Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bəyzadə
Bəyzadə — bəy oğlu, bəy nəslindən olan adam. Sovet hakimiyyəti qurulana qədərki Azərbaycanda hakim sinfə mənsub adamların oğlan uşaqlarına da bəyzadə deyilirdi.Bu titul Osmanlı imperiyasında zadəgan nəslindən olan və imperiyada mühüm vəzifə tutan müvəqqəti valilərə və hərbi generallara verilirdi. Bu termin tez-tez Osmanlı imperiyası haqqında olan Qərb mənbələrində cəmiyyətdə üstün yer tutan, adətən böyük gücə malik olan kişilərə aid edilirdi. Şərqi Avropada, Balkanlarda, Qafqazda, Anadolu və İraq Kürdüstanının bəzi bölgələrində Osmanlının bu regionlardakı fəthlərində iştirak edən çərkəz şahzadələrinə bəyzadə titulu verilirdi.
Şəhzadə
Şahzadə (oğlan) — titul. Şahzadə (qız) — titul. Şahzadə (kitab) — yazıçı Nikkolo Makiavelli tərəfindan yazılmış siyasət haqqında elmi nəzəriyyə. Şahzadə (Osmanlı imperiyası) — Osmanlı sülaləsinə mənsub kişi. Şahzadə (Prince of Persia) — Prince of Persia oyun seriyasının qəhrəmanı.
Abdullah Bəyzavi
Bəyzavi və ya Qazı Bəyzavi (d. ?, Şiraz - ö. 1286 Təbriz), Azərbaycan türkü, hüquqçu, alim, tarixçi və müfəssir. == Həyatı == Tam adı Abdullah ibn Ömər ibn Məhəmməd Nasıruddin əl Bəydavidir. Şiraz yaxınlarındakı Bəyda qəsəbəsində doğulmuş və yetişmişdir. Şirazda başqazı ikən müəllimi Məhəmməd ibn Məhəmməd Kəthaninin tövsiyəsiylə qazılığı buraxaraq, İslami elmlər üzərində çalışmağa başlamışdır. Xacə Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafei ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin “Füsuli-Nasiriyyə” kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir?
Şəhzadə Bəyazid
Şahzadə Bəyazid (I Süleymanın oğlu) — I Süleymanın oğlu. Şahzadə Bəyazid (I Əhmədin oğlu) — I Əhmədin oğlu.
Şəhzadə Cahangir
Şahzadə Cahangir (9 dekabr 1531, Konstantinopol – 27 noyabr 1553[…], Hələb) — Sultan Süleyman Qanuninin Xürrəm Sultanla olan nikahdan dünyaya gələn oğludur. == Həyatı == Şahzadə Cahangir 1531-ci ildə İstanbulda dünyaya gəlmişdir. Təhsilini sarayda tamamlamışdır. Fiziki qüsurlu dünyaya gəlmiş, bu səbəblə ətrafındakı insanlar tərəfindən təcrid olunmuşdur. Qardaşı Şahzadə Bəyazidlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir. Həddi buluğa çatdığı yaşlarda atası tərəfidən Amasiya sancaqbəyliyinə gətirilmək istənsə də, xəstəliyi səbəbilə bu vəzifəni qəbul etməmişdir. Saraydakı günlərini xəttatlıqla və "Zarifi" təxəllüsü ilə şeir yazmaqla keçirmişdir. Atasının yalnız 2 səfərində iştirak etmiş ancaq bütün səfər dövrünü xüsusi kəcavədə həkim nəzarətində yatalaq olaraq keçirmişdir. Qatıldığı son səfər olan Naxçıvan səfərində isə böyük qardaşı Şahzadə Mustafa atası tərəfindən edam edilmişdir.
