Hesablama Palatası

AR-də dövlət büdcə-maliyyə nəzarətini həyata keçirən, bu nəzarətin nəticələri haqqında Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət orqanıdır.
Hesablama Qiyməti
Hesablama Sistemi
OBASTAN VİKİ
Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı. Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır. 2013-cü il 22 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Tapdıq oğlu Gülməmmədovdur. Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir: dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək; dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək; dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək; Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək; dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək; dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq. Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar. Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər. Hesablama Palatasının sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Avropa Hesablama Palatası
Avropa Hesablama Palatası (ing. European Court of Auditors) — 1977-ci ildən etibarən Avropa İttifaqı daxilində maliyyələşmə prosesləri üzərində xarici nəzarəti həyata keçirən orqan. Mərkəzi Lüksemburqda yerləşir. Avropa Hesablama Palatası 1975-ci il Büdcə razılaşmasına əsasən yaradıldı və 18 oktyabr 1977-ci ildə keçirilən ilk iclasdan bir həftə sonra rəsmi olaraq quruldu. O zaman Avropa Hesablama Palatası (ECA) rəsmi bir qurum deyildi; Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün hazırlanmış xarici bir qurum idi. ECA yaranandan Maastricht razılaşmasına qədər hüquqi bir statusa sahib deyildi. Maastricht razılaşmasından sonra bir quruma çevrilərək Avropa Ədalət Məhkəməsinə (ECJ) müraciət etmək bacarığı kimi bəzi yeni səlahiyyətlər qazandı. Əvvəllər Avropa Birliyinin çox az qismində yoxlama apara bilsə də, Amsterdam müqaviləsindən sonra bütün Avropa Birliyinin maliyyəsini yoxlamaq üçün tam səlahiyyət qazandı. Adına baxmayaraq Avropa Hesablama Palatasının (ECA) mühakimə etmə hüququ yoxdur. Daha çox peşəkar bir xarici istintaq-audit qurumudur.
Azərbaycan Respublikası Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası — Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verən, təşkilati və funksional müstəqilliyə malik olan dövlət büdcə-maliyyə nəzarəti orqanı. Azərbaycan Respublikasının ali maliyyə nəzarəti orqanı. Hesablama Palatası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılmış və 2001-ci il dekabrın 7-dən fəaliyyətə başlamışdır. 2013-cü il 22 noyabr tarixindən etibarən Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Tapdıq oğlu Gülməmmədovdur. Hesablama Palatası aşağıdakı funksiyaları həyata keçirir: dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək; dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək; dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək; Azərbaycan Respublikası Milli Məclisinin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək; dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasını Milli Bankından və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək; dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq. Hesablama Palatası sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Azərbaycan Respublikası Hesablama Palatasının sədri, sədr müavini və auditorları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunurlar və vəzifələrindən azad olunurlar. Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının baş naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankının sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməzlər. Hesablama Palatasının sədri, onun müavini və Hesablama Palatasının auditorlarına qarşı cinayət işi yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən qaldırıla bilər.
Azərbaycan Respublikasının Hesablama Palatası

Lordlar Palatası
Böyük Britaniya Lordlar palatası — Böyük Britaniyanın ali qanunverici orqanı. Üzvləri lord titulunu daşıyırlar. Lordlar palatasının tərkibi və üzvlərinin sayı dəyişkəndir. Bu palata əsasən irsi əlamət üzrə təşkil olunur. Lordlar palatasının tərkibinin 2/3 hissəsinə yaxınını "perlər" , 1/3 hissəsinə yaxınını isə ömürlük "perlər" təşkil edir. Bundan başqa palatanın tərkibinə daxildir: anqlikan kilsəsinin 26 ruhani lordu, kral tərəfindən ömürlük təyin olunan 20 "apelyasia lordu" mülki işlər üzrə ölkənin ali məhkəmə instansiyaları və Şotlandiya və İrlandiya lordları tərəfindən seçilən onlarla şəxs. Hazırda lordların əksəriyyəti maliyyə qruplaşmalarının və iri fimaların nümayəndələridir. Lakin kasıb lorlar da olur. Lordların arasında 2 kommunist olmuşdur, lordlardan 1-i hətta qəssab olmuşdur. Lordlar palatasında lord-kansler sədrlik edir.
