == Həyatı == Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir. Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır.
Rüşdiyyə məktəbi
Rüşdiyyə məktəbi — XIX əsrin sonlarında XX əsrin əvvəllərində Cənubi Azərbaycanda yeni üsullu məktəb Cənubi Azərbaycan maarifpərvəri və pedaqoqu Rüşdiyyənin Təbrizdə ("Dəbistani-Rüşdiyyə" və "Mədrəseyi-Rüşdiyyə", 1888; "Rüşdiyyəyi-müzəffəriyyə", 1893) və Tehranda (1897) yeni üsullu məktəbi. Rüşdiyyə məktəblərinin tədris planına Azərbaycan, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və b. fənlər daxil idi. İranda sxolastik tədris üsuluna zidd olan Rüşdiyyə məktəbləri şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmışdı. Buna baxmayaraq, Rüşdiyyə məktəbləri İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. == İstinadlar == == Ədəbiyyat == "İbtidai və Rüşdiyyə məktəb dərslikləri". Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı (XIX-XX əsrlər). Üç cilddə. II cild. Bakı: Nasir, 2002.