Holm

der; -(e)s, -e 1. (e-r Axt) balta dəstəsi; 2. (Querbalken) uzununa yerləşən tir; 3. (bei Leiter) nərdivan payası; 4. (Flussinsel) adacıq
holländisch
Holocaust
OBASTAN VİKİ
Anthurium holm-nielsenii
Anthurium holm-nielsenii (lat. Anthurium holm-nielsenii) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Geranium holm-nielsenii
Geranium diffusum (lat. Geranium diffusum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü. Geranium diffusum var. genuinum Briq.
Benqt Holmström
Benqt Holmström (18 aprel 1949[…], Helsinki) — fin iqtisadçı. 2016-cı ildə Müqavilə nəzəriyyəsi ilə bağlı olan tədqiqatlarına görə Oliver Hartla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Təhsil və karyerası == Benqt Holmström Helsinki Universitetinin Riyaziyyat və Dəqiq elmlər fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Stenford Universitetində Əməliyyat tədqiqatları sahəsində magistr, 1978-ci ildə isə menecment sahəsi üzrə isə Robert R.Vilsonun elmi rəhbərliyində doktor elmi dərəcəsini almışdır. 1979–1982-ci illərdə Şimal-Qərb Universitetinin İdarə elmləri fakültəsində dosent olaraq işləmişdir. 1983–1994-cü illərdə Yel Universitetinin İdarə elmləri fakültəsində professor olaraq dərs keçmişdir. 1994-cü ildə Massaçusets Texnologiya İnstitutunda işləməyə başladı və 2003–2006-cı illər ərzində institutun İqtisadiyyat şöbəsinin rəhbəri oldu. Bundan başqa, 1999–2012-ci illərdə Nokianın idarə heyərinin üzvü olmuşdur. Benqt Holmström Əsl faktor nəzəriyyəsi ilə bağlı apardığı tədqiqatları ilə tanındı. Xüsusilə təşkilati idarələr içindəki maliyyə böhranlarında likvidlik problemləri üçün müraciət olunan təşviq edici Müqavilə nəzəriyyəsi ilə bağlı tədqiqatlar apardı.
Crataegus holmesiana
Crataegus holmesiana (lat. Crataegus holmesiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Holmium
Holmium (Ho) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 67-ci element. 1879-cu ildə İsveçrə kimyaçısı və fiziki Jan Lui Sore (1827–1890) spektral analiz üsulu ilə "erbium torpağında" yeni element aşkar etdi. Ona adı İsveç kimyaçısı Per Teodor Kleve Stokholmun şərəfinə (onun latınca qədim adı Holmia idi) verir, ona görə ki, Kleve özü İsveçin paytaxtı yaxınlığında tapılmış mineraldan 1879-cu ildə yeni elementin oksidini ayırmışdı.
Holmskioldia
Holmskioldia (lat. Holmskioldia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Holmskioldia sanguinea Retz.
Holmskioldia gigas
Karomia gigas (lat. Karomia gigas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin karomia cinsinə aid bitki növü.
Holmskioldia sanguinea
Holmskioldia sanguinea (lat. Holmskioldia sanguinea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin holmskioldia cinsinə aid bitki növü.
Lupinus holmgrenianus
Lupinus holmgrenianus (lat. Lupinus holmgrenianus) – paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Metyu Holman
Metyu C. Holman (Tam adı: ing. Matthew J. Holman; 1967, ABŞ) — Smitsonian Astrofizika Rəsədxanasının astrofiziki və Harvard Universitetinin müəllimi. Metyu Massaçusets Texnologiya İnstitutunun məzunudur: belə ki, məhz həmin institutda 1989-cu ildə riyaziyyat üzrə bakalavr, 1994-cü ildə isə planetologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 1998-ci ildə Nyukom Klivlend Mükafatına layiq görülüb. Timoti B. Spar vəzifədən getdikdən sonra 25 yanvar 2015-ci ildən Beynəlxalq Astronomiya İttifaqının Kiçik Planet Mərkəzinin direktorudur. Alyaska Senatına namizəd Co Millerlə Salina Mərkəzi Liseyində (Kanzas) eyni sinifdə oxumuş və debat komandasının üzvü olmuşdular. 3666 Holman asteroid qurşağı 1999-cu ildə onun şərəfinə belə adlandırılmışdır. 1999-2000-ci illərdə Holman Kiçik Planet Mərkəzi tərəfindən (44594) 1999 OX3 və (60621) 2000 FE8 kimi transneptun obyektləri kəşf edən və kəşfində iştirak edən astrofizik kimi tanınır. Metyu kentavrların aktiv tədqiqatçısıdır.
