HAMAM

müsəlmanın dini ibadətlərdən öncə yerinə yetirdiyi təmizlik ayınlərinin icra olunduğu yerdir. İslam dini mənəvi təmizliyə üstünlük verdiyi kimi bədən təmizliyinə də böyük əhəmiyyət verir. İnsandan çıxan təbii ifrazatdan, cinsi yaxınlıqdan, eləcə də aybaşı (menstruasiya), doğum və digər bunlara bənzər hadisələrdən sonra müsəlmanlar təmizlənməli, qüsul və dəstəmaz almalıdırlar. Bu kimi durumlar olmasa belə, bədəni təmiz saxlamaq lazımdır. Buna görə də, müxtəlif şəhər və kəndlərdə məscidlərlə yanaşı hamamlar da tikilməkdədir. Hamamlarda kişilər və qadınların birlikdə yuyunmaları yasaq əməllərdən hesab edilir. Orada ayrıca kişi və qadın üçün ayrılmış yerlər olmalıdır. Yuyunanda kişilər də, qadınlar da, övrət yerlərini örtməlidirlər. Başqa insanların, hətta eyni cinsdən olanların da qarşısında övrət yerlərin açılması yolverilməzdir. Başqa insanların övrət yerlərinə baxmaq haramdır. Kisəçilər insanları kisələyərkən övrət yerlərə toxunmamalıdırlar. Peyğəmbərin hədislərinə görə ehtiyac olmazsa qadınların hamama getməsi bəyənilmir. İmkan daxilində onların evdə təmizlənməsi daha yaxşıdır. Hamamlarda Quran oxumaq və namaz qılmaq olmaz.
HALAL
HAMAN
OBASTAN VİKİ
Hamam
Hamam (ərəb. حمّام‎) — Osmanlı imperiyasının mədəniyyətinə və daha geniş İslam dünyasına aid ictimai çimərlik yeri. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur oldu və sonra Britaniya imperiyası və Qərbi Avropada yayıldı. Binalar termlərə (Roman hamamı) oxşayır. Rus saunalarından (banya) fərqli olaraq, hansı ki, mühit buxarını istifadə edir, hamamlarda suya üstünlük verilir.
Böyük Hamam
Böyük Hamam (yun. Μπουγιούκ Χαμάμ) ― Şimali Nikosiyada türk hamamı. İplik Pazarı məscidinə yaxındır. Zaman keçdikcə ətraf ərazilərin zəmininin qalxması nəticəsində tikilinin qapısı yer səviyyəsindən 2 metr, hamam otaqları isə 3 metr aşağıda qalmışdır. == Tarix == Hamamın yerində 1306-1309-cu illərdə latınların Müqəddəs Corc kilsəsi inşa edilmiş və böyük şənliklərlə açılmışdır. Kilsə XIV əsrdə iki mühüm hadisənin məkanı olmuşdur. 10 noyabr 1330-cu ildə Lefkoşa şəhər divarlarının içərisindən axan Pedieos çayının daşqınlarına məruz qaldı. Daşqın 3 000 nəfərin ölümünə səbəb oldu. 17 yanvar 1369-cu ildə isə bəzi cəngavərlər Kipr kralı I Pyotru öldürmək üçün plan qurduqda kilsə sui-qəsd məkanı oldu. Kevork Keşişyana görə kilsə kral sarayının yaxınlığında idi və beləliklə böyük əhəmiyyət kəsb edirdi.
Gümbəzli hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi mes.mctgov.az.
Qdara Hamam
Qdara Hamam (11 avqust 1980) — Tunisi təmsil edən stolüstü tennisçi. Qdara Hamam Tunisi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Yeraltı hamam
Yeraltı hamam — Bakıda yerləşən tarixi abidə. Yeraltı hamam — Şəkidə yerləşən tarixi abidə. Yeraltı hamam — Şuşada yerləşən tarixi abidə. Gənzə hamamı — Ordubad rayonunun Gənzə kəndində yerləşən tarixi abidə. Yeraltı hamam — Tarixi Azərbaycan ərazisində yayılmış hamam inşaat forması. Yerüstü və yarımyeraltı hamamlardan fərqli olaraq yeraltı hamamlar əvvəlcədən qazılmış və ya təbii çökək olan ərazilərdə inşa edilir, tikilinin əsas gövdəsi yer altında qalır, dam örtüyü və günbəzləri isə yer səviyyəsinə bərabər olur.