Şəhzadə Mehmed
Şahzadə Mehmed (I Süleymanın oğlu)
Şəhzadə cami
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. == Tarixi == Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. == Strukturu == === Məscid === Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Əl-Bəyzavi
Bəyzavi və ya Qazı Bəyzavi (d. ?, Şiraz - ö. 1286 Təbriz), Azərbaycan türkü, hüquqçu, alim, tarixçi və müfəssir. == Həyatı == Tam adı Abdullah ibn Ömər ibn Məhəmməd Nasıruddin əl Bəydavidir. Şiraz yaxınlarındakı Bəyda qəsəbəsində doğulmuş və yetişmişdir. Şirazda başqazı ikən müəllimi Məhəmməd ibn Məhəmməd Kəthaninin tövsiyəsiylə qazılığı buraxaraq, İslami elmlər üzərində çalışmağa başlamışdır. Xacə Nəsirəddin Tusi öz zəmanəsində yaşamış məşhur Quran təfsirçisi Qazı Beyzavi Şafei ilə dostluq edirdi. (Qeyd etmək yerinə düşər ki, Qazı Beyzavi Nəsirəddin Tusinin “Füsuli-Nasiriyyə” kitabını şərh etmişdir). Bir dəfə camaatın gözü qarşısında Tusi Qazı Beyzavinin atının üzəngisini tutub onun ata minməsinə kömək etmişdi. Xacədən soruşdular ki, Qazıya münasibətdə bu qədər ehtiram va təvazönün səbəbi nədir?
Şəhzadə və dilənçi
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Əbəzadə Abdullah Əfəndi
Əbəzadə Abdullah Əfəndi (v. 1714, Sakarya ili) — Osmanlı alimi, şair və şeyxülislamı. Kürəkəni Zeynalabdin Əfəndi Sultan Mahmud səltənətində şeyxülislamlığa yüksəlmişdir. == Həyatı == Doğum tarixi bilinməsə də, atasının Qazı Mustafa Əfəndi olduğu bilinir. Anası Lehistan səfəri əsnasında IV Mehmedin övladının dünyaya gəlişində iştirak etmiş, bu səbəbdən tarixi mənbələrdə "Əbəzadə" olaraq anılır. Təhsilini tamamladıqdan sonra müxtəlif mədrəsələrdə müdərris olaraq, ardından isə qazı olaraq 1685–1695-ci illər ərzində Misir, Ədirnə və Məkkədə çalışdı. 1695-ci ildə Anadolu başqazısı, bir müddət işsiz qaldıqdan sonra isə Rumeli başqazısı seçildi. 1698-ci ildə vəzifədən alınsa da, Əndərunda olduqca güclü nüfuzu səbəbilə, ənənələrə zidd olaraq birbaşa padşah fərmanı ilə yenidən vəzifəyə qaytarıldı. Bir illik müddətin sonunda Əndərun çalışanları Abdullah Əfəndinin vəzifə müddətinin uzadılması haqqında padşahdan xahiş etsələr də, Şeyxülislam Feyzullah Əfəndi özünə rəqib olaraq gördüyü üçün Abdullah Əfəndini əvvəlcə Mərəş qazısı təyin etdi. Ancaq getmək istəmədiyi üçün Kipr adasına sürgün edildi.
Vəliəhd Şəhzadə Sado
Vəliəhd Şahzadə Sado (Hangeul: 사도세자, Hanja: 思悼 世子) 13 fevral 1735-ci ildə dünyaya gəlmişdir. Ona doğuşdan verilən ad Yi Son (Hangeul: 이선, Hanja: 李愃) olmuşdur. Yi Son Çosonun 21-ci kralı Yonqconun ikinci oğlu olmuşdur. Onun bioloji anası Kraliyyət Cariyəsi Yonq olmuşdur. Sadonun böyük qardaşı Vəliəhd Şahzadə Hyocanq erkən vəfat etmişdir. Buna görə də ondan sonra doğulan oğlan uşağı Çoson Krallığının növbəti vəliəhdi olacaqdı. Vəliəhd Şahzadə Sado hələ taxta çıxa bilmədən 27 yaşında düyü sandığına həbs edilərək edam edilmişdir. == Bioqrafiya == === Uşaqlığı === Kral Yonqconun sevimli oğlu Vəliəhd Şahzadə Hyocanqın ölümündən sonra Çoson Krallığı uzun müddət vəliəhdsiz qalmışdı. Kraliçə Çonqsonq övladsız idi, lakin Sonhui xanımın bir neçə qızı dünyaya gəlmişdi (1696–1764). 1735-ci ilin fevral ayında Sonhui xanımın bir oğlu dünyaya gəldi.
