Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli Əsğər Əli oğlu
Əli Əsğər Hüseyn oğlu Əlinin (ərəb. علی الاصغر بن علی بن الحسین زین العابدین‎) ən kiçik oğlu. anasının adı Ümmü Vələd olan seyid Əli Əsğər tarix kitablarının dediyinə görə şərəfli, kərmətlərə sahib, yüksək əxlaqlı və alim bir insanidi.İmam Səccad onu öz qardaşı olan Əli adı ilə adlandırıbdır. Əli Əsğərin ləqəbi Əbülhəsəndir (Həsən atası) ki, onun nəsli oğlu Həsən Əftəs yolu ilə davam tapıb. == Övladları == Həsən Əftəsin oğlanları Ömər, Əli Əlhuri, Hüseyn, Həsən Məkfuf və Obeydullahdırlar ki Bərməkilər əliylə şəhid olmuşlar. === Törəməsi === Ələvi Misri duası Seyid Həsən Baba Seyid Əli Mir Qılınc Seyid Hüseyn Kuhkəməri Seyid Məhəmməd Höccət Kuhkəməri Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai Nəzərəli xan Mərəndi Əlirza xan Yekani == Vəfatı == Əli Əsğər 30 yaşında oğlu Həsən anası qarnında olarkən Ərəbistanın Yənbə şəhərində vəfat etmişdir.
Akif Əli
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–2019). Əməkdar jurnalist, 2-ci dərəcə Dövlət müşaviri. == Həyatı == ƏLİ Akif Əli oğlu — 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası – hüquqşünas Əli Məhərrəmov (1924–1977) uzun illər respublikanın prokurorluq və məhkəmə sistemində çalışıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olub. Anası – Şəhla Məhərrəmova (1928–2008) evdar qadın olub. Akif ƏLİ Bakı ş. 16 №-li orta məktəbi (1970), M. F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), "Azərbaycanfilm" k/st nəzdində Kinoaktyorluq kurlarını (1974) və Bakı Ali Partiya Məktəbini (1989) bitirib. == Yaradıcılıq fəaliyyəti == Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin Dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə "Azərbaycanfilm"də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən "1001-ci qastrol" filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda yaddaqalan obrazlar yaradıb: Rüstəm — "Uzun müharibədə qısa görüşlər" ("Tacikfilm" — "Lenfilm"), Tapdıq — "Tütək səsi", Fazil müəllim — "Arxadan vurulan zərbə", Məmməd — "Əgər biz biryerdəyiksə" ("Azərbaycanfilm"); və b.
Aşıq Əli
Aşıq Əli İmamquliyev
Bürhan Əli
Bürhan Əli (Bakı – 1549, Bakı) — Şirvanşahlar taxtına iddiaçı şahzadə. == Hakimiyyət üçün mübarizə == Şahruxun əmisi oğlu Bürhanəddin uzun müddət Dağıstanda qaytaqlı qohumlarının yanında qaldıqdan sonra böyük qoşun toplayaraq 1544-cü ildə Əlqas mirzə Səfəvi ilə mübarizə aparmaq üçün Şirvana doğru hərəkət etmişdi. Lakin Əlqas Mirzə onu məğlub edərək Osmanlıya mühacirət etməsinə səbəb oldu. Bürhan Əlinin köməyilə öz düşməni Səfəvilərlə mübarizə aparmağa və Şirvanı tutmağa ümid edən sultan onu böyük ehtiramla qarşıladı. Sultan Süleyman ona silahlı qüvvə verdi. Lakin Bürhanəli Şirvana yaxınlaşarkən bəylərbəyinin böyük orduya malik olması haqda xəbər aldı. Buna görə də, o, sultanın qoşunlarını Osmanlıya qaytardı, özü isə Dağıstana gedərək Şirvana yenidən yürüş etmək üçün məqam gözləməyə başladı. 1548-ci ildə Sultan Süleyman Qanuni böyük ordu ilə Azərbaycana, I Təhmasibin üzərinə yürüş etdi. Təhmasib ölkənin içərilərinə çəkildi. Bürhanəli Dağıstandan hərəkət edərək sultan qoşunları ilə birləşdirdi.
Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis. == Həyatı == Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb.
Dev Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Div Əli
Dev Əli – Malazgird döyüşündən sonra Anadoluya köçüb, bu bölgəyə yerləşən türkmən obasının rəisi olaraq bilinir. == Həyatı == Kayseri ilinə bağlı olan Devəli ilçəsinin adı Dev Əlidən qaynaqlanmaqdadır. Türbəsi bu ilçənin Yuxarı Devəli məhəlləsində yerləşir. Sultan Alparslanın qohumu olduğu bilinən Dev Əlinin soyundan gələnlər Devəlioğlu olaraq adlandırılmışdır. Əfsanəyə görə, Dev Əli adı ilə Xıdırellezdən Qala dağına atlanmağı düşünmüş və atlanarkən atınınayaq izləri dağda qalmışdır. Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuzların Qınıq boyundan olmuşdur.
Fəxrəddin Əli
Fəxrəddin Əli Vəli oğlu (10 may 1938, Nüvədi, Meğri rayonu – 8 fevral 2022, Bakı) — Əlyazmalar İnstitutunun baş rəssamı, miniatür sənətinin peşəkar davamçısı, Əməkdar rəssam. == Həyatı == Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 8 fevral 2022-ci ildə axşam saatlarında vəfat edib. == Rəssamlıq fəaliyyəti == 1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b.
Hz. Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həsən Əli
Həsənəli — Azərbaycanda kişi adı. Bu adı olan tanınmış insanlarHəsənəli Qaraqoyunlu — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğlu. Həsənəli xan Ziyadlı-Qacar — İrəvan xanı Həsənəli bəy Əsgərxanov — şair, polis pristavı, "Georgi" xaçı kavaleri. Həsənəli bəy Vəlibəyov — Qarabağda quberniya katibi, dövlət məmuru. Həsənəli xan Qaradaği — görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq.
Həzrət Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 28 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Kürd Əli
Kürdalı, Kürd Əli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Abaran çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid türkcə mənbədə Kürd Əli, lakin həmin vaxta aid ermənicə mənbədə Kurdali kimidir. Kəndin adı ya Əli adlı bir kürd (feodalın), ya da "Kürd eli", yə’ni "Kürd tayfası" mə’nasındadır. == Əhalisi == Kənddə 1873-cü ildə 132 nəfər, 1886-cı ildə 102 nəfər, 1897-ci ildə 143 nəfər, 1908-ci ildə 135 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 249 nəfər, 1918-ci ildə 135 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Leyla Əli
Leyla Əli (30 dekabr 1977) — təqaüdçü Amerikalı peşəkar boksçudur. O, Məhəmməd Əli, əfsanəvi Amerika boksçusunun üçüncü həyat yoldaşı Veronika Porş Əlidən qızıdır. == Həyatı == == İstinadlar == == Qaynaqlar == http://www.eastsideboxing.com/news.php?p=522&more=1 http://forums.doghouseboxing.com/lofiversion/index.php/t112741.html Arxivləşdirilib 2011-07-25 at the Wayback Machine http://www.womenboxing.com/news062204commentsaliwolfe.htm Arxivləşdirilib 2006-11-12 at the Wayback Machine http://www.wban.org/biog/awolfe.htm Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine http://www.talkingboxing.com/interviews/2005/vondawardinterview.html http://www.imdb.com/name/nm0000738/bio http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine http://proxy.mbc.edu:2380/hottopics/lnacademic/? http://proxy.mbc.edu:2572/entry/blackfirsts/boxing http://www.amazon.com/REACH-FINDING-STRENGTH-SPIRIT-PERSONAL/dp/0786887362 NetGlimse.com (2009). Laila Ali — Biography . Retrieved October 8, 2010 from http://www.netglimse.com/celebs/pages/laila_ali/index.shtml Arxivləşdirilib 2010-11-18 at the Wayback Machine CBS Interactive (2010). Laila Ali FOLLOWS BOXING CAREER OF LEGENDARY FATHER MUHAMMAD ALI. Retrieved October 10, 2010 from http://findarticles.com/p/articles/mi_m1355/is_21_95/ai_54727854/ Arxivləşdirilib 2012-01-20 at the Wayback Machine Andrew Rooney. (2003). Years of Minutes. New York: Essay Productions.
