Şerlok Holms muzeyi
Şerlok Holms muzeyi (ing. The Sherlock Holmes Museum) — Ser Artur Konan Doyl tərəfindən yaradılmış ədəbi personaj, əfsanəvi xəfiyyə Şerlok Holmsun Londonda ev muzeyi.
221b Beyker-strit adresi uzun illər ərzində Şerlok Holms ev muzeyi və National Abbey arasında mübahisə predmeti olmuşdur.
Artur Konan Doylun əsərlərinə əsasən Şerlok Holms və dostu Həkim Uatson Beyker-strit, 221b (221b, Baker street) ünvanında yerləşən evdə 1881, 1904-cü illərdə yaşamışlar. Əsərlərin yazıldığı zamanda Londonda belə ünvan mövcud deyildi. Beyker-stritin şimala doğru (19-cu əsrin axırında Upper Baker street adlı küçə yerləşən yerə) doğru uzadılması nəticəsində Abbey National tikinti cəmiyyəti tərəfindən binaya verilməsi nəticəsində bu nömrə 215 və 229 nömrələri arasında peyda oldu. Bu səbəbdən uzun illər ərzində Abbey National "221b Baker Street" ünvanına Şerlok Holmsun adına daima gələn məktublar və digər korrespendensiyanı ayırmaq üçün xüsusi vəzifəyə katib təyin etməli olurdular. Muzey yaradılan zaman qanuni əsasla Şerlok Holmsun, əslində nömərsi 239 olan, lazımı löhvəni asa bilmək üçün xüsusi "221b Baker Street" firması yaradılmışdır. Nəticədə ev rəsmi olaraq 221b, Baker Street, London, NW1 6XE, poçt ünvanını ala bildi və məktublar birbaşa muzeyə gəlməyə başladı.
Muzey Beyker-stritdə, London metrosunun eyni adlı stansiyasının yaxınlığında təxminən Beyker-strit küçəsinin Merilebon-roudun Ridjents-parkla birləçməsindən yarıyolda yerləşir.