Çuxur hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Çökək Hamam
Çökək hamam — Gəncədəki Cümə Məscidi yaxınlığında yerləşən tarixi hamamdır. 1606-cı ildə memar Şeyx Bəhaəddinin layihəsi əsasında Gəncədə tikilmişdir. Binanın tikintisində gil-əhəng qatışığı və qırmızı kərpicdən istifadə olunub. Bina günbəzlidir. Tikilidə bir ara dekorativ sənət mərkəzi yerləşmişdir. 2013-cü ildə təmir işləri aparıldıqdan sonra tarixi abidəni "V&GO" Hoteli qanunsuz olaraq hamam-saunaya çevirmişdir. Səfəvi hökmdarı I Abbasın əmri ilə 1601-ci ildə Gəncədə Cümə məscidinin (yaxud Şah Abbas məscidi) inşasına başlanılmışdır. 1606-cı ildə Cümə məscidinin inşasından bir müddət sonra memar Şeyx Bahəddin həmin il bir az yaxınlıqda Çökək hamamın tikintisinə başlayıb. Hamamın tikintisində o zamanın ənənəvi materialları – qırmızı kərpic və yumurtanın ağı, gil və əhəngin bərkidici qarışığından istifadə edilib. Hamam iki iç-içə zaldan ibarətdir: mərkəzində çarhovuz və fəvvarə olan əsas zal istirahət üçün, kiçik zal isə yuyunmaq üçün nəzərdə tutulub.
İctimai hamam
İctimai hamam — istirahət mərkəzi Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı.
Avropa Tipli hamam
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.
Gümbəzli hamam (Quba)
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Qüdrətli Hamam ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Yeraltı hamam (Bakı)
Yeraltı hamam — İçərişəhərdə yerləşən XVII əsrin əvvəllərinə aid tarix-memarlıq abidəsi. İnşasında guşə daşlarından istifadə edilən hamam kompleksi İçərişəhər ərazisinin cənub-şərqində yerləşir. Dam səthində gil-əhəng qarışıqlı məhluldan izolyasiya material kimi istifadə edilmiş, daxili divarlarda isə əhəng materialından suvaq növü kimi işlədilmişdir. Daxili divar və döşəmə materialları kimi "gülbax" növlü aqlay daşlardan istifadə edilmişdir.Təxminən 340 m² sahəni əhatə edən hamam kompleksinin giriş hissəsi çənub-şərq tərəfdən olmaqla (sahəsi 2.33 m2) giriş pilləkənləri şərq divarlarına tərəf istiqamətlənmişdir. 2015-ci ildə həyata keçirilmiş qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Həmin il bəzi otaqlarda təhlükəsizlik baxımından yalnız təmizlənmə işləri aparılmamış, yalnız bərkidilmə işləri görüldükdən sonra bu il onun tam torpaqdan açılması mümkün olmuşdur. 2016-cı ildə abidənin şərq hissəsində təhlükəli olan otaqların bərkildilməsindən sonra, arxeoloji qazıntı işlərinə başlanılmışdır. Kompleksin qərb hissəsindəki sahədə qazıntıların genişlənməsi nəticəsində 3 metr dərinliyində tikinti və divar aşkar olunmuşdu. Şirvan-Abşeron memarlıq məktəbinə aid olan hamam, 2015-ci ilə kimi İçərişəhər ərazisində torpaq altında qorunan yeganə abidə olduğundan funksionallıq baxımından unikal memarlıq kompleksi hesab edilir. Hamam, memarlıq üslubu, tikilmə texnikası, memarlıq elementlərinə görə Hacı Bani hamamı (XV əsr) ilə oxşar xüsusiyyətlərə malikdir.