Nümayəndələr Palatası
Nümayəndələr Palatası bir çox ölkədəki qanunverici orqanların və alt milli məclislərin adıdır. Bir çox ölkədə, nümayəndələr palatası, əsasən “Senat” olaraq adlandırılan müvafiq yuxarı palata ilə birlikdə iki qanunverici orqanın alt palatasıdır. Bəzi ölkələrdə nümayəndələr palatası birqütblü bir qanunverici orqanın bir palatasıdır. Nümayəndələr palatasının fəaliyyəti ölkələrdən ölkələrə çox fərqli ola bilər və bir ölkənin parlamentar və ya prezident sisteminə sahib olmasından asılıdır.
İcmalar palatası
İcmalar palatası (ing. House of Commons) — Birləşmiş Krallıq Parlamentinin və Kanada Parlamentinin otaqlarından birinin adı. Vestminster sisteminin iki palatalı parlamentində İcmalar palatası tarixən İki palatalı parlament adlanırdı. İcmalar palatası ümumiyyətlə Yuxarı Palatadan (Kanadadakı Senat və ya İngiltərədəki Lordlar Palatası) çox daha çox gücə malikdir. İcmalar Palatasında çoxluq təşkil edən partiyanın rəhbəri ümumiyyətlə baş nazir olur. Westminster sistemi olan əksər əyalətlər sonradan alt palatalarının adını Nümayəndələr Palatası olaraq dəyişdirdi.
Hesablama buludları
Hesablama buludları (ing. Cloud computing) – kommunikasiya texnologiyalarının köməyi ilə böyük təşkilatlarda yerləşən çoxsaylı kompüterlərin (server, kompüter, data mərkəz və s.) hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşmasını həyata keçirməklə, istifadəçilərin verilənlərinin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemidir. R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Hesablama iqtisadiyyatı
Hesablama iqtisadiyyatı — komputer elmləri, iqtisadiyyat və idarəetmə elmi ilə sıx əlaqəli araşdırma sahəsi. Bu mövzu iqtisadi sistemlərin hesablama modelləşdirməsini, istər agent əsaslı, istər ümumi tarazlıq, istər makroiqtisadi, istərsə də rasional gözləntilər, hesablama ekonometrikası və statistikası, hesablama maliyyəsi, avtomatlaşdırılmış internet bazarlarının dizaynı üçün hesablama vasitələri, hesablama iqtisadiyyatı üçün xüsusi hazırlanmış proqramlaşdırma vasitəsini və hesablama iqtisadiyyatının tədrisi əhatə edir. Bu sahələrin bəziləri unikaldır, digərləri isə ənənəvi iqtisadiyyat sahələrini kompüterlər və əlaqəli riyazi metodlar olmadan tədqiq etməsi çətin olan problemləri həll edərək genişləndirir. Hesablama iqtisadiyyatı analitik və statistik olaraq formullaşdırılmış iqtisadi problemlərin həlli üçün komputer əsaslı iqtisadi modellərdən istifadə edir. BU məqsədlə araşdırma proqramı qarşılıqlı əlaqəli agentlərin dinamik sistemləri kimi bütöv iqtisadiyyatlar da daxil olmaqla, iqtisadi proseslərin hesablamalı tədqiqi olan agent əsaslı hesablama iqtisadiyyatıdır (AƏHİ). Əslində, bu kompleks adaptiv sistem paradiqmasının iqtisadi adaptasiyasıdır. Burada agentdən nəzərdə tutulan real insanlar yox, "qaydalara uyğun qarşılıqlı əlaqədə olan, modelləşdirilmiş komputer obyektləridir". Agentlər sosial, bioloji və/və ya fiziki varlıqları təmsil edə bilər. Müvazinətdə agentlər tərəfindən riyazi optimallaşdırmanın nəzəri ehtimalı oyunlar nəzəriyyəsinin kontekstləri də daxil olmaqla, bazar qüvvələrinə adaptasiya olan məhdud rasionallıqlı agentlərin daha az məhdudlaşdırıcı postulatı ilə əvəz olunur. Şərtləri əvvəlcədən modelçi tərəfindən təyin olunan AƏHi modeli sadəcə agentin qarşılıqlı təsirdə olduğu zaman müddətində irəli doğru inkişaf edir.