Behzad Behzadi
Behzad Behzadi(1927 - 27 fevral 2008)-Azərbaycanlı alim, yazıçı, tərcüməçi və Azərbaycan dili üzrə tədqiqatçı. O, hüquq sahəsində təhsil almış hüquqşünas, 2000-ci illərdə Tehranda nəşr olunan "Azəri" jurnalının redaktoru idi.
Beyblade
Beyblade (Explosive Shoot Beyblade (yaponca: 爆転シュートベイブレード, Hepbörn: Bakuten Shūto Beiburēdo)) — Takao Aoki tərəfindən Beybleyd adı verilən fırfıraları tanıtmaq məqsədilə yazılıb illüstrə edilən yapon manqa seriyası.
Beyzavi
Beyzavi — XIII əsrdə yaşamış məşhur ruhani alimlərindən biri. "Təfsiri-Beyzavi" əsərinin müəllifidir. Fiqh və şəriət məsələlərinə aid çoxlu şərhləri vardır.
Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi.
Hacıabad-i Səyyadə (Qürvə)
Hacıabad-i Səyyadə (fars. حاجي آباد سيده‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Şəhzadə və Dilənçi (povesti)
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Beyza
Beyza və ya Bəyza – İranın Fars ostanının Sipidan şəhristanının Beyza bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,593 nəfər və 845 ailədən ibarət idi.
Şəhzadə Bəyazid (I Süleymanın oğlu)
Şahzadə Bəyazid (Osmanlıca: الأمير بايزيد; 1525, Topqapı sarayı – 25 sentyabr 1561, Qəzvin), Sultan Süleyman Qanuninin Xürrəm Sultanla nigahdan dünyaya gələn oğlu. Kütahya, Konya və Karaman vilayətlərində vali olmuşdur. Anası Xürrəm Sultanın dəstəyi ilə özünü taxtın varisi hesab etmiş, amma anasının vəfatından sonra gücünü itirmişdir. Bacısı Mihrimah Sultanın Şahzadə Səlimin tərəfində olduğunu gördükdən sonra özünə tərəfdar yığmağa başlamışdır. Atası hələ sağ olduğu vaxtlarda Şahzadə Səlim ilə apardığı taxt mübarizəsində məğlub olaraq, Səfəvi şahına sığınmışdır. Sığındığı Səfəvi şahının sarayında atasının adamları tərəfindən oğulları ilə birlikdə boğularaq öldürülmüşdür. == Həyatı == 1525-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı Qanuni Sultan Süleyman, anası isə Xürrəm Sultandır. Qardaşı Şahzadə Cahangirlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 28 sentyabr 1539-cu ildə baş tutan və 2 həftə davam edən mərasim əsnasında bacısı Mihrimah Sultan da o illərdə Diyarbəkir bəylərbəyi olan Rüstəm Paşayla evləndirilmişdir.
Şəhzadə Bəyazid (I Əhmədin oğlu)
Şahzadə Bəyazid (12 dekabr 1612, Konstantinopol, Osmanlı imperiyası – 8 avqust 1635, Konstantinopol, Osmanlı imperiyası) — 14-cü Osmanlı sultanı I Əhmədin oğlu. == Həyatı == Şahzadə Bəyazid 1612-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahfiruz Xədicə Sultandır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə, qardaşları Osman, Mehmed, Murad, Süleyman, Qasım və İbrahimlə birlikdə sarayın Şimşirlik adlanan qəfəs bölümündə yaşamağa başladı. Əmisi Sulan Mustafanın qısa səltənətinin ardından doğma qardaşı II Osman taxta çıxmış, anasi Validə Mahfiruz Xədicə Sultan Topqapı sarayına geri qayıtmışdır. Qardaşının qısa səltənətində nisbətən rahat həyat sürsə də, anasının 1620-ci ildə vəfat etməsinin ardından sarayda vəzifəli olan xalası Şahincan Xatunun nəzarətində böyüdüldü.Ancaq qardaşının taxtdan endirilərək öldürülməsi (1622) və əmisi Sultan Mustafanın qısa səltənətindən sonra ögey qardaşı IV Muradın taxta çıxarılmasının ardından (1623) yenidən sarayın Şimşirlik bölümünə qapadıldı. Ögey anası Validə Mahpeykər Kösəm Sultanın isə taxt naibəsi olduğu bu illərdə nisbətən qapalı həyat yaşayan Şahzadə Bəyazid, xalası Şahincan Xatunun saraydan uzaqlaşdırılmasının ardından müdafiəsiz qaldı. Özündən bir neçə ay böyük olan ögey qardaşı Sultan Muradın çıxdığı İrəvan səfəri əsnasında sarayda qalan Şahzadə Bəyazid qalanın fəthindən sonra göndərilən fərmanla qardaşı Şahzadə Süleymanla birlikdə 8 avqust 1635-ci ildə gizlicə edam olundu. Sədarət naibi Bayram Paşa və bostancıbaşı tərəfindən həyata keçirilən bu edam şəhərdə davam edən şənliklər əsnasında baş tutdu.
