Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Birinci Hind-Çin müharibəsi
Birinci Hind-Çin müharibəsi (tez-tez «Hind-Çin müharibəsi» adlandırır) — Fransanın Hind-Çində olan müstəmləkələri əldə saxlamaq üçün olan müharibədir. 1946-1954-cü illərdə baş verib. Müharibənin əsas hadisələri Vyetnam ərazisində olub. Orda 2 sentyabr 1945-ci ildə Milli Şüranın seçkilərdə qalibiyyətindən sonra patriotik Vyetmin hərakatı tərəfindən Demokratik Vyetnam Respublikası elan olunmuşdur. Hərbi əməliyyatlar eləcə də Kamboca və Laos ərazisində də gedirdi, lakin burda onlar müharibənin əsas gedişatına təsir göstərmədilər. 1949-cu ildə Fransa öz tərəfindən Vyetnam ərazisində «Vyetnam Dövləti» yaradılmasını elan etdi. Vyetnamın özündə Birinci Hindçin müharibəsi «Müqavimət Müharibəsi» kimi məşhurdu. «Müqavimət Müharibəsi» — 1945-1954-ci illərin fransanın müstəmləkə idarəçiliyinə qarşı olan hərbi-siyasi «Vyetmin» hərakatı əqidəsi altında birləşmiş vyetnam millətçilərin və kommunistlərin müharibəsidir. Fransa öz mübarizəsini ABŞ və Böyük Britaniyanın yerli tərəfkeşlərinin köməyi və dəstəyi ilə aparırdı. Demokratik Vyetnam Respublikası müharibəni Çin və SSSR-in kömək və dəstəyi ilə aparırdı.
2011-ci il Hindistan iğtişaşları
2011-ci il Hindistan iğtişaşları — Şərq ölkələrinin əksəriyyətini bürümüş etiraz hərəkatının tərkib hissəsidir. 2011-ci ilin fevral ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərinin küçələrinə 100 mindən çox insan axışıb. Onlar işsizliyin və ərzaq məhsullarının qiymətinin artırılmasının qarşısının alınmasını tələb edirlər. Bu, yüksək vəzifəli hökumət məmurlarının korrupsiya qalmaqalında adlarının hallanması fonunda son illər Hindistanda hökumət əleyhinə keçirilən ən böyük kütləvi aksiyadır.
2019 Hindistan-Pakistan münaqişəsi
2019 Hindistan-Pakistan Münaqişəsi - Kəşmirdə 2019-ci ildə baş verən və davam edən münaqişədir. Uzun müddətli Hindistan-Pakistan münaqişəsinin bir hissəsidir. == Hadisələrin gedişatı == Hindistanın mübahisəli Kəşmir bölgəsində Pulvamedə polisin 14 fevral 2019-cu ildə islamçı qruplaşmasının hücumuna məruz qalması münaqişənin başlanmasına səbəb oldu. Hücum nəticəsində Hindistan polisinin mərkəzi ehtiyatı güclərinin 45 əməkdaşı həlak oldu. İndiyədək hind təhlükəsizlik qüvvələrinə qarşı ən qanlı hücum kimi qiymətləndirilən bu hadisəyə görə Hindistan hökuməti qonşu Pakistanı ittiham edib. Lakin rəsmi İslamabad insidentlə heç bir əlaqəsinin olmadığını bildirir. Bununla əlaqədar İslamabad və Nyu-Delhidəki səfirlər məsləhətləşmələr üçün qarşılıqlı şəkildə geri çağırılıb.26 fevral 2019-cu ildə Hindistan Hərbi Hava Qüvvələri 12 ədəd “Mirage 2000” çoxməqsədli qırıcı təyyarəsi mübahisəli Kəşmir bölgəsində Pakistanın nəzarəti altında olan ərazilərə 1000 kiloqrama qədər bomba atıldığını iddia edib. Hindistanın məlumatına görə, hücumun gedişatında təxminən 350 döyüşçü öldürülüb. Lakin Pakistanın yaydığı kadrlarda bombaların meşədə boş əraziyə düşdüyü və heç kimin zərər görmədiyi göstərilirdi. 27 fevral səhər saatlarında Hindistan HHQ-nin iki təyyarəsi Pakistan silahlı qüvvələri tərəfindən Kəşmir rayonunda vurulub və nəticədə iki hindistanlı pilot Pakistanda həbs edilib.
