HİM
HİMAYƏ
OBASTAN VİKİ
Cim
Cim — ad. Cim Morrison — Amerikalı musiqiçi və bəstəkar Cim Cons — Keşiş, Xalqlar məbədi dini cərəyanının qurucusu. Cim Heyni — ABŞ aktyoru Cim Batler — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi.
Cim Abrahams
Cim Abrahams (ing. Jim Abrahams; 10 may 1944, Şorvud[d], Viskonsin) — ABŞ kinorejissoru və ssenaristi. O, əsasən Deyvid və Cerri Zuker qardaşları ilə komediya və parodiya janrında işləmişdir. Müstəqil olaraq "Böyük biznes" (1988) filminə rejissor kimi rəhbərlik etmişdir. O, həmçinin "Təyyarə!" (1980), "Tamamilə məxfi" (1984), "Qaynar başlar" (1991) və s. filmləri çəkmişdir.
Cim Batler
Cim Batler (15 fevral 1971) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Cim Batler Birləşmiş Ştatları 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Cim Batler Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Cim Cons
Cim Cons (ing. James Warren Jones; 13 may 1931 – 18 noyabr 1978, Corctaun[d]) — Keşiş, Xalqlar məbədi dini cərəyanının qurucusu. == Erkən illər == 1931-ci il mayın 31-də dünyaya gələn Cons doğulduğu gündən etibarən anormal bir həyatın baş rol oyunçusuna çevrilib. Consun anası Lunatta Patnam oğlunun Məsih olduğuna inanırdı. I dünya müharibəsi əlili olan atası Ceyms Törman Ku Kluks Klan adlı gizli təşkilatın üzvü olub. Xəyallar görən ananın və içki düşkünü olan atanın övladı olan Consun zəhərli zehninin təməllləri bu dövrdə qoyulub. Səfalət içərisində yaşayan, ailəsinin belə diqqətindən məhrum qalan Cons içərisindəki boşluğu doldurmaq üçün dinə yönəlib. Həmyaşıdları qəribə bir uşaq olduğu üçün ondan uzaq gəzirdilər. Consun tərbiyəsində qonşuların da böyük rolu olub ki, onlar Əllincilər kilsə üzvləri idi. Cons yalnızlığını pərdələmək üçün hələ 10 yaşında olarkən qonşularla bərabər kilsəyə gedir, İncil oxuyurdu.
Cim Heyni
Cim Heyni (ing. Jim Haynie; 6 fevral 1940, ABŞ) — ABŞ aktyorudur. Cim Heyni Meqqi Kozi ilə ailə həyatı qurmuş və ondan dörd övladı dünyaya gəlmişdi.
Cim Kamminqs
Ceyms Cona (Cim) Kamminqs (ing. James Jonah «Jim» Cummings; 3 noyabr 1952) — ABŞ səs aktyoru. Filmoqrafiyasında 500-dən çox layihəsi var. İki Enni mükafatının qalibi, iki dəfə Emmi mükafatına namizəd. "Vinni-Puxun Yeni macəraları"ndan (1988–1991) bəri əksər "Disney" layihələrində Vinni-Pux və Tiggerin səs aktyoru olmuşdur. O, "Ələddin ", "Kral şir", "Pokahontas", "Balto", "Anastasiya", "Şrek", "Qnomeo və Cülyetta" kimi tammetrajlı cizgi filmlərinin işində iştirak etmişdir. == Həyatı == Kamminqs Nyu-Orleana köçdükdən sonra karnaval kortejlərini boyamış, çay estakadasında işləmiş və yerli rok qrupunda ifa etmişdir. O, evləndikdən sonra Kaliforniyanın Anahaym şəhərinə köçmüş, 1980-ci illərin əvvəllərində burada bir video mağazası işlətmişdir. 1984-cü ilin sonlarında səs aktyoru kimi debüt etmişdir. Kamminqin 2011-ci ildə boşandığı Stefani Kamminqsdən iki qızı var.
Cim Keri
Ceyms Yucin "Cim" Kerri (17 yanvar 1962[…]) — Kanadalı aktyor, komediya ustası. Cim üç dəfə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Kanadadanın Nyumarket qəsəbəsində anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Karyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi "Maska" filmi isə ona dünya şöhrəti gətirdi.
Cim Kerri

Cim Morrison
Cim Morrison (ing. James Douglas Morrison; 8 dekabr 1943[…], Melburn, Florida[…] – 3 iyul 1971[…], ‎IV arondisman) — Amerikalı musiqiçi və bəstəkar, The Doors qrupunun bəstəkarı və solisti. Morrison, öz tipik səsi ilə, şəxsi səhnə fiqurunun xüsusiyyətiylə və öz poetik yaradıcılığıyla rok musiqisinin ən cazibəli frontmenlərindən hesab edilir. Pərəstişkarları ona Lizard King (Kərtənkələlərin kralı) ləqəbini vermişdir. "Rolling Stone" jurnalı bütün dövrlərin ən böyük 100 ifaçısı siyahısına onu da daxil etmişdir. == Həyatı == Cim Morrison Florida ştatının Melburn şəhərində, gələcək admiral Corc Stiven Morrison (1919–2008) və Klara Morrisonun (qızlıq soyadı Klark, 1916–2005) ailəsində doğulmuşdur. Şotlandiyada yaşayan atası Corc Stiven Morrison və anası Klara Morrison 1942-ci ildə Havay adasında tanış olurlar. 1943-cü ildə Klara Morrison hamilə qalır Floridaya qayınlarının yanına köçür. Bu zaman Stiven Morrison hərbi xidmətdə pilotluq təhsili alırdı. 1944-cü ildə təhsilini tamamladıqdan sonra Stiven İkinci dünya müharibəsi üçün Sakit okeana yollanır (Daha sonradan rütbəsi yüksəldilir və böyük bir admiral gəmisi idarə edir).
Cim Personz
Cim Personz (ing. Jim Parsons; 24 mart 1973) — Amerika aktyoru, film rejissoru, prodüser. "Böyük partlayış nəzəriyyəsi" serialında oynadığı Şeldon Kuper rolu ilə məşhurlaşmış və bu rolu sayəsində o, Emmi, Qızıl Qlobus mükafatlarını qazanmışdır.
Cim Torp
Cim Torp (tam adı: Ceyms Frensis Torpe, ing. James Francis Thorpe; ən tezi 22 may 1887 və ən geci 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games — Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005.
Cim Torpe