Hesablama maşınları
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Hesablama maşını

Hesablama sistemi
Hesablama sistemi – hərəkəti öyrənmək üçün istifadə edilən istinad (hesablama) cismi, ona bağlı koordinat sistemi və saatdan ibarət sistem. Məsələnin həllində əlverişli hesabat sisteminin seçilməsi çox əhəmiyyətlidir. Məsələn, heliosentrik sistemdə planetlərin hərəkəti sadə qanunlarla ifadə edilir. Hesablama cisminə bağlanmış ixtiyari koordinat sisteminin (polyar, silindrik, Dekart) vəzifəsi hərəkətin fəzada konkret yerini bilməkdir. Hərəkəti zamana görə təsvir etmək üçün koordinat sisteminin müxtəlif nöqtələrində bir-birilə sinxronlaşdırılmış saatlar yerləşdirilir. Müxtəlif hallarda maddi nöqtənin çatdığı nöqtələrin koordinatlarını ölçərək x (i), y (t), z (t) asılılığı müəyyən edilir. Bu asılılıqlar baxılan hərəkətin seçilmiş hesablama sisteminə nəzərən hərəkət tənliklərini ifadə edir. Bütün hesablama sistemləri kinematik ekvivalentdir. Dinamika məsələlərinin həllində ətalət və təcilli hesablama sistemlərindən istifadə edilir.
Paralel hesablama
Paralel hesablama — bir neçə hesablamanın eyni zamanda edilməsidir. Elə böyük məsələlər olur ki, onlar kiçik hissələrə bölünə bilirlər və bu kiçik hissələr paralel olaraq hesablana bilir.
Bulud hesablama
Bulud texnologiyaları – istifadəçiyə xidmət şəklində İnternet və ya lokal şəbəkə vasitəsilə əlyetərli olan proqram-aparat təminatıdır. Bulud texnologiyaları müəyyən resurslara (hesablama resurslarına, proqram və məlumatlara) uzaq məsafədən müraciət etmək üçün rahat interfeysdən istifadə etməyə imkan verir. İstifadəçi kompüteri, bu halda, şəbəkəyə qoşulmuş adi terminal rolunu oynayır. Bulud texnologiyaları konsepsiyası kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir. Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir və eyni zamanda brauzerlərin köməyilə, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyaları sisteminin infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emal və yadda saxlanması mərkəzlərinin yaradılmasını təmin edir. Bulud texnologiyası (ing. Cloud Computing) və ya funksional mənada verilənlərin açıq şəkildə paylanması; Qurğular arasında ortaq informasiya mübadiləsini təmin edən xidmətlərə verilən ümumi ad. Bulud texnologiyası bu baxımdan bir məhsul deyil, xidmətdir; Əsas mənbədəki proqram və məlumatların mübadiləsi təmin edilərək, mövcud informasiya xidmətinin kompüterlər və digər qurğulardan informasiya şəbəkəsi (tipik olaraq İnternetdən) üzərindən istifadə edilməsidir. Bulud sözü faylların olduğu mövqeyi işarə edir.