Yeraltı hamam (Göyçay)
Yeraltı hamam və ya Yer hamamı — XIX əsrdə Göyçayda tikilmiş abidə. Azərbaycanın nadir memarlıq abidələrindən biri. Göyçay rayonunda Atatürk prospektində yerləşir və təyinatı üzrə istifadə edilmir. “Yeraltı hamam” XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə tərəfindən tikilib. Qeyd edilir ki, Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları varmış. Uzun illər insanların xidmətində olan bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Aparılan araşdırmalara baxmayaraq, hamamın çirkab sularının hara və necə axıdılması ilə bağlı bu sual hələ də cavabsız qalır. “Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var.
Yeraltı hamam (Şəki)
Yeraltı hamam və ya Abdulsalam hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir və təyinatı üzrə istifadə edilmir. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Yeraltı hamam da Ümumdünya İrsinə daxildir. Yeraltı hamam XIX əsrdə sahibkar Abdulsalam tərəfindən tikilib. Bina iki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1995-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir.
"Qüdrətli hamam" ordeni
Qüdrətli Hamam ordeni (ing. The Most Honourable Order of the Bath) — I Georq tərəfindən 1725-ci ilin 18 may tarixində təsis olunmuş Böyük Britaniyanın cəngavər ordeni. Ordenin adı cəngavərlərin gümrahlığı üçün edilən üç: oruc tutmaq, dua etmək və çimərək paklanmaq kimi qədim ayindən götürülmüşdür. (bu ayin 1815-ci ildən daha icra edilmir.) Ordenin devizi — Tria juncta in uno (lat. — “Üçü birində”), İngiltərə, Şotlandiya, İrlandiya ittifaqına, və ya Üç üqnuma mülahizələrinə əsaslandığı ilə izah olunur. Ordenin üzərində təkrarən hək olunan üç tac birinci mülahizəni düzgünlüyünü yəqin edir. İkinci devizi alm. “Ich dien”‎ xidmət edirəm deməkdir. Böyük Britaniya monarxı ordenin başçısı sayılır. Orden nizamnaməsinə görə irarxiq olaraq sonra gələn 1975-ci ildən Böyük Magistr Uels şahzadəsi Çarlzdır.
Aşağı hamam (Kürdəxanı)
Aşağı hamam — Sabunçu rayonunun Kürdəxanı kəndində yerləşən tarixi abidə. 100 ildən çox yaşı olan hamam rəsmi olaraq adsız olsa da, kənd camaatı arasında isə bura Aşağı hamam deyilir. Hamam 1905-ci ildə inşa edilib. Tikili 2020-ci ildə restovrasiya edildikdən sonra dövlət tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Avropa Tipli hamam (Gəncə)
Avropa Tipli hamam - Azərbaycanın Gəncə şəhərində yerləşir. XIX əsrdə almanlar tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə olunur. Ünvan: Adil İsgəndərov küçəsi 91.
Darkənd hamamı
Darkənd hamamı — Ordubad rayonundakı Darkənddə memarlıq abidəsi. 1979-cu ildə Dar türbəsindən 60 m şimal tərəfdə qabaqlar türbə hesab edilən abidənin qalıqları aşkar olunub. Hamamın planı altıbucaqlı formalı mərkəzi zaldan, iki çən hovuzdan və yardımçı otaqlardan ibarətdir. Hər səthdə çatma formalı giriş yerləri düzəldilib. Mərkəzi zalın ölçüləri: diaqonal xətt üzrə 3,8 m, hər tərəfin uzunluğu 2,1 m, giriş yerinin eni 0,8 m, hündürlüyü 2 m.-dən ibarətdir. XVI–XIX əsrlərdə hamamlarda isti su olan hovuzların altında xüsusi ocaq kamerası-"Külxan" tağbənd və ya günbəz örtüklə düzəldilirdi. Abidə öz təyinatına və plan quruluşuna görə Zaqafqaziyada nadirdir. XV əsrə aid edilən Darkənd hamamı qəbiristanlıqdakı tikintilər kompleksinə daxil olmuşdur.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Fantaziya hamamı
Fantaziya hamamı — Bakıda Dilarə Əliyeva küçəsində yerləşən 1896-cı ilə aid hamam. Şəhərdə elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi və Bakının ilk avropa tipli hamamlarından biri olub. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Fantaziya hamamı 1896-cı ildə Bakıda Dilarə Əliyeva, Vidadi və İslam Səfərli küçələrinin kəsişməsində tikilib. Memarı Bakı şəhərinin ilk baş planının tərtibatçısı olmuş Nikolay fon der Nonnedir. Onun sifarişçisi eləcə də ilk sahibi haqqında heç bir məlumat yoxdur. 13 yanvar 1897-ci ildə istifadəçilərin üzünə açılan hamam Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub. Binanın tək daxili yox həm də fasadı da elektriklə işıqlandırılıb. Hamamın öz dövrü üçün nadir görülsə də telefon nömrəsi də olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı.
