HUMAY

I
(Kəlbəcər)
qaza oxşar ağ rəngli quş. – Meşədə humay qərəvışdan az olur
II
(Göyçay)
ağ çit, humayın ağı
HULUMÇAX
HUR
OBASTAN VİKİ
Humay
Humay — qadın adı.
"Humay" mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Humay Qədimova
Humay Qədimova (26 aprel 1986, Bakı) — Azərbaycan musiqiçisi, görkəmli xanım tarzən, pedaqoq. == Həyat və yaradıcılığı == Humay Qədimova 26 aprel 1986-cı il Bakı şəhərində anadan olmuşdur. 1994–2001-ci illərdə Nizami rayonu 272 saylı orta məktəbdə, 1997–2001-ci illərdə S. Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbində tar ixtisası üzrə təhsil almışdır. Bu illərdə "Qönçə" müsabiqəsində iştirak etmiş və 2-ci yeri qazanmışdır. 2001–2005-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda təhsil almış, bu illərdə qızlardan ibarət muğam üçlüyü yaratmış və qısa zamanda bu üçlüklə bir çox dövlət və televiziya tədbirlərində iştirak etmişdir. Bununla bərabər təhsil aldığı illərdə respublika müsabiqəsinə hazırlaşmış və burada da 2-ci yerə layiq görülmüşdür. 2005–2009-cu illərdə Milli Konservatoriyada təhsil alaraq və buranı fərqlənmə diplomu ilə bitirmişdir. Bu illərdə artıq yaratdığı qızlardan ibarət muğam üçlüyü ilə bir çox ifaçılar ilə (Nəzakət Teymurova, Aygün Bayramova, Aygün Bəylər, Sevinc Sarıyeva, Almaz Orucova, Səkinə İsmayılova, Simarə İmanova, Tahirə Muradova, Aytən Məhərrəmova, Arzu Əliyeva) birgə çalışmış, əməkdaşlıq etmiş, dövlət tədbirlərində iştirak etmişdir. Onun 2008-ci ildəki ən uğurlu çıxışları arasında Türkiyə müğənnisi Tarkanla birgə Bakıda H. Əliyev Sarayında keçirilən konsertdə müşayiətini qeyd etmək olar. 2009-cu ildə isə Sərdar Ortaç ilə birgə H. Əliyev adına Respublika Sarayında konsertdə iştirak etmişdir.
Humay mükafatı
Humay mükafatı — 1993-cü ildən "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan və laureatları "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilən milli mükafat. Mükafatlar, əsasən, musiqi, kino, teatr, təsviri sənət, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm, idman, rəqs və foto nominasiyalarına görə təyin olunur.
"Humay" milli mükafatı