Hesablama arqumenti
Hesablama arqumenti (ing. economic calculation problem) — planlı iqtisadiyyatın tənqidi növlərindən biridir. İlk dəfə 1920-ci ildə Lüdviq fon Mizes tərəfindən təklif edilmiş və daha sonra Fridrix Hayek tərəfindən ətraflı şəkildə tədqiq edilmişdir. İqtisadiyyatda resursların rasional bölüşdürülməsi probleminə aiddir. Bazar iqtisadiyyatı şəraitində bu problem tələb və təklif mexanizmindən istifadə etməklə həll edilir ki, bu zaman insanlar mal və ya xidmətlərin onlar üçün pul ödəmək istəyi ilə dəqiq necə bölüşdürüləcəyinə qərar vermək imkanı əldə edirlər. Beləliklə, məhsulun qiyməti tələb və təklif balansı haqqında bütün zəruri məlumatları ehtiva edir ki, bu da yaranan profisit və çatışmazlıqları düzəltməyə imkan verir. Mises və Hayek bu mexanizmin yeganə mümkün olduğunu və bazar qiymətləri vasitəsilə əldə edilən məlumatların olmaması səbəbindən sosializmin resursları rasional şəkildə bölüşdürmək qabiliyyətinə malik olmadığını iddia edirlər. Bu arqumenti dəstəkləyənlər hesab edirlər ki, bu, planlı iqtisadiyyatın işləməməsinin sübutudur. Bu məsələ 1920–1930-cu illərdə iqtisadi nəzəriyyədə qızğın müzakirə olunurdu. Lüdviq fon Mizes özünün "Sosialist Birliyində İqtisadi Hesablamalar" kitabında iddia edirdi ki, qıtlıq istənilən sosialist iqtisadiyyatının mühüm xüsusiyyətidir, çünki bütün istehsal vasitələri dövlətin mülkiyyətindədirsə, onda istehsal vasitələrinə rasional qiymətlər əldə etməyin heç bir yolu yoxdur.
Hesablama hüququ
Hesablama hüququ — hüquqi arqumentasiyanın (insanlar və ya kompüterlər tərəfindən) mexanikləşdirilməsi ilə məşğul olan hüquq informatikasının bir bölməsidir. O, açıq davranış problemlərini vurğulayır və gizli davranış qaydalarını nəzərə almır. Nəzərə almaq lazımdır ki, cəmiyyət daxilində qanunların müəyyən edilməsində kifayət qədər ciddilik səviyyəsinə sadiqlik var ki, icra tam avtomatlaşdırıla bilsin. Nəzəri nöqteyi-nəzərdən hesablama hüququ tamamilə hüquqi pozitivizm doktrinasının ərazisi daxilindədir. Ciddi şəkildə müəyyən edilmiş qanunlara diqqət yetirilməsi nəzərə alınmaqla, hesablama hüququ qanunların az-çox hərfi mənada qəbul edildiyi mülki hüquq çərçivəsində daha çox tətbiq edilir. Hesablama hüququ ümumi hüquqa əsaslanan hüquq sistemlərinə daha az tətbiq edilir və bu, dəqiqləşdirilməmiş normativ mülahizələrə daha çox yer verir. Bununla belə, ümumi hüquq qanunvericiliyində belə, hesablama hüququ kateqoriyalı qanunlara münasibətdə və presedent hüququn müəyyən de-fakto qaydaların yaradılmasına səbəb olduğu hallarda aktuallığını saxlayır. Praqmatik nöqteyi-nəzərdən hesablama hüququ, uyğunluq testi, hüquqi planlaşdırma, tənzimləmə təhlili və s. kimi faydalı hüquqi hesablamalar apara bilən kompüter sistemləri üçün əsas kimi vacibdir. Bu cür bəzi sistemlər artıq mövcuddur..