Mirzə Əli
Mirzə Əli (rəssam)
Məhəmməd Əli
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Pir Əli
Pirəli (Urmiya)
Qabar Əli
Qabarəli - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. == Tarixi == 1830-cu ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Əsli Kabar eli yə'ni Kabar tayfası. == Toponimi == Mənşəcə Xəzərlərin Kabar (Kəbər) tayfasının adını əks etdirir. Azərbaycanda Kəbirli və Kəlbəcər rayonunda Havarlı (Qabarlıdan təhrif) kənd adları ilə mənşəcə eynidir.
Qara Əli
Qara Əli (türk. Kara Ali) — Osmanlı İmperiyasında yaşamış ən məşhur cəllad. Qara Əlinin yeniyetməlik və gənclik illəri haqqında məlumat yoxdur. XVII əsrin ortalarında yaşadığı və dövrünün ən məşhur cəlladı olduğu məlumdur. Qara Əli özündən əvvəl Osmanlı İmperiyasında cəlladbaşı olmuş cəllad Süleymanın yanında şagird vəzifəsində çalışmışdır. Həmin dövrdə yaşamış cəlladlar bir qayda olaraq qaraçılardan seçilirdi. Qara Əlinin də əslən qaraçı olduğu ehtimal edilir. Qara Əlinin görünüşü haqqında osmanlı mənbələridə bir sıra qeydlər vardır. Onun iri bədənli olduğu söylənilir. Edam zamanı istifadə etdiyi alətləri üstündə gəzirdiyi və Osmanlı sarayında xidmətçilərin görkəminə görə ondan qorxduqları qeyd edilmişdir.
Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr Azərbaycan şairi, "Qisseyi-Yusif" dastanının müəllifi. == Həyatı == Təkcə Nizaminin müasiri olduğu bilinən bu böyük şairin həyatı, hansı bölgədə doğulması barədə tarixdə heç bir məlumat yoxdur. Təxəllüsünün Qul olmasını isə belə izah etmək olar: "O, özünü xalqın qulu hesab edib. Əslində bütün orta əsr şairləri şeirlərində özlərinə təvazökarlıqla "qul"- deyə müraciət ediblər". == Yaradıcılığı == Qul Əli "Qisseyi-Yusif" dastanını (Yusif dastanı) 1212-ci ildə tamamlamışdır. Şərqdə "Yusif və Züleyxa" dastanı kimi məşhur olan bu mövzunu türk aləmində ilk dəfə o, qələmə almışdır. == Əsərləri == Qul Əli. Qisseyi-Yusif. Bakı, "Şərq-Qərb", 2005.
Qurban Əli
Qurban Əli (bilinmir – 1550, Nargin adası, Abşeron rayonu) — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Abdulla xan tezliklə Şirvanlıların yeni bir üsyanını yatırmalı oldu. Şirvan zadəganları Mehrabın qohumu Qurbanəlinin başçılığı ilə üsyan qaldıraraq, Xəzər dənizi adalarından birindəki Derov kəndinə qaçdılar. Abdulla xan çoxlu qızılbaş döyüşçüsü ilə üzərək adaya çatmış, onlara hücum edərək Qurbanəlinin və üsyançıların əksəriyyətini öldürmüş, onların mallarını ələ keçirib Şamaxıya qayıtmışdır.
Səbahəddin Əli
Səbahəddin Əli (d. 25 fevral, 1907 – ö. 2 aprel, 1948) — Türkiyə şairi və yazıçısı. == Həyatı == Səbahəddin Əli (1907-1948) Türkiyədə olduğu kimi, bizdə də ilk əvvəl hekayə və roman yazarı kimi tanınır. Əslində, ədibin həyatı və yaradıcılığı, haqqında daha çox söz deməyə imkan verir. Hazırda Bolqarıstan ərazisində qalan Eğridere qəsəbəsində əsgər ailəsində anadan olub. Atası ilə Çanaqqala döyüşü zamanı Edremitə köçür. Burada 1918-1921 illəri arası ibtidai təhsil alır. Atası yunan işğalı dövrü burada ticarətlə məşgul olur. Gənc yaşında içinə düşdüyü bu Anadolu kənd və qəsəbələri ilk romanı Kuyucaklı Yusif üçün qaynaq olur.