ABŞ Hind-Sakit okean Komandanlığı
Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı (ing: United States Indo-Pacific Command (USINDOPACOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. Birləşmiş Ştatların Sakit Okean Komandanlığı (USPACOM) olaraq 1 yanvar 1947-ci ildə qurulmuşdur, 30 may 2018-ci ildə hal-hazırkı adını almışdır. Onun əməliyyat sahəsi ABŞ-nin qərb sahili ilə Hindistanın qərb sahilləri də daxil olmaqla Hind-Sakit okean bölgəsini əhatə edir. Mərkəzi Havay əyalətində yerləşən Aiea şəhərindəki H. M. Smith bazasında yerləşir.
Adi hinduşka
Amerika hindiləri
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerika hinduları
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Amerikan hinduları
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Anql-Hindlilər
Anql–Hindlilər, (avrasiyalılar, ferinqlər, paranqlar, topaslar) – Hindistanda etnik qrup. == Ümumi mlumat == Sayı 45 min nəfərdən çoxdur (2000). Anql-Hindlilər avropalılarla (portuqallar, hollandlar, fransızlar, ingilislər və b.) hindlilərin qarışıq nikahları nəticəsində meydana gəlmişdir. Avstraliya, Kanada və Avropa ölkələrində də yaşayırlar. İngilis dilində danışırlar. Dindarları xristiandır. Əsasən şəhərlərdə yaşayırlar. İdarəçilik, təhsil, tibb, mədəniyyət, dəmiryolu nəqliyyatında və digər sahələrdə çalışırlar.
Asiya və ya Hindistan fili
Hindistan fili-(ing. elephant )Xortumlular dəstəsinə aid olan növ. AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində 1 ədəd müqəvva sərgilənir. (Moskva Dövlət Sirki-1984) == Xarici görünüşü == Fillər quruda yaşayan ən iri heyvanlardan biri hesab edilir. Çəkiləri ağır olsada, fillər çox cəld və sürətli hərəkət edirlər. Hindistan fili ölçüsünə görə Afrika savanna filindən fərqlənir. Yaşlı erkək fərdlərin çəkisi - 5,4 ton, hündürlüyü - 2,5 -3,5 metrə çatır. Dişilər erkəklərdən kiçik olur və orta çəkiləri 2,7 tona çatır. Afrika savanna filinin çəkisi isə 4-7 tona qədər olur. Hindistan filinin bədən uzunluğu 5,5 - 6,4 m, quyruğunun uzunluğu isə 1,2 - 1,5 m-dir.
Aud (Hindistan)
Aud(Avadh, Audh; hind अवध, Awadh, Oudh) — Hindistanın şimalında tarixi əyalət. == Tarixi == Bu əyalət öz adını qədim Koşala dövlətinin paytaxtı Ayodhyadan alıb. Böyük Moğol İmperiyası dönəmində Aud bir söbə idi. I Səadətəli xan Audun müstəqilliyini elan edib, Aud nəvvablığını yaratdı. Bu nəvvablıq XVIII-XIX əsrlərdə iqtidarda oldu. == Coğrafiyası == Bu tarixi əyalət Hindistanın şimalında qərar tutan müasir Uttar Pradeş ştatında yerləşirdi.
Azərbaycan-Hindistan futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Hindistan münasibətləri
Azərbaycan–Hindistan münasibətləri — Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Münasibətlərin tarixi == 1991-ci il dekabrın 26-da Hindistan Respublikası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 28-də qurulmuşdur. Diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, sonrakı illər ərzində bu iki ölkə arasında əlaqələrin inkişafı yalnız beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıqla kifayətlənmişdir. Qeyd etmək lazımdır ki, BMT-də Dağlıq Qarabağla bağlı keçirilən səsvermələrdə Hindistan Respublikası 1996 – 1999-cu illərdə Azərbaycanın lehinə səs vermiş, 2000 – 2004-cü illərdə isə bitərəf qalmışdır. 2004-cü ilin sonuncu rübündə Azərbaycan Respublikasının Hindistanda səfirliyinin açılması iki ölkə arasında mövcud olan diplomatik əlaqələrin yüksələn xətlə inkişaf edəcəyinə zəmin yaratmışdır. İkitərəfli əlaqələrə toxunduqda qeyd etmək lazımdır ki, Hindistandan Azərbaycana nazir və nazir müavinləri səviyyəsində bir sıra səfərlər olmuşdur. Eyni zamanda Xarici İşlər Nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilmişdir. Bu səfərlər içərisində Hindistanın Neft və Təbii qaz Nazirinin səfəri diqqəti cəlb edir. Hindistanlı nazir səfər zamanı ölkəsinin Azərbaycanda energetika sahəsində həyata keçirilən layihələrdə iştirak etmək niyyətində olduğunu bildirmiş, hindistanlı iş adamlarının Azərbaycanda neft-qaz sahəsinə sərmayə qoymaqda maraqlı olduqlarını vurğulamışdır.