Faten Hamama
Faten Hamama (ərəb. فاتن حمامة‎), əsl adı — Faten Əhməd Hamama (ərəb. فاتن احمد حمامة‎), (27 may 1931, Əl-Mənsura, Misir — 17 yanvar 2015) — Misir aktyoru Faten Hamama 27 may 1931-ci ildə Misirdə doğulmuşdur. Hamama ötən əsrin 50-70-ci illərində olduqca yüksək populyarlığa malik idi. 10 yaşından etibarən kinoya çəkilən aktrisa 100-dən çox ekran əsərində rol alıb. Misirin ən tanınmış rejissorları ilə işləyib. 1955-ci ildə misirli aktyor Ömər Şəriflə evlənən aktrisa 20 il onunla ailə həyatı sürüb və daha sonra boşanıb. Karyerasında son filmə 1993-cü ildə çəkilən aktrisa bir sıra Amerika və Avropa istehsalı filmlərdə də rol alıb. Aktrisa eyni zamanda "Qızıl qlobus" mükafatının sahibidir. Ərəb aktrisa Faten Hamama 17 yanvar 2015-ci ildə Misirdə 83 yaşında vəfat edib.
Hamamdağ palçıq vulkanı
Hamamdağ palçıq vulkanı - Xəzər dənizi sahilində Pirsaat burnunda yerləşir. Ondan cənub-qərbdə Ağzıbir, cənubda isə Bəndovan palçıq vulkanları yerləşir.
Hamamelid
Hamamelid (lat. Hamamelididae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Hamamelidaceae
Hamamelidkimilər (lat. Hamamelidaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Chunia Hung T.Chang — Çuniya Corylopsis Siebold & Zucc. — Korolopsis; Şərqi Asiyada 30-a yaxın növü var Dicoryphe Thouars — Dikorife Disanthus Maxim. — Disantus; Şərqi Asiyada 1 növü var Distyliopsis P.K.Endress — Distiloposis Distylium Siebold & Zucc. — Distilium; Şərqi Asiya və Himalayda 10-a yaxın növü var Embolanthera Merr. Eustigma Gardner & Champ. Exbucklandia R.W.Br. — Eksbuklandiya; Cənub-şərqi Çində 1 növü var. Fortunearia — Forçuneariya; Şərqi Çində 1 növü var.
Hamamelididae
Hamamelid (lat. Hamamelididae) — i̇kiləpəlilər sinfinə aid bitki yarımsinfi.
Hamamelidkimilər
Hamamelidkimilər (lat. Hamamelidaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Chunia Hung T.Chang — Çuniya Corylopsis Siebold & Zucc. — Korolopsis; Şərqi Asiyada 30-a yaxın növü var Dicoryphe Thouars — Dikorife Disanthus Maxim. — Disantus; Şərqi Asiyada 1 növü var Distyliopsis P.K.Endress — Distiloposis Distylium Siebold & Zucc. — Distilium; Şərqi Asiya və Himalayda 10-a yaxın növü var Embolanthera Merr. Eustigma Gardner & Champ. Exbucklandia R.W.Br. — Eksbuklandiya; Cənub-şərqi Çində 1 növü var. Fortunearia — Forçuneariya; Şərqi Çində 1 növü var.