Səhranın əli
Səhranın əli (isp. Mano del desierto) — Antofaqasta bölgəsində (Çili) Pan-Amerika magistralının 5-ci şossesindən 400 metr məsafədə, Atakama səhrasında heykəldir. Heykəl insanın sol ovcunun sanki torpaqdan çıxmış vəziyyətini əks etdirir. Heykəlin hündürlüyü 11 metrdir. Müəllifi çilili Mario İrarrasabaldır. Müəllifin fikrində onun əsəri insan haqsızlığını, tənhalığını, dərd və əzabını və belə nəzərə çarpan ölçüdə olası — acizliyi və köməksizliyi ifadə etməlidir. Tikinti materialı polad karkasüzərində betondur. Açılış 1992-ci il martın 28-də baş tutmuşdur. Heykəl çəkilişlər üçün məşhur yerdir və bir çox reklam roliklərində və musiqi kliplərində çəkilib. "Əl" tez-tez qraffiti ilə boyanır, buna görə də səlahiyyətlilər onu müntəzəm olaraq təmizləyirlər, xüsusən də 2013-cü ildə Ümumdünya Turizm Gününün qeyd edilməsi çərçivəsində Antofaqastanın səlahiyyətliləri və ölkənin Turizm Nazirliyi 20 könüllünün köməyi ilə onun təmizlənməsini təşkil etdilər.
Tariq Əli
Tariq Əli (urdu طارق علی; ing. Tariq Ali; 21 oktyabr 1943, Lahor, Pəncab[d], Britaniya Hindistanı) — İngilis-Pakistanlı yazıçı, tarixçi, publisist, kinorejissor, ssenari müəllifi, solçu trotskizm ictimai xadim, «New Left Review»un redaksiya heyətinin üzvü «The Guardian», «CounterPunch» и «London Review of Books» üçün müntəzəm olaraq yazır. Məşhur "Sivilizasiyaların Çatışması" (2002), "Babildə Bush" (2003), "Eduard Səid ilə Söhbətlər" (2005), "Karib Dəniz Quldurları:" Ümid oxu "(2006) və bir çox kitabın müəllifi.
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov (film)
"Alqışlar ən böyük mükafatımdır". Əli Zeynalov — qısametrajlı, sənədli televiziya filmi. Rejissor Salar Aslanov tərəfindən çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalq artisti, görkəmli aktyor Əli Zeynalov haqqındadır. == Məzmun == Film Azərbaycan xalq artisti, aktyor, Əli Zeynalovun həyat və yaradıcılığından bəhs edir.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Abbas ibn Əli
Abbas ibn Əli, Əbəlfəzl Abbas (ərəb. العباس بن علي‎) ( 4 Şaban 26 AH – 10 Məhərrəm 61 AH; təqribən 15 may 647 – 10 oktyabr 680) Əhli beytin ə.s. üzvü, səhabə Həzrət Əlinin və Ümmül Bənin (oğulların anası) Fatimə binti Hişamın oğlu. Abbas ibn Əli tarixdə daha çox, qardaşı Hüseyn ibn Əliyə qarşı loyallığı ilə, onun Əhli-Beytə sevgisi və Kərbəla döyüşündəki rolu ilə daha çox yadda qalıb. O, Ərəbistanda atası Əli ibn Əbu Talib kimi şücaətli qəhrəman kimi tanınmışdır.
Abdul Vahab Əli
Abdul Vahab Əli (7 iyul 1958) — İraqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Abdul Vahab Əli İraqı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi:"Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm".Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü. Onun iyirmi beş yaşı var idi.