Baba Ratan Hindi
Baba Ratan Hindi (ərəb. بِشْرِ بْن بَراء‎; sanskr. बाबा रिटेन तुर्की; v. 1234) — Məhəmməd peyğəmbərin ərəb olmayıb, hind əsilli olması bilinən, varlığı haqqında şayiə edilən bir səhabəsidir. == Həyatı == Hindistanın indiki Pəncab əyalətinin Bxatinda şəhərində anadan olmuşdur. O, hind ailəsindəndir. Daha sonra xristian olmuşdur. Bu haqda çox məlumat yoxdur. O, Hindistandan Ərəbistana mal gətirən tacir olmuşdur. Ərəb hədisçisi, fəqih və təfsir alimi İbn Həcər əl-Əsqəlani “El-İsabah fi təmyiz əl Səhabə” əsərində və Əşrəf Cihangir Səmnani “Məktubat Əşrəfi” kitabının 28-ci fəslində ondan bəhs edir.
Ben Hinkliff
Benjamin Cek Hinkliff (25 sentyabr 1997-ci ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda hücumçu kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort 14 yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2017-ci ilin may ayında klub ilə peşəkar müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Beynəlxalq Hind Film Akademiyası Mükafatları
Aşağıdakı siyahıda 2000-ci ildən bəri Beynəlxalq Hind Film Akademiyası Mükafatları mərasimləri qeyd olunmuşdur.
Bidens hintonii
Bidens hintonii (lat. Bidens hintonii) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Bill Hinsman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bill Hinzman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Birinci Hindistan-Pakistan müharibəsi
Hindistan-Pakistan müharibəsi — 21 oktyabr 1947 – 31 dekabr 1948 — Britaniya Hindistanı bölüşdürüldükdən sonra Hindistan və Pakistan arasında baş vermiş silahlı münaqişə. Münaqişənin səbəbi Cammu və Kəşmir ştatının hansı dövlətə məxsus olması ilə bağlı yaranmış ziddiyyətlər idi. Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, (Britaniya Hindistanının bölünməsi şərtlərinə görə ştat Pakistana aid olmalı idi), lakin hakim dairələr və Kəşmirin maharacı hindlilərdən ibarət olduğuna görə onlar Kəşmirin Hindistana birləşdirilməsi haqqında qərar qəbul etdilər. == Müharibə ərəfəsində Hindistanda vəziyyət == 1815-ci ilədək müasir dövrdə Cammu və Kəşmir kimi tanınan ərazidə 22 kiçik knyazlıq (16 hind və 6 müsəlman knyazlığı) mövcud idi, onların bir hissəsi Əfqanıstan əmirinin nəzarəti altında idi. Hind knyazlıqları imperator Əkbərin dövründən Böyük Moğol imperiyasının vassalları olan racput knyazları tərəfindən idarə olunurdu. Böyük Moğol imperiyasının süqutundan sonra və qurkların dağlıq knyazlıqlara basqınından sonra onlar sinqlərin hökmdarı Rancit Sinqin hakimiyyəti altına düşdü. == Hindistanın bölüşdürülməsi == Böyük Britaniyanın Hindistan knyazlıqları üzərində hökmranlığının başa çatması yerli əhalinin seçmək, knyazlıqların Hindistana və ya Pakistana birləşmək və ya öz müstəqilliyini elan etmək hüququnun tanınması ilə müşayət olunurdu. Britaniya qoşunları Hindistanı hələ tamamilə tərk edənədək Cammu və Kəşmir knyazlığının hakimi Hindistanın və Pakistanın təkidi ilə yeni yaranmış bu iki dövlətdən birini seçməli idi. == Müharibənin mərhələləri == === Birinci mərhələ. Müdaxilənin başlanması === Pakistan knyazlıqların şimal hissəsini Azad Cammu və Kəşmir adı ilə öz ərazisi elan etdi və buraya qoşunlarını yeritdi.