Hesablama tarixi
Hesablamanın tarixi hesablama texnikasının və müasir hesablama texnologiyasının tarixindən daha əvvələ dayanaraq, cədvəllərin köməyi olmadan qələm, kağız və ya təbaşir kimi metodların tarixini əhatə edir. Rəqəmsal hesablama rəqəmlərin təsviri ilə sıx bağlıdır. Lakin ədəd kimi abstraksiyalar yaranmazdan çox əvvəl sivilizasiyanın məqsədlərinə xidmət edən riyazi anlayışlar mövcud idi. Bu anlayışlar konkret praktikalarda gizlidir, məsələn: Birə-bir yazışma, neçə maddənin sayılması qaydası, məsələn, sayğac çubuğunda, nəticədə ədədlərə mücərrəd. Standartla müqayisə, ölçmədə təkrarlanma qabiliyyətini qəbul etmək üçün bir üsul, məsələn, sikkələrin sayı. 3–4–5 düzbucaqlı üçbucağı, məsələn, 12 bərabər aralıqlı düyünlü iplərdən istifadə edərək düzgün bucağı təmin etmək üçün bir cihaz idi. Nəhayət, rəqəm anlayışı konkret və sayma üçün kifayət qədər tanış oldu, bəzən başqalarına ardıcıllığı öyrətmək üçün mahnı-mahnı mnemonikası ilə. Piraha dili istisna olmaqla, bütün məlum insan dillərində ən azı "bir" və "iki" sözləri var və hətta qaraquş kimi bəzi heyvanlar təəccüblü sayda elementləri ayırd edə bilirlər. Say sistemində və riyazi qeydlərdəki irəliləyişlər nəticədə toplama, çıxma, vurma, bölmə, kvadrat, kvadrat kök və s. kimi riyazi əməliyyatların kəşfinə gətirib çıxardı.
ABŞ Nümayəndələr Palatası
ABŞ Nümayəndələr Palatası (ing. The United States House of Representatives) — ABŞ Konqresinin aşağı palatası, yuxarı palatası isə Senatdır. Orada ABŞ ştatları əhali sayına görə mütənasib olaraq nümayəndə ilə təmsil olunublar. Konqresin sayını dəyişdirmək hüququnu saxlamasına baxmayaraq, nümayəndələrin ümumi sayı hazırda 435 üzvü vardır və bu 1929-cu il Reapportionment Aktına uyğun olaraq müəyyən edilir. Hər bir nümayəndə iki il müddətinə seçilir. Nümayəndələr Palatasının rəhbəri "Spiker" kimi tanınır və onun üzvləri tərəfindən seçilir. Qanun layihələri hər iki məclisdə ayrıca müzakirə olunur və səsə qoyulur. Hər iki məclisdə qəbul edilən qanun layihələri arasında fərqlər varsa, qarışıq bir komissiya tərəfindən razılaşdırılır və təklif olunan qanun təklifi ABŞ Prezidentinin təsdiqlənməsi üçün təqdim olunur. Prezident veto səlahiyyətinə malikdir. Prezident bu səlahiyyətdən istifadə etmədən qanun layihəsini imzalayırsa, qanun şəffaf şəkildə həyata keçirilir.
Azərbaycan Məhkəmə Palatası
Azərbaycan məhkəmə palatası — Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil məhkəmə hakimiyyətini formalaşdırmaq məqsədilə yaradılmış mühüm dövlət strukturu, dövlət ədliyyə orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də əvvəlki hərc-mərclik dövründə dağılmış məhkəmə aparatını bərpa etmək və müstəqil dövlətin ədliyyə sistemini yaratmaq idi. Bu baxımdan, yeni şəraitdə Cümhuriyyətin ayrıca məhkəmə palatasının yaradılmasına ehtiyac vardı. Bu məqsədlə 1918 il noyabrın 14-də Cümhuriyyət Hökuməti Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnaməni təsdiq etdi. Əsasnaməyə görə, Azərbaycan Məhkəmə Palatası böyük sədr, departament sədri, 8 üzv, prokuror və onun 2 nəfər köməkçisindən ibarət tərkibdə yaradılmışdı. Hökumətin 1919 il 28 fevral və 10 may tarixli qərarları ilə vəkil Ələkbər bəy Xasməmmədov palatanın böyük sədri təyin olunmuşdur. Azərbaycan hökumətinin 10 may 1919-cu il tarixli qərarı ilə Olqred Kriçinski Azərbaycan Məhkəmə Palatasının prokuroru təyin olunmuşdur. Ali məhkəmə instansiyası olan Azərbaycan Məhkəmə Palatası dairə məhkəmələrinin fəaliyyətini yoxlayır, onların qərarlarından apelyasiya şikayətlərinə, vəzifə cinayətlərinə, mülklərə sahiblik hüququ, əmlaka qəyyumluq qoyulması haqqında işlərə baxır, notarius vəzifələrini yerinə yetirirdi. Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı.
