HEYVANİ

sif. [ ər. ]
1. Heyvan ətindən, südündən, yağından və s.-dən hazırlanan, alınan; üzvi. Heyvani maddələr. Heyvani məhsullardan ancaq süddə şəkər vardır.
2. Heyvana (heyvanlara) xas olan; heyvana aid olan; qeyri-şüuri. Heyvani həyat. – [Məhbusi] düşünürdü.
Bir az iş gecikərsə bütün həyatı və taleyinin təhlükə altına düşəcəyi onu qorxudur, qəlbində heyvani bir vahimə oyadırdı. M.İbrahimov.
Kamal [qorxaqlığa] çoxdan qalib gəlmiş, sonra bu ibtidai heyvani qorxaqlığa özü nə qədər gülmüşdü. M.Rzaquluzadə.

// məc. Şəhvani, cismani. Heyvani hisslər. – [Qətibə:] Hüsaməddin anlamamışdır ki, mən heç kəsə satılmamışam.
Lakin o bilmir ki, o özü bir qadının quru vədəsinə və özünün heyvani bir düşüncəsi xatirinə bir məmləkəti satmaq üzrədir. M.S.Ordubadi.

HEYVANXANA
HEYVANLAŞMA

Значение слова в других словарях