Birinci Hindçin müharibəsi
Birinci Hind-Çin müharibəsi (tez-tez «Hind-Çin müharibəsi» adlandırır) — Fransanın Hind-Çində olan müstəmləkələri əldə saxlamaq üçün olan müharibədir. 1946-1954-cü illərdə baş verib. Müharibənin əsas hadisələri Vyetnam ərazisində olub. Orda 2 sentyabr 1945-ci ildə Milli Şüranın seçkilərdə qalibiyyətindən sonra patriotik Vyetmin hərakatı tərəfindən Demokratik Vyetnam Respublikası elan olunmuşdur. Hərbi əməliyyatlar eləcə də Kamboca və Laos ərazisində də gedirdi, lakin burda onlar müharibənin əsas gedişatına təsir göstərmədilər. 1949-cu ildə Fransa öz tərəfindən Vyetnam ərazisində «Vyetnam Dövləti» yaradılmasını elan etdi. Vyetnamın özündə Birinci Hindçin müharibəsi «Müqavimət Müharibəsi» kimi məşhurdu. «Müqavimət Müharibəsi» — 1945-1954-ci illərin fransanın müstəmləkə idarəçiliyinə qarşı olan hərbi-siyasi «Vyetmin» hərakatı əqidəsi altında birləşmiş vyetnam millətçilərin və kommunistlərin müharibəsidir. Fransa öz mübarizəsini ABŞ və Böyük Britaniyanın yerli tərəfkeşlərinin köməyi və dəstəyi ilə aparırdı. Demokratik Vyetnam Respublikası müharibəni Çin və SSSR-in kömək və dəstəyi ilə aparırdı.
Braziliya hindi dilləri
Braziliya hindi dilləri- Braziliyanın yerli xalqlarının - hindilərin doğma dilləri. Yerli hindilərin əksəriyyəti portuqal dilinin Braziliya variantına keçsə də, hələ də əhalinin 250 min nəfəri 145 yerli dildə danışır. Braziliyida 500 mindən 700 min nəfərə qədər əhali özünün hindi sayır. == Ədəbiyyat == Dixon R. M. W., Aikhenvald A. Y. (Eds.), The Amazonian languages. Cambridge: Cambridge University Press. ISBN 0-521-57021-2; ISBN 0-521-57893-0. Angenot, Geralda de Lima Victor. Subsídios para a glotocronologia lexicoestatística da família Chapakura. Guajará-Mirim: UNIR Working Papers in Amerindian Linguistics. Série 'Documentos de Trabalho'.
Britaniya Hind okeanı əraziləri
Britaniya Hind okeanı əraziləri (ing. British Indian Ocean Territory) — Böyük Britaniyadan asılı olan və Hind okeanında 55 adadan ibarət bölgə. Böyük Britaniyanın Hind okeanında yerləşən müstəmləkəsi olan bu bölgə ancaq Çaqos adalarından ibarətdir. Bölgəyə aid Dieqo Qarsiya adası 1966-cı ildə imzalanan müqaviləyə görə 50 illiyinə ABŞ-yə kirayəyə verilmişdir. == Coğrafiya == Bölgə bir çoxunda yaşayış olmayan 55 adadan ibarətdir. Britaniya Hind okeanı ərazilərinin ən böyük adası Dieqo Qarsiya adasıdır. Bu adadan başqa Böyük Çaqosbank adası, Peros Banhos adası, Solomon adası, Eqmont adası ilə ancaq aşağı dəniz səviyyəsində görünən Blenheym rifi də bölgəyə aiddir. Britaniya Hind okeanı ərazilərinin sahəsi 54.400 km² olsa da çox böyük hissəsi su olub torpaq sahəsi cəmi 60 km²-dir. == Əhali == Adanın yerlisakinləri olan çaqoslular 1960-cı illərdə Böyük Britaniya hökuməti tərəfindən güclə Mavriki, Seyşel adaları və Böyük Britaniya göndərilmişdir. Hazırda adalarda heç bir yerli yaşamır və 3.500 ABŞ və Böyük Britaniya əsgəri vardır.