Maqsud Şeyxzadə
Məqsud Şeyxzadə — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır. Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir, Ağdaş şəhərində anadan olub. == Həyatı == Məqsud Şeyxzadə 1908-ci ildə keçmiş Yelezavetpol (Gəncə) quberniyası Ərəş qəzasının mərkəzi Ağdaşda, əslən Qazaxın Salahlı kəndindən olan feldşer Məsim Şıxıyevin ailəsində doğulmuşdur. Atası Məsim 1901-ci ildə Tiflisdə feldşerlik məktəbini və 1928-ci ildə Moskva Tibb İnstitutunu terapevt ixtisası üzrə bitirmişdir. Eyni zamanda bir ədəbiyyat aşiqi idi. Bəlkə də elə bu səbəbdən Məqsud Şeyxzadə könlünü erkən yaşlardan ədəbiyyata vermişdi. Məqsud Şeyxzadənin ilk sinif müəllimi Muxtar Əfəndizadə olmuşdur. Bütün ədəbiyyat dərsliklərində "Özbək yazıçısı və şairi" kimi tanıdılan qürbət məhkumu Məqsud Şeyxzadənin Azərbaycan 1918-ci ildə müstəqilliyinə qovuşanda hələ 12 yaşı vardı.
Məqsud Şeyxzadə

Şeyxzadə Babiç
Şeyxzadə Babiç (14 yanvar 1895, Asyanovo[d], Ufa quberniyası – 28 mart 1919, Zilair[d]) — Başqırd ordusunda hərbi müxbir. == Həyatı və fəaliyyəti == 1918–1919-cu illərdə Başqırd ordusunda hərbi müxbir işləyən Şeyxzadə Babiç Başqırdıstanın muxtariyyətı uğrunda mübarizə aparır. Lakin bu mübarizə uğurla nəticələnmir. Bolşeviklər ağqvardiyaçılar üzərində qələbə çaldıqdan sonra müttəfiqləri olan başqırd millətçilərinə qarşı da münasibətlərini dəyişirlər. İlk günlər nisbətən mülayim davranaraq Başqırdıstanda Sovetlərin qurulduğunu elan edirlər. Hətta keçmiş kadrların bir çoxunu da yeni hökumətdə işə götürürlər. 1919-cu il fevralın 25-də bolşeviklər Babiç Şeyxzadəyə də Başqırdstan İnqilab Komitəsi nəzdindəki sovet mətbuatı şöbəsində iş verirlər. Az sonra isə ənənələrinə sadiq qalaraq müttəfiqlərinə yenə də xəyanət edirlər. Ağqvardiyaçılara qarşı birgə mübarizə apardıqları Başqırd ordusunu dağıdır, ordunun millətsevər zabit və əsgərlərini cəzalandırmağa başlayırlar. == Xatirəsi == 1993-cü ildə rejissor Malik Yakşimbetov şair Şeyxzadə Babiç haqqında "На камне кровь моя густая" (azərb.
