HAZIRLAŞMAQ

f.
1. Bir iş görmək və ya bir yerə getmək üçün hazırlıq görmək, hazırlanmaq, özünü hazır etmək. Yola düşməyə hazırlaşmaq. Köçməyə hazırlaşmaq.
– …Bir istəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa. C.Məmmədquluzadə.
[Qəhrəman:] Hər iki tərəf qəti hücuma hazırlaşırdı. H.Nəzərli.

2. Oxuyub öyrənmək, bir şey üzərində işləmək, çalışmaq. Fizikadan hazırlaşmaq. Mühazirələrə hazırlaşmaq. Universitetə girməyə hazırlaşmaq.
– Bütün qrup bir neçə briqadaya bölünür, briqadanın rəhbərliyi ilə dərsə hazırlaşırdı. Mir Cəlal.
[İkram] kəndə getməsəydi dostu Məmməd onun yanına gələcək, fizikadan imtahan vermək üçün oxuyub yaxşı hazırlaşacaqdılar. Ə.Əbülhəsən.

HAZIRLAŞMA
HAZIRLATMA

Значение слова в других словарях