Britaniya Hindistanı
Britaniya Hindistanı (ing. British Raj) — Cənubi Asiyada (indiki Hindistan, Pakistan, Banqladeş,Myanma,Seylon) XVIII əsrin ortalarından 1858-ci ilədək Ost-Hind şirkətinin, sonra isə 1947-ci ilədək Britaniya imperiyasının hakimiyyətində olan ərazi. == Tarixi == Britaniya Hindistanının tərkibinə 1796–1802-ci illərdə Seylon (indiki Şri-Lanka); 1826, 1852 və 1885-ci illərdə ərazisinin tədricən işğalı nəticəsində 1935-ci ilədək Birma (indiki Myanma); 1839–1937-ci illərdə Ədən; 1811–1814-cü illərdə Yava; Böyük Britaniyanın Malayya və Sinqapurdakı mülkləri (Streyts-Setlments, 1826–1867) daxil edilirdi. 1858-ci ildə Ost-Hind şirkəti ləğv edildi və Britaniya Hindistanı biləvasitə Böyük Britaniya kraliçası Viktoriyaya tabe oldu. 1876-cı ildə Viktoriya Hindistanın imperatriçəsi elan edildi. Britaniya Hindistanı Londondakı Hindistan məsələləri üzrə stats-katib (nazir) və Kəlkətədəki (1911-ci ildən Dehlidəki) general-qubernator (vitse-kral) tərəfindən idarə olunurdu. O, müstəqil dövlətin bəzi atributlarına (hökumət, büdcə, ordu) və Qanunverici məclisə (1919-cu ildən) malik idi. Britaniya Hindistanının bütün sakinlərinin irqindən, milliyətindən, və dinindən asılı olmayaraq idarəçilikdə və məhkəmədə bərabərliyi rəsmən elan edilirdi. Britaniya Hindistanı 1919–1946-cı illərdə Millətlər Cəmiyyətinin üzvü olmuşdur. == Britanya hindistanın parçalanışı və birləşmiş krallıq hakimyətinin sonu == Birləşmiş krallıq 2-ci dünya muharibəsindən sonra koloniyasının dəstəyi üçün azadlığı üçün söz vermişdi Britanya hindistanında üsyanlar baş verirdi bunların hamısı sepoylar yəni birləşmiş krallıqa xidmət edən əsgərlər tərəfindən bastırıldı bruma və seylon isə britanya hindistanının hakimyətində deyildi 1947-ci ilin 15 avqustunda isə hindistan müsəlman və hind əhali olmaq üzrə 2-yə ayrıldı müsəlmanları çox olduğu yer pakistan və şərqi pakistan (1971)qədər yəni banqladeş hind əhali isə hindistan dövlətini qurdular hindistanda azadlıq uğrunda mübarizədə iki şəxs vardı Məhəmməd Əli Cinnah (müsəlman azadlıq hərəkatçısı) və Mahatma Qandi (hind hərəkat başçısı) 1947 ci ilin 15 avqust bölnməsindən 3 il sonra 1950-ci ildə respublika elan olunur və dominyonluğ ləvğ edilir bruma və ya Myanma əyaləti isə birləşmiş kralıqa bağlı əyalətdi 1948-ci ildə müstəqil olur və həmin il seylonda müstəqil olur belləlikl Britanya hakimyəti sona çatır amma indi myanmar xaric hamısı Millətlər Birliyinə üzv olur.