Aşağı Humay (Vərziqan)
Aşağı Humay (fars. هماي سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 205 nəfər yaşayır (46 ailə).
Humay 2008-2009
"Humay 2008-2009" mükafatının təqdimetmə mərasimi 2009-cu il aprelin 21-də keçirildi. Mükafatlar musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, el və foto nominasiyalarına görə təyin olunmuşdu. == Nominasiyalar == === Musiqi === Musiqi nominasiyasında qaliblər: Əlibaba Məmmədov (xalq artisti) - muğam sənətinin inkişafında xidmətlərinə görə. Nəzakət Teymurova (xalq artisti) - muğam ifaçılığında əldə etdiyi nailiyyətlərə görə. Zemfira Abdullayeva (musiqişünas) - bəstəkar Tofiq Quliyev haqqında yazdığı kitaba görə. Şəhla Həsənova (musiqişünas) - Musa Mirzəyev haqqında yazdığı monoqrafiyaya görə. Allahverdi Paşayev (Fikrət Əmirov adına xalq çalğı orkestrinin rəhbəri). Cavan Zeynallı (cazmen) - aktiv musiqi fəaliyyətinə görə. === Kino === Kino nominasiyasında qaliblər: Şamil Nəcəfzadə - "Qala" bədii filminə görə. Oqtay Mirqasımov (ssenarist-rejissor) - "Günaydın, mələyim" filminə görə === Teatr === Teatr nominasiyasında qaliblər: Nailə Kərimova (musiqişünas) - "Azərbaycan teatr musiqisinin XX əsr tarixi" elmi işinə görə.
Humay qayası nekropolu
Humay qayası nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndinə gedən yoldan yuxarıda, Nəbi yurdu və Qara pirdən aşağıda, "Humay qayası" dağının ətəyində, təpə üzərində yеrləşən nekropol. == Haqqında == Abidə bir tərəfdən dərin dərə ilə, digər tərəflərdən düzənlik sahələrlə əhatə оlunmuşdur. Sahəsi 1 hektara yaxındır. Nekropoldakı qəbirlərin üzü şərq istiqamətindədir. Qəbirlərin çоxu təbii aşınma nəticəsində dağılmışdır. Nekropolda aparılan araşdırma zamanı yerli əhalidən toplanılan etnoqrafik materiallardan da istifadə edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə vaxtı ilə nekropolun yaxınlığında "Kolluq" adlı yerdə tikili qalıqları olmuşdur. Orada müxtəlif dövrlərdə aparılmış təsərrüfat işləri nəticəsində divar qalıqları dağılmışdır. Bu abidə erkən orta əsrlər dövrünə aiddir.
Yuxarı Humay (Vərziqan)
Yuxarı Humay (fars. هماي عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (23 ailə).
Humayın Yuxusu (1985)
== Məzmun == Film oyuncaqları ilə pis rəftar edən Humay haqqındadır. Ancaq sən demə, oyuncaqların da canı varmış. Onlar da küsüb üz döndərə bilərmiş. Bunu başa düşən Humay yuxusundan ayılandan sonra öz pis xasiyyətindən əl çəkir. Multiplikasiya filmi uşaqlara ətrafındakılara məhəbbətlə, qayğıyla, həssaslıqla yanaşmağı öyrədir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Elçin Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Elçin Axundov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Mahnının mətni: Eldar Baxış Mahnı ifa edən: Flora Kərimova Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Vahid Talıbov, Arifə Hatəmi, Firəngiz Qurbanova (sonuncu şəxs titrlərdə yoxdur) Rəssam: Hüseyn Cavid İsmayılov Montaj edən: Nisə Hacıyeva Redaktor: Ramiz Rövşən (R.Əliyev kimi) Direktor: Faiq Abdullayev === Filmi səsləndirənlər === Eldəniz Rəsulov — top (titrlərdə yoxdur) Nuriyyə Əhmədova — karandaş (titrlərdə yoxdur) Həmidə Ömərova — Humay (Titrlerde yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Humayın yuxusu (film, 1985)

Xətt-i Humayun
Xətt-i humayun və yaxud da yazılı əmrlər, (Osmanlı dilində: خط همايون) Osmanlı sultanlarının mühüm məsələlər haqqında şəxsən özlərinin yazdıqları və ya qeydlər apardıqları fərmanlara verilən ümumi addır. Osmanlı dövlətinin dövlət strukturunda ən mühüm yazılı əmrlər hesab olunan xətt-i humayunlar (yazılı əmrlər) Osmanlı sülaləsinin simvolu sayılan qırmızı rəngli çantalarda daşınar, üç dəfə öpülərək başa qoyulduqdan sonra açılaraq oxunardı. Bu fərmanlar Osmanlı sultanları tərəfindən şəxsən yazılmış olsalarda, lakin onların saray məmuru tərəfindən surəti köçürülmüş olan bir nüsxəsi də olurdu. Onlar əsasən sultana, baş vəzir və ya Osmanlı dövlətinin başqa yüksək rütbəli məmuru tərəfindən verilmiş bir sənədə cavab olaraq yazılırdılar. Məhz buna görə də, bir ərizənin, məktubun təsdiq edilməsi və ya rədd edilməsi, hesabatın təsdiq edilməsi, sorğuya icazənin verilməsi, verilmiş fərmanla bağlı yaranmış hər hansısa bir məsələyə aydınlıq gətirilməsi və bu kimi digər dövlət sənədlərinə cavab olaraq yazılırdılar. Xətt-i Humayunlar bəzən mövcud bir sənədə cavab olaraq deyil, sıfırdan da yaradıla bilərdilər. Osmanlı imperiyasını modernləşdirməyi hədəfləyən Tənzimat islahatından (1839) sonra rutin tipli xətt-i humayunlar sultanın şifahi cavabının sənəddə qeyd edildiyi vəsiyyət-i səniyye tətbiqi ilə əvəz olunmağa başlanmışdır. İstanbulda yerləşən Osmanlı arxivlərində təxminən 100.000 belə sənəd mövcuddur. Ən məşhur xətt-i humayunlar arasında Tənzimat Fərmanı (1839) və İslahat Fərmanı (1856) yer alır. “Xətt-i humayun” ifadəsi bəzən ədəbi mənada, yəni Osmanlı sultanı tərəfindən şəxsən yazılmış olan sənəd mənasında da işlənə bilər.

Значение слова в других словарях