Hamamelidçiçəklilər
Hamamelis
Hamamelis (lat. Hamamelis) - hamamelidkimilər fəsiləsinə aid bitki cinsi. Hamamelis mollis Oliv. ex F.B.Forbes & Hemsl. Virciniya hamamelisi (Hamamelis virginiana L.) Hamamelis virginiana subsp. vernalis F.G. Meyer Hamamelis:The Plant List saytında takson barədə məlumat.
Hamamelis virginiana
Virciniya hamamelisi (lat. Hamamelis virginiana) - hamamelis cinsinə aid bitki növü.
Hamameliskimilər
Hamamelidkimilər (lat. Hamamelidaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Chunia Hung T.Chang — Çuniya Corylopsis Siebold & Zucc. — Korolopsis; Şərqi Asiyada 30-a yaxın növü var Dicoryphe Thouars — Dikorife Disanthus Maxim. — Disantus; Şərqi Asiyada 1 növü var Distyliopsis P.K.Endress — Distiloposis Distylium Siebold & Zucc. — Distilium; Şərqi Asiya və Himalayda 10-a yaxın növü var Embolanthera Merr. Eustigma Gardner & Champ. Exbucklandia R.W.Br. — Eksbuklandiya; Cənub-şərqi Çində 1 növü var. Fortunearia — Forçuneariya; Şərqi Çində 1 növü var.
Hamamlar (Urmiya)
Hamamlar (fars. حماملار‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 936 nəfər yaşayır (177 ailə). Əhalisi Azərbaycan türklərinin qolu olan Kürəsünnilərdən ibarət olaraq, sünni-hənəfi inanclıdır.
Hamamlu
Meysəmiyə (/mejˈsæmiˈjæ/; Azərbaycan Türkcəsi: Meysəmiyə, میثمیه; Farsca: میثمیه) — Şərqi Azərbaycan ostanında kənddir. 2011-ci siyahıya alınmasına əsasən, əhalisi 135 nəfərdir. Əhalisinin əksəriyyətini Azərbaycan Türkləri təşkil edir. Kənd Meysəm Xana aid olduğu üçün bu kəndə Meysəmiyə adı verilmişdir. Əvvəlki adı Hamamlı olmuş və sonralar dəyişdirilərək Meysəmiyə adlandırılmışdır. Meysəmiyə adı iki komponentə bölünür: Meysəm (xanın adı) və "Yer, məkan, ölkə" məzmunu yaradan qeyri-məhsuldar polisemantik –iyə şəkilçisi. Kəndin tarixi E.ə. 1-ci minilliyə qayıdır. Kənddə danışılan dil Azərbaycan Türkcəsidir. Meysəmiyə orta əsrlərdən günümüzə qədər xalıçılıq mərkəzi kimi böyük şöhrət qazanmışdır.
Hamamlı
Hamamlı (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Hamamlı (şəhər) — Ermənistan Respublikasında şəhər. Hamamlı rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Pəmbək mahalı ərazisində rayon. Hamamlı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kərid. Hamamlı (Manyas) — Türkiyənin Balıkesir ilinin Manyas ilçesine bağlı bir kənd.
Hamamlı (Başkeçid)
Hamamlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km cənubda, Qarabulaq çayının sol sahilində yerləşir. Kəndin cənubunda 1 km aralıda XII əsrdən qalma, girişi cənubdan olan kilsə və kiçik məzarlıq aşkarlanmışdır. Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 47 ailədə 409 nəfər, 1926-cı ildə 127 ailədə 858 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.596 nəfər (769 nəfəri kişilər, 827 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.579 nəfər əhali yaşayır. Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) (1918-1988) — aşıq Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 1988 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Knyaz Aslan — publisist, şair. Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.
Hamamlı (Meşkinşəhr)
Hamamlı (fars. حماملو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 138 nəfər yaşayır (30 ailə).
Hamamlı (şəhər)
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Hamamlı (Əştərək)
Hamamlı — Karbi mahalının (bəzi mənbələrdə Kərbibasar) Əştərək rayonuna tabe kənd. Kənd 1728-ci ildən mə’lumdur. 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində kənd adı kimi çəkilir. Tam adı "Eyvazlı kəndin yaxınlığında Hamamlı kəndi". Başqa adı Dançılı XIX əsrin əvvəllərindən sonra əhalisi qarışıq idi. 1886-cı ildə kəndin əhalisi ermənilərdən idi və azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlı əhalisi qovulmuşdur. 1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıtmışdır. 1948-ci illərdə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir Əhalisi əsas etibarilə Azərbaycan türklərindən ibarət olmuşdur. 1949-cu ilin dekabr ayında əhali Ermənistan Sovet hökuməti tərəfindən Azərbaycan SSR-in Salyan rayonuna köçürülmüşdür.
Hamamlı rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir. Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub.
Hamamqabağı məhəlləsi
Hamamqabağı məhəlləsi — Şuşanın 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdır. "Şuşanın 17 məhəlləsinin hekayəsi". aqreqator.az. İstifadə tarixi: 28 apr 2022. "Şuşanın 17 məhəlləsi". www.gununsesi.info. İstifadə tarixi: 28 apr 2022.
Hamamçay
Hamamçay — başlanğıcını 2870 m yüksəklikdən, Qaflan dağının (2879 m) ətəklərində "qaynarca" adlandırılan (isti-qaynar su mənasında) iki bulaqdan götürən dağ çayı. Qax rayonunun İlisu kəndi ərazisindən axır, Kürmükçayın sol qoludur. İlisu kəndinin yan erroziyadan mühafizəsi üçün çayın sol sahili boyunca kənd ərazisində bənd salınmışdır. 2011-ci ildə üzərində Tovla-Tala məhəlləsinə keçmək üçün mənsəbdən 30–50 m məsafədə olan körpü inşa edilmişdir. Qaraqaya (3360 m) zirvəsindən qoşulan sağ qolu qısa və daha gursuludur. Əsasən qar suları və buzlaqlarla qidalanır. Buna görə də yaz aylarında bolsulu olur və tez-tez daşqınlar baş verir. Mənbədən 2,5-2.5 km məsafədə tektonik qırılmanı kəsir və burada ilk şəlaləsini əmələ gətirir. Çoxsaylı şəlalələri (Qoçyataq, Gözbulaq, Çaykeçən və s. Bunlardan ən böyüyü Ramramay şəlaləsidir) ilə fərqlənir.
Haseki hamamı
Haseki Hamamı — İstanbulda (Ayasofya Hamamı, Haseki Xürrəm Sultan Hamamı da deyilir) Ayasofya ilə Sultan Əhməd camisi arasında yer alan Türk hamamı. Qanuni Sultan Süleymanın həyat yoldaşı Xürrəm Sultan tərəfindən, Memar Sinana XVI əsrdə inşa edilmişdir. Ayasofyanın yanında, daha əvvəl tarixi Zeuksippos hamamlarının olduğu yerdə inşa edilmişdir. Haseki Hamamı Xürrəm Sultanın göstərişi ilə 1556-cı ildə Memar Sinan tərəfindən inşa edilmişdir. Klassik dövr Osmanlı hamamları üslubundakı quruluş, cüt hamam şəklində və 75 mt uzunluğundadır. Bu hamamda, Türk hamam arxitekturasında bir yenilik olmaq üzrə ilk dəfə qadınlar və kişilər üçün olan bölümlər eyni ox üzərində aparılmışdır. İki hissənin istilik hissələri bitişikdir. Binanın divarları bir sıra kəsmə daş, iki sıra kərpiclə hörülmüşdür. Kişilər üçün olan bölümün soyunma hissəsinin üstündə dördlü, qadınlar bölməsində isə üçlü iti kəmərli pəncərə vardır. Qapının bütün günbəzləri quğuşun metalı ilə örtülüdür.

Значение слова в других словарях