Butan–Hindistan münasibətləri
Hindistan–Butan münasibətləri — Hindistan və Butan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında münasibətlər olduqca yaxın olmuşdur. 1947-ci ildə Hindistan Britaniya imperiyasından ayrıldıqdan sonra Butan üzərində suverenlik əldə edir. O dövrə nisbətdə çox şey dəyişsə də, Hindistan hazırda da Butanın xarici siyasəyinə, müdafiəsinə və ticarətinə təsir etmək gücünə malikdir. Hindistan iqtisadi, siyasi və mədəıni sahələrdə Butanın əsas həmkarıdır. Hindistan üzərinə xarici ticarətin böyük hissəsi düşür. hindistan vətəndaşları asanlıqkla Butanı ziyarət edə bilirlər. Ancaq digər ölkələrin vətəndaşları butanı demək olar ki, ziyarət edə bilmirlər. Bir çox butanlı hind univertrsitetini bitirmişdir. Hərbi sahədə də Hindistan Butanı dəstəkləyir.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada, sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Han Hun-So
Han Hyun-So (d. 17 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Hyun-So Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Hind-Çin pələngi
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Hind-Çin bəbiri
Hind-Çin bəbiri (lat. Panthera pardus delacouri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Ba Min-Hi
Ba Min-Hi (d. 11 iyul 1988) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ba Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Han Sun-Hi
Han Sun-Hi (d. 9 iyun 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Han Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Li Min-Hi
Li Min-Hi (d. 4 fevral 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Su Min-Hi
Su Min-Hi (d. 7 sentyabr 1968) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Su Min-Hi Cənubi Koreya yığmasının heyətində 1988-ci ildə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində baş tutan XXIV Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun birində məğlub olan Cənubi Koreya yığması, Seul Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir.Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. == Tarixi == Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. == Açılış tarixi == Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. == Qəbulu üzrə abunə haqqı == Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur. Haqqı isə 80 yeni tayvan dollarıdır.
Hind-Çin Kommunist Partiyası
Hind-Çin Kommunist Partiyası (1929)
İkinci Hind-Çin müharibəsi
İkinci Hind-Çin müharibəsi — Vyetnam müharibəsi, Laosda vətəndaş müharibəsi və Kambocada vətəndaş müharibəsini özündə birləşdirən termin. Son ikisinin öz daxili səbəbləri var idi, lakin tədricən Vyetnamdakı döyüşlərlə az-çox əlaqəli olduqları ortaya çıxmışdır. ABŞ-nin dəstəyinə baxmayaraq, müharibə kommunist qüvvələrin xeyrinə başa çatmışdı. Kambocada qırmızı khmerlər hakimiyyətə gəlmiş, Laosda 1973-cü ildə Patet Lao qüvvələri Vyetyan razılaşmasına əsasən koalisiya hökumətinə daxil olmuş və 1975-ci ildə silahlı çevriliş edərək hakimiyyəti öz əllərinə almışdılar. Cənubi Vyetnam 1973-cü ildə Paris sülh razılaşmaları çərçivəsində ABŞ-nin dəstəyini itirmiş və 1975-ci ildə Şimali Vyetnam qüvvələri tərəfindən Sayqonun tutulması ilə məhv edilmişdir.
Hind-Çin Kommunist Partiyası (1930)
Hind-Çin Kommunist Partiyası (HÇKP; fr. Parti communiste indochinois, vyet. Đảng Cộng sản Đông Dương, khm. បក្សកុម្មុយនីស្តឥណ្ឌូចិន ,laos ອິນດູຈີນພັກກອມມູນິດ, çin. 印度支那共產黨) — 1930-cu ilin oktyabrında keçmiş Vyetnam Kommunist Partiyasından çevrilmiş siyasi partiya. Bu partiya 11 noyabr 1945-ci ildə özünü ləğv etmişdir. == Tarixi == Vyetnam Kommunist Partiyası 3 fevral 1930-cu ildə Hind-Çin Kommunist Partiyası (adına baxmayaraq, bu partiya yalnız Tonkində fəaliyyət göstərirdi) və Annam Kommunist Partiyasını (yalnız Koxinxinada fəaliyyət göstərir) birləşdirərək yaradılmışdır. Bundan sonra Hind-Çin Kommunist Liqası (yalnız Tonkində mərkəzində fəaliyyət göstərir) Vyetnam Kommunist Partiyasına qoşulmuşdur. Bununla belə, Komintern kommunist hərəkatının təkcə Vyetnamda deyil, bütün Fransa Hind-Çinində (Kamboca, Laos və Vyetnam daxil olmaqla) təşviq edilməli olduğunu müdafiə etmiş, buna görə də Vyetnam Kommunist Partiyasını özünü Hind-Çin Kommunist Partiyasına çevirməyə çağırmışdır. Kommunist İnternasionalı maliyyə yardımı müqabilində həm partiyanın siyasətinə, həm də onun rəhbərliyinin tərkibinə əhəmiyyətli dərəcədə nəzarət edirdi.Təşkilat 1946-cı ilin sonlarına doğru Kambocanın sərhədyanı ərazilərində Vyetnam sakinləri arasında yaradılmış inqilabi komitələr şəbəkəsindən ortaya çıxmışdır.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Han
Han — kişi adı.