Adallo Əliyev
Adallo Əliyev (avar. Гӏалиязул Гӏадалло Мухӏаммадил вас; 15 fevral 1932 – 30 avqust 2015, Mahaçqala) — Avar şairi, yazıçı, publisist, Şamil Basayevin İçkeriya və Dağıstan xalqları qurultayında müavinlərindən biri. == Bioqrafiya == Avar şeirinin klassiki və Dağıstanda mövcud siyasi sistemin ən sərt tənqidçilərindən biri, dağıstanlıların millətçilikdən və İslamdan kənarlaşdırılması istiqamətində bir kurs aparan şəxs. Kaxib orta məktəbini bitirdikdən sonra (1949) Dağıstan Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olur. Doğulduğu kənddə ibtidai sinif müəllimi işləyir. O, ağır bədən xəsarəti yerinə yetirmək ittihamı ilə 5 il həbs cəzasına məhkum edilir. Amnistiya ilə (Stalinin ölümü ilə əlaqədar) tezliklə sərbəst buraxılır. Məktəb yaşında şeir yazır və dərc olunmağa başlayır. Respublika "Baqlarab bayrax" ("Qırmızı Bayraq") qəzetində işləməyə dəvət edilir. 1957-ci ildə Maksim Qorki adın Ədəbiyyat İnstitutuna daxil olur.
Adcoş Əliyeva
Аdcoş İbrahim qızı Əliyeva (25 mart 1922, Çobankərə, Eçmiədzin qəzası – 23 mart 1996, Culfa rayonu, Naxçıvan Muxtar Respublikası) — aqronom, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1964), Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyat və əmək fəaliyyəti == Аdcoş Əliyeva 25 mart 1922-cü ildə İrəvan quberniyasının İrəvan qəzasının (indiki Ermənistan) Çobankərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1947–1973-cü illərdə Ermənistan SSR-in Oktemberyan rayonundakı Sovetakan kolxozunda və Naxçıvan MSSR-in Naxçıvan rayonundakı Y.Cabbarov adına kolxozda manqabaşçısı işləmiş, 1973-cü ildən indiki Babək rayonundakı tərəvəzçilik-südçülük sovxozunda manqabaşçısı olmuşdur. 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni və "Şərəf nişanı" ordeniləri ilə təltif olunmuşdur. Аdcoş Əliyeva 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Adəm Əliyev
Adəm İlqar oğlu Əliyev (19 noyabr 2000, Ağdam rayonu – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Adəm Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailəsi ilə birgə Kürdəmirə köçüb. Tofiq İsmayılov adına 1-saylı tam orta məktəbdə təhsil alıb. Kinqboks və karate ilə məşğul olub. 2019-cu ildə Bakıda əczaçılıq kursunu bitirib. == Hərbi xidməti == Adəm Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Gəncədə yerləşən "N"-saylı hərbi hissədə sonra isə Daşkəsəndə xidmət edib. Hərbi xidməti bitdikdən sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Adəm Əliyev 2020-ci ilin avqust ayından Daşkəsən rayonu Xoşbulaq kəndindəki "N"-saylı hərbi hissədə MAHXHQ kimi xidmətə davam edib.
Aleksandr Əliyev
Aleksandr Əliyev () — çeçen köklü ukraynalı futbolçu.
Aleksandr Əliyev (futbolçu)
Alı Əliyev
Alı Allahverən oğlu Əliyev (1922, İkinci Şıxlı – 1998, Bakı) — alim, tarix elmləri doktoru, professor, Azərb. Kp MK yanında olan Bakı Ali Partiya Məktəbində rektorun tədris və elmi hissə üzrə müavini (1956–1961), İnşaat Mühəndisləri Universitetində Tarix kafedrasının müdiri (1957-ci ildən). "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir. == Həyatı və elmi fəaliyyəti == Alı Əliyev 1922-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1939-cu ildə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. İkinci dünya müharibəsində (1941–1945) iştirak etmişdir. "Qırmızı Ulduz" (2 dəfə), "Vətən müharibəsi" (2 dəfə) ordenləri ilə, bir çox medallarla təltif edilmişdir.1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işə qəbul olunmuşdur. 1954-cü ildə Sov. İKP MK nəzdində olan olan İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmiş, namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır.
