Varşava Hersoqluğu Ordusu
Varşava Hersoqluğu Ordusu - 1807-1813-cü illərdə mövcud olmuş Böyük Varşava Hersoqluğunun ordusu.
Bu dövlət Reç Pospolitanın ikinci və üçüncü bölüşdürülməsi zamanı Prussiya və Avstriya İmperiyasına verilmiş Polşa ərazilərində 1807-ci il Tilsit sülhündən sonra qurulmuşdu. Varşava Hersoqluğu Napoleon Fransasının protektoratında idi və Altıncı Koalisiya qoşunları tərəfindən fəth edildiyi zamana qədər 1813-cü ilədək mövcud olmuşdur.
Hersoqluğun ordusu dövlətin özü kimi 1807-1813-cü illərdə mövcud olmuşdur. Dövlət yaradıldıqdan sonra hersoqluğun ordusu da avtomatik olaraq təşkil edilmişdir. Daimi ordunun sayı təqribən 50 min nəfər idi. Ordunun tərkibi 35 min nəfər piyada, 12,5 min nəfər süvari, 3,5 min nəfər artilleriya və 800 mina təmizləyicilərdən ibarət olmuşdur.
Piyada hissələr üç batalyonun daxil olduğu 17 alaydan, hər batalyon isə 6 rotadan ibarət idi (1-qrenadyor, 1- yeger, 4- fuzilor).
Süvarilər dörd heyətdən ibarət 16 alaydan ibarət olmuşdu (1- kirasir, 2- qusar, 3- atlı-yeger və 10-ulan).
artilleriya 12 rotadan ibarət bir piyada alayından və 2 batareyadan ibarət at alayından təşkil edilmişdi.