Hil
Hil — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1800-cu ildə yaradılmışdır. == Toponimikası == Hil oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v-də kənd. Qusar maili düzənliyindədir. Bəzi tədqiqatçılara görə, oykonim özündə qədim Qafqaz Albaniyasında yaşamış gel tayfasının adını əks etdirir. XIX əsrdə Hiloba, Tulab, Köçərqaş, Tumalar, Tamuskən, Survanbəy, Xıdırbəy qazmaları, Gileykək, Əttək və s. obaların əraziləri bu kəndə məxsus olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5023 nəfər əhali yaşayır. == Tanınmış şəxsiyyətləri == Kərim Kərimov (riyaziyyatçı) - Qusar rayonunun Hil kəndində tam orta məktəbi professor Kərim Kərimov adını daşıyır.
Himn
Himn — dövlət rəmzlərindən biridir. İlk dəfə qədim Yunanıstanda yaradılıb. Bu gün bütün ölkələrin himni var. Azərbaycanın da 1991-ci ildən müstəqil olduğu vaxtdan himni var. Onun sözləri Əhməd Cavadın Musiqisi isə Üzeyir Hacıbəylinindir. Qeyd etmək lazımdır ki bizim himn 1918-ci ildə yaradılıb.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hiq
Hiq (Heris) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. Hiq (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Hir
Hir— İranın Ərdəbil ostanının Ərdəbil şəhristanının Hir bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,588 nəfər və 663 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hit
Hit — populyar mahnı, sinql, musiqi albomu. İdman olmayan oyunlarHit kompüter oyunlarında zərbənin loru dildə adı.AdlarHit — ingilis ad və soyadı Edvard Hit (1916—2005) — Böyük Britaniyanın Baş Naziri (1970—1974) Lecer Hit (1979—2008) — Avstraliyalı aktyorKompüter və internetHit (internet) — brauzerin veb-serverə müraciəti.
Hun
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
HIM
HIM - Finlandiya rok qrupu, 1991-ci ildə vokalist Ville Valo, gitarist Mikko Lindström ve basist Mikko Paananen tərəfindən qurulan Rock qrupudur. Qrupun orjinal adı “His Infernal Majesty-(Onun Cəhənnəm E’lahəzrəti)” idi, Ancaq qrupa gələn bəzi iradlara görə adlarını qısaldaraq "HIM" adlandırdılar.1991-ci ildə əsası qoyulmuş qrupun ilk üzvləri : Ville Valo (vokal), Linde Lindstorm (gitara), Mige Amour (bassist), Yuhana Rastala (baraban) idi. 1996-cı ilde Antto Melasnemi (klaviş) qrupa qoşuldu. Lakin 1998-ci ildə Antto qrupu tərk etti və onu Yussi Salminen əvəz etti. Qrup heyətində 1999-cı ildə yenidən dəyişiklik oldu, bu dəfə Yuhananı Qas Lipstik əvəz etti və qrup bu heyətlə öz fəaliyyətinə bu gün də davam etməkdədir. Qrupun bu günədək 7 studio albom buraxmışdır.HIM qrupu gothic metal/rock üslubunda fəaliyyət göstərir,musiqi və mahnı sözləri kədər,hüzn və ölümdən bəhs edilir.Bundan əlavə qrup üslub üçün tənqidlərə məruz qalmışdır. == Qrupun simvolu == Qrupun Heartagram adlı simvolu ürək və pentaqram simvollarının birləşməsindən meydana gəlir. HIM vokalist və qurucusu Ville Valoya görə heratagram eşq və ölümü ifadə edir.Bəzi adamlar Heartagramın satanizm simvolu kimi hesab edirlər.Amma Ville Valo bunu çox sərt şəkildə təkzib edir. == İlk vaxtlar == Qrup əslində kariyerasına Kiss, Type O Negative, Danzig, Black Sabbath və Depeche Mode kimi qrupları mahnılarını coverlayaraq başladı.HIM, 20 Noyabr 1997-ci ildə ilk studiya albomları olan Greatest Lovesongs Vol. 666ın Finlandiyada çıxartdılar.