Palicourea holmgrenii
Palicourea holmgrenii (lat. Palicourea holmgrenii) — boyaqotukimilər fəsiləsinin palicourea cinsinə aid bitki növü.
Samuel Holmen
Samuel Holmen (28 iyun 1984, İsveç) — isveçli futbolçu. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.
Şerlok Holms
Şerlok Holms (ing. Sherlock Holmes) — Şotlandiyada anadan olmuş ingilis yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al-qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır, cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir. Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holms haqqında çəkilmiş ən yaxşı ekran əsəri kimi qiymətləndirilir.
Şerlok Holms muzeyi
Şerlok Holms muzeyi (ing. The Sherlock Holmes Museum) — Ser Artur Konan Doyl tərəfindən yaradılmış ədəbi personaj, əfsanəvi xəfiyyə Şerlok Holmsun Londonda ev muzeyi. 221b Beyker-strit adresi uzun illər ərzində Şerlok Holms ev muzeyi və National Abbey arasında mübahisə predmeti olmuşdur. Artur Konan Doylun əsərlərinə əsasən Şerlok Holms və dostu Həkim Uatson Beyker-strit, 221b (221b, Baker street) ünvanında yerləşən evdə 1881, 1904-cü illərdə yaşamışlar. Əsərlərin yazıldığı zamanda Londonda belə ünvan mövcud deyildi. Beyker-stritin şimala doğru (19-cu əsrin axırında Upper Baker street adlı küçə yerləşən yerə) doğru uzadılması nəticəsində Abbey National tikinti cəmiyyəti tərəfindən binaya verilməsi nəticəsində bu nömrə 215 və 229 nömrələri arasında peyda oldu. Bu səbəbdən uzun illər ərzində Abbey National "221b Baker Street" ünvanına Şerlok Holmsun adına daima gələn məktublar və digər korrespendensiyanı ayırmaq üçün xüsusi vəzifəyə katib təyin etməli olurdular. Muzey yaradılan zaman qanuni əsasla Şerlok Holmsun, əslində nömərsi 239 olan, lazımı löhvəni asa bilmək üçün xüsusi "221b Baker Street" firması yaradılmışdır. Nəticədə ev rəsmi olaraq 221b, Baker Street, London, NW1 6XE, poçt ünvanını ala bildi və məktublar birbaşa muzeyə gəlməyə başladı. Muzey Beyker-stritdə, London metrosunun eyni adlı stansiyasının yaxınlığında təxminən Beyker-strit küçəsinin Merilebon-roudun Ridjents-parkla birləçməsindən yarıyolda yerləşir.
Şerlok Holmz
Şerlok Holms (ing. Sherlock Holmes) — Şotlandiyada anadan olmuş ingilis yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al-qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır, cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878–1914-cü illərdəki fəaliyyətini əhatə edir. Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlarından biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib. Bunların sırasından keçmiş sovet kinomatoqrafçılarının çəkdiyi "Şerlok Holms və Doktor Uotsonun sərgüzəştləri" adlı teleserial Şerlok Holms haqqında çəkilmiş ən yaxşı ekran əsəri kimi qiymətləndirilir.
Holmbi-Hillz
Holmbi-Hillz (ing. Holmby Hills) — ABŞ-nin Kaliforniya ştatında, Los-Ancelesin qərb bölgəsində yerləşən məhəllə.
Şerlok Holms (dəqiqləşdirmə)
Şerlok Holms — Artur Konan Doyl tərəfindən yaradılmış uydurma xəfiyyə obrazı.