Bahram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Bəhram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Didier Bezace
Didier Bezace (10 fevral 1946, Parisin 9-cu rayonu – 11 mart 2020[…], XI arondisman (Paris)[d]) — fransız aktyor. == Həyat və karyera == Bezace 10 fevral 1946-cı ildə Parisdə anadan olub. Molière'dən uyğunlaşdırılmış Georges Feydeau və Emmanuel Bove'nin ssenarisini canlandırdığı teatr arvadı Avignon İncəsənət və Mədəniyyət Festivalında 2001-ci ilin İyul ayında nümayiş olundu. Teatrdan kənarda Bezace, Le Thibault, Sissi və Mon fil d'ailleurs kimi televiziya filmləri ilə Le Pressentimentdə rol aldı. Karyerası boyunca aktyor Jan-Pier Darroussin və ssenarist, müəllif Emmanuel Bovein əsərlərində iştirak etmişdir. == Ölümü == Fransız aktrisa Didier Bezace 11 mart 2020-ci ildə Parisdə 74 yaşında vəfat etdi.
Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi. == Həyatı == Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır. Şah İsmayıl Xətainin isdedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk: "...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.
Hafiz Məmmədəmin Şeyxzadə
Hafiz Məmmədəmin Şeyxzadə — Azərbaycan pedaqoqu, din xadimi. O, Azərbaycanın ilk metodik kitablarının müəlliflərindən biri hesab edilir. Şəfiqə Əfəndizadə, Səidə Şeyxzadənin atası olmuşdur. Məmmədəmin Şeyxzadənin şəxsiyyəti haqqında ətraflı araşdırma yoxdur. O, Axalsıx qəzası Azğur kəndində anadan olmuşdur. Şeyxzadə ardınca İstanbulda təhsil almışdır. Ömər Faiq Nemanzadə ilə Şəkidə 1897-ci ildə, həmçinin Şamaxıda məktəb açmışdır. == Kitabları == Şeyxzadə Hafiz Məhəmməd Əmin Azğori. Fəsahət və bəlağət, fənni-inşa və üsuli-kitabət [Mətn]: [dərslik] /Hafiz Məhəmməd Əmin Şeyxzadə Azğori.- B.: 1908 (1326 h.).- 108 s. Şeyxzadə Hafiz Məhəmməd Əmin.
Şeyxzadə Babiç muzeyi
Şeyxzadə Babiç — başqırd milli ədəbiyyatının klassiki, Başqırd milli azadlıq hərəkatının iştirakçısı, Başqırd Hökumətinin üzvlərindən biri Şeyxzadə Babiçə həsr olunmuş muzey. Muzey Başqırdsıtanın Dyurtyulinsk rayonunun Asyanovo kəndində yerləşir. == Haqqında == Muzey 1995-ci ildə Şeyxzadə Babiçin doğulmasının 100 illiyi münasibətilə açılıb. 2002-ci ildən etibarən muzey "Başqırdıstan Respublikasının Milli ədəbiyyat muzeyi"-nin filialıdır. Muzey üç ekspozisiya zalından ibarətdir. Asyanovo kəndinin tarixi zalında, kəndin tarixi və məşhur sakinləri haqqında sənədlər nümayiş olunur. Şeyxzadə Babiçin həyatı və yaradıcılığı zalında isə şairin imzası olan "Akmulla" jurnalı, 1922-ci ildə Kazanda nəşr olunmuş "Шиғырҙар мəжмүғəһе" (Şeirlər toplusu) kitabı, həmin şeirlər toplusunun 1912-ci ilə aid əlyazması, şairin "Karmak", "Şuro" jurnallarında, "Vakıt", "Tormoş" qəzetlərində çap olunmuş şeirləri eləcə də onun vizit kartları qorunur. Muzeyin ekspozisiyasında rəsm, heykəltaraşlıq nümunələri, məişət əşyaları, şairin həyat və yaradıcılığı ilə bağlı fotolar və sənələr də var. Etnoqrafiya zalında isə kənddə və rayonda yaşayaan başqırdların mədəni məişət fərqlilikləri, adətləri nümayiş etdirilir. Muzeydə davamlı olaraq məşhur şair və yazıçılarla ədəbiyyat görüşləri keçirilir, və burada Şeyxzadə Babiçin şeirləri oxunur.