Cim cons
Cim Cons (ing. James Warren Jones; 13 may 1931 – 18 noyabr 1978, Corctaun[d]) — Keşiş, Xalqlar məbədi dini cərəyanının qurucusu. == Erkən illər == 1931-ci il mayın 31-də dünyaya gələn Cons doğulduğu gündən etibarən anormal bir həyatın baş rol oyunçusuna çevrilib. Consun anası Lunatta Patnam oğlunun Məsih olduğuna inanırdı. I dünya müharibəsi əlili olan atası Ceyms Törman Ku Kluks Klan adlı gizli təşkilatın üzvü olub. Xəyallar görən ananın və içki düşkünü olan atanın övladı olan Consun zəhərli zehninin təməllləri bu dövrdə qoyulub. Səfalət içərisində yaşayan, ailəsinin belə diqqətindən məhrum qalan Cons içərisindəki boşluğu doldurmaq üçün dinə yönəlib. Həmyaşıdları qəribə bir uşaq olduğu üçün ondan uzaq gəzirdilər. Consun tərbiyəsində qonşuların da böyük rolu olub ki, onlar Əllincilər kilsə üzvləri idi. Cons yalnızlığını pərdələmək üçün hələ 10 yaşında olarkən qonşularla bərabər kilsəyə gedir, İncil oxuyurdu.
Cim Hokins (obraz)
Ceyms (Cim) Hokins (ing. James (Jim) Hawkins) — Xəzinələr adası romanın əsas qəhrəmanı. Əhvalatlar XVI, XVII və XVIII hissələr istisna olmaqla onun dili ilə danışılır. O, məşhur ingilis dənizçisi Con Hokinslə eyni soyad daşıyır. == Haqqında == Cim 16–17 yaşlı yeniyetmədir. Məhz o Billi Bonsun sandığından Xəzinələr adasının xəritəsini tapır. Doktor Livsi və Skvayr Treloninin dostudur. Onun sayəsində xainlərin kim olduğu aşkar olur. O, Xəzinələr adasında üç il təkbaşına yaşamış Ben Qannı tapır. Con Silverə qarşı mübarizədə fəal iştirak edir və İsrael Hendsi öldürür.
Cim Krou qanunları
Jim Crow qanunları (ing: Jim Crow laws), 19-20-ci əsrlərdə ABŞ-nin cənub əyalətlərində çıxarılan ayrı-seçkilikçi yerli qanunlar idi. Qanunlar, ABŞ-nin yenidən qurulması dövründə zəncilərin əldə etdiyi siyasi və iqtisadi qazanclarına qarşı qəbul edilmişdir. Qanunlar afroamerikalılar və ağların ictimai və siyasi həyatda ayrı qurumlardan istifadə etmələri üçün nəzərdə tutulmuşdu və “ayrı, lakin bərabər” (İngiliscə: separate but equal) hüquq doktirini ilə əsaslandırılmışdı. Dəmir yollarında və tramvaylarda irqi-ayrıseçkiliyi qəbul edən ilk qanun 1875-ci ildə Tennesseedə qəbul edildi və daha sonra bütün Cənub əyalətlərində dəmir yollarında irqi ayrı-seçkilik tətbiq olunmuşdur. Bu qanunları qəbul edən regionlarda “sadəcə ağlar üçün” və “qaralar” lövhələri asılmışdı. Bu iş o qədər geniş yayılmışdı ki, otelləri, teatrları, kitabxanaları, liftləri və məktəbləri də əhatə etməyə başlamışdır. Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1954-cü ildə dövlət məktəblərində irqi-ayrıseçkiliyi Brown v. Board of Education davasında konstitusiyaya zidd olduğunu bildirmişdir. Brown v. Tərəfindən dövlət məktəblərində irqi ayrı-seçkilik elan etdi.
Cim Kerrinin filmoqrafiyası
Cim Kerri müxtəlif kinofilmlərdə, telefilmlərdə, teleseriallarda və video oyunlarında rol almış Kanada və ABŞ aktyorudur. Ümumilikdə 2,5 milyard ABŞ dollarından çox gəlir, eləcə də film başına ortalama 94,3 milyon dollar ilə Şimali Amerikada tarixin ən çox gəlir əldə etmiş 50 aktyorundan biridir. Dünya miqyasında 250 milyon dollardan çox gəlir gətirən 13 filmdə yer almışdır. Ən çox gəlir gətirmiş filmi "Qüdrətli Brüs" filmidir. Kerri baş rol debütünü 1984-cü ildə "The Duck Factory" qısamüddətli teleserialında gənc karikaturaçını canlandıraraq etmişdir. Kino sektorunda ilk baş rol debütünü Loren Hattonun vampiri, Kerrinin isə həmin vampirin qurbanını canlandırdığı 1985-ci ildə buraxılmış komediya qorxu filmi "Once Bitten" olmuşdur. "Peggy Sue Got Married" (1986), "The Dead Pool" (1988) ve "Earth Girls Are Easy" (1988) kimi filmlərdə ikinci plan rollarda yer almışdır.

Значение слова в других словарях