Azərbaycan Xəzinə Palatası
Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı — Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinin əsas məzmunu. 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində ilk müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər.
Nümayəndələr Palatası (Liviya)
Nümayəndələr Palatası (ərəbcə: مجلس النواب Məclisül Nuveb) Liviyanın bir palatalı milli qanunverici orqanıdır. Parlament, 2014-cü ilin sonlarında Liviya Vətəndaş müharibəsi zamanı ölkənin ən şərqindəki Tobruq şəhərinə köçdü. 2019-cu ildən etibarən Liviya Vətəndaş müharibəsi dövründə “Tobruq hökuməti” olaraq adlandırılmışdır.
Deputatlar Palatası (Boliviya)
Deputatlar Palatası (isp. Cámara de Diputados) — Boliviyanın ikipalatalı parlamentinin, Çoxmillətli Qanunvericilik Assambleyasının aşağı palatası. Görüş otağı La-Pas şəhərində yerləşən Murilyo meydanındakı Qanunvericilik Sarayının binasında yerləşir. 1831-ci il Konstitusiyasının qəbulundan sonra Milli Konqres Senat və Nümayəndələr Palatasından ibarət idi. 1861-ci ildə aşağı palata Deputatlar Palatası olmuşdur. 1868-ci ildə "Böyük xartiya" islahatından sonra Deputatlar Palatası yenidən Nümayəndələr Palatası kimi tanınmışdı, lakin 1871-ci ildə aşağı palata yenidən Deputatlar Palatası olmuşdur. Палата депутатов Боливии.
Elektron hesablama maşınları
Kompüter (əvvəlki yazılışı: kompüter; ing. computer, [kəmˈpjuː.tə(ɹ)] — «hesablayıcı», lat. computare — "saymaq" və ya "hesablamaq" sözündən) və ya bilgisayar — arifmetik və ya məntiqi əməliyyatların (hesablamanın) ardıcıllığını avtomatik yerinə yetirmək üçün proqramlaşdırılan maşın. Müasir rəqəmsal elektron kompüterlər proqramlar kimi tanınan ümumi əməliyyat dəstlərini yerinə yetirirlər. Bu proqramlar kompüterlərə geniş spektrli vəzifələri yerinə yetirməyə imkan verir. Kompüter ya ayrı bir vahid ola bilər, ya da bir-biri ilə əlaqəli bir neçə qurğudan ibarət ola bilər. Kompüter sistemi tam əməliyyat üçün lazım və istifadə olunan aparat, əməliyyat sistemi (əsas proqram) və periferik avadanlığı özündə birləşdirən nominal olaraq tam kompüterdir. Bu termin həm də kompüter şəbəkəsi və ya kompüter klasteri kimi əlaqəli və birlikdə fəaliyyət göstərən kompüterlər qrupuna aid edilir. Müxtəlif sənaye və istehlak məhsulları kompüterlərdən idarəetmə sistemləri kimi istifadə edir. Mikrodalğalı sobalar və uzaqdan idarə vasitələri kimi sadə xüsusi təyinatlı cihazlar, sənaye robotları və avtomatlaşdırılmış layihələndirmə sistemləri kimi zavod cihazları, fərdi kompüterlər kimi ümumi təyinatlı cihazlar və smartfonlar kimi mobil cihazlar daxildir.
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Hesablama Maşınlarının Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.