Aləmzər Əlizadə
Aləmzər Əlizadə Məmməd qızı (4 sentyabr 1950, Gəncə, Azərbaycan) — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. İlk yazısı 1967-ci ildə "Pioner" qazetində dərc olunub. AYB Gəncə bölməsində 1989-cu ildən bu günədək məsləhətçi işləyir. 1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıcılar Birliyinin (Keçmiş SSRİ Yazıçılar İttifaqı) üzvüdür. 1987-ci ildə "İlin ən yaxşı uşaq kitabı" müsabiqəsində mükafata görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbaycan Yazıcılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir. 2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən "Yaxşı bax kitabına" adlı sənədli film çəkib və nümayiş olunub.
Amid Əliyev
Amid İbrahim oğlu Əliyev (3 dekabr 1999, Çaylı, Biləsuvar rayonu – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amid Əliyev 1999-cu il dekabrın 3-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 2005-2016-cı illərdə Çaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Əliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. O, 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amid Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Anna Əlimərdanova
Anna Əlimərdanova (6 may 1991) — Azərbaycanı təmsil edən qadın boksçu. == Karyerası == Anna Əlimərdanova 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva ilə üz-üzə gəldi və rəqibinə 0:2 hesabı ilə məğlub oldu.Daha sonra Anna Əlimərdanova 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Əlimərdanova 1/16 final mərhələsində Meksika nümayəndəsi Denia Sosaya (3:0), 1/8 final mərhələsində isə İrlandiya təmsilçisi Miçaela Valşa (2:0) qalib gəlsə də, 1/4 final mərhələsində Türkiyə nümayəndəsi Ayşe Taşa məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anna Əlimərdanova, turnirin 1/4 final mərhələsində Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya qalib gəlsə də (3:0), 1/2 final mərhələsində Rusiya təmsilçisi Yelena Savelevaya məğlub oldu (0:3) və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Anna İvanovna Əlimərdanova "Tərəqqi" medalı ilə təltif edildi.Anna Əlimərdanova 2016-cı ilin 18-28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Əlimərdanova 1/16 final mərhələsində ABŞ nümayəndəsi Virciniya Fuşa qalib gəlsə də (2:0), 1/4 final mərhələsində Birləşmiş Krallıq təmsilçisi Nicola Adamsa məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.Daha sonra Anna Əlimərdanova 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Əlimərdanova 1/8 final mərhələsində Belarus nümayəndəsi Qalina Bruyeviçi 3:0, 1/4 final mərhələsində İsveç təmsilçisi Helena Envalı 3:0, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Delfine Mancinini 3:0 hesabı ilə məğlub elədi və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Bolqarıstan nümayəndəsi Stanimira Petrovaya 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatının gümüş medalına sahib oldu.
Aqşin Əlizadə
Aqşin Əliqulu oğlu Əlizadə (22 may 1937, Bakı – 3 may 2014, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR xalq artisti (1987), professor (1990), Azərbaycan SSR dövlət mükafatı laureatı (1978). == Həyatı == Aqşin Əliqulu oğlu Əlizadə 22 may 1937-ci ildə Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib (1962). Aqşin Əliqulu oğlu Əlizadə 3 may 2014-cü ildə vəfat etmişdir.Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bikə xanımın oğludur. Bəstəkar Əli Əlizadənin atasıdır. == Fəaliyyəti == Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır. Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qafqaza səyahət" baleti, "Ümid valsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.
Aqşin Əlizadə (film, 2011)
Aqşin Əlizadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2011-ci ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadə haqqındadır. == Məzmun == Film Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq Artisti Aqşin Əlizadədən bəhs edir.
Arzu Əliyev
Əliyev Arzu Yaqub oğlu — Qarabağ müharibəsi şəhidi, ilk Oğuz şəhidi. == Həyatı == Əliyev Arzu Yaqub oğlu 1963-cü ilin avqust ayında Oğuz rayonu Padar (Oğuz) kəndində anadan olub. 1980-ci ildə həmin kəndin orta məktəbini bitirib, Bakı Xüsusi Orta Milis Məktəbində təhsil alıb. Əvvəlcə Sumqayıtda, sonra Şəkidə xidmət edib. 1990-cı ilin dekabrında Şəki daxili işlər şöbəsinin bir qrup əməkdaşı ilə birlikdə düşmən hücumunun qarşısının alınması məqsədilə döyüşlərə qatılıb15 dekabr 1990-cı ildə Əsgəran rayonunun Cəmilli kəndi ətrafında baş vermiş döyüşlərdə şəhid olub. == Təltifləri == Oğuz rayonu Padar (Oğuz) kəndi tam orta məktəbi Arzu Əliyev adını daşıyır.
Arzu Əliyev (şəhid)
Arzu Yaqub oğlu Əliyev (1963, Padar, Vartaşen rayonu – 15 dekabr 1990, Cəmilli) — Qarabağ müharibəsində Oğuz rayonunun ilk şəhidi. == Həyatı == Arzu Əliyev 1963-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkan polis məktəbində təhsil almışdır. Padar kənd orta məktəbini bitirdikdən sonra Mərdəkandakı polis məktəbinə daxil olmuşdur. Burada təhsilini başa vurmuş, bir müddət Bakı və Sumqayıt şəhərlərinin polis şöbələrində çalışmışdır. Daha sonra Şəki şəhər milis şöbəsində işləməyə başlamışdır. == Hərbi xidməti == === Qarabağ müharibəsində iştirakı === 1990-cı ilin dekabrında Arzu Əliyev Şəki Daxili İşlər şöbəsindən Əsgəran rayonunun Cəmilli kəndinə göndərilmişdir. Yoldaşları ilə birgə bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Dekabrın 15-də Cəmilli kəndindən Şuşanın Kosalar kəndinə doğru hərəkət edərkən yolun İstisu deyilən ərazisində pusquda duran ermənilər onları qəfil atəşə tutmuş, cəsur el oğlumuzla birlikdə yeddi döyüş yoldaşı da şəhid olmuşdur. Onun döyüş yoldaşlarından biri əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov idi.
Arzu Əliyeva
Arzu İlham qızı Əliyeva (23 yanvar 1989, Bakı) — film prodüseri. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı. == Həyatı == 23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1995–2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb. Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən Azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub.9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin təqdimat mərasimi keçirilib.22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib. === Ailəsi === Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin nəvəsidir.
Arzuxan Əlizadə
Arzuxan Əlizadə (18 mart 1965, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının V sədri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü. == Həyatı == Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib. 1983–1985-ci — ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub. 1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib. 1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub. 1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib. 2001–2006-cı illərdə Azərbaycan Beynəlxalq Universitetinin "Dövlət hüququ" kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq "Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları" mövzusunda namizədlik üzərində işləmişdir.
Atəm Əliyev
Atəm Vaqif oğlu Əliyev (16 dekabr 1982, Abad, Ağdaş rayonu – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Atəm Əliyev 1982-ci il dekabrın 16-da Ağdaş rayonunun Abad kəndində anadan olub. Ailəli idi. 1989-1996-cı illərdə Abad kənd tam orta məktəbində, 1996-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Atəm Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Atəm Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 24-də Ağdaş rayonunun Abad kəndində dəfn olunub.
Avar əlifbası
Avar əlifbası — avar dilində yazı üçün istifadə olunan əlifba. Mövcud olduğu müddətdə müxtəlif qrafik əsaslarda fəaliyyət göstərmiş və dəfələrlə islahatlar aparılmışdır. Hazırda avar yazısı kiril əlifbasındadır. Avar yazı tarixində aşağıdakı mərhələlərə bölünür: XV əsrdən 1928-ci ilə qədər — ərəb əlifbası əsasında yazı; 1860–1910-cu illər — kiril əlifbasına əsaslanan yazı (ərəblə paralel); 1928–1938-ci illər — latın əsasında yazı; 1938-ci ildən — kiril əlifbasına əsaslanan müasir yazı. == Ərəb qrafikası == Avar yazısının ən qədim abidələri Dağıstanın Xunzax rayonunda aşkar edilmiş daş xaç və lövhələr üzərində üç gürcü — avar ikidillidir. Bu yