Hamamqabağı məhəlləsi — Şuşanın 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Əbdül Səməd Bəyə məxsus ilk hamamlardan biri burada yerləşdiyindən, məhəllə belə adlandırılmışdır.[1]
Hamamqabağı məhəlləsi | |
---|---|
39°45′42″ şm. e. 46°45′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Aidiyyatı | Şuşa Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |