Bəra ibn Azib ibn Haris əl-Ənsari
Bəra ibn Azib ibn Haris əl-Ənsari (ərəb. البراء بن عازب; 600, Mədinə – 690, Kufə) — Məhəmməd peyğəmbərin səhabəsi və ondan hədis ötürən.
== Həyatı ==
O, Mədinə şəhərində anadan olmuşdur. O, Aus qəbiləsinin Banu Haris sülaləsindən idi. Müsəlmanların Mədinəyə köçməsindən əvvəl erkən yaşda İslamı qəbul etmişdir. Atası ondan əvvəl İslamı qəbul etmişdir. İbn Ömər və Üsamə ibn Zeyd kimi, gənc yaşına görə müsəlmanların müşriklərə qarşı döyüşlərində iştirak etməsi qadağan edilmişdir. Uhud və Xeybər yaxınlığındaki döyüşlərdən sonra müsəlmanların demək olar ki, bütün döyüşlərində iştirak etmişdir. Tarixçilərə görə, o, 14-18 döyüşlərdə iştirak etmişdir. 631-ci ildə Xalid ibn Vəlidlə birlikdə İslamı yaymaq üçün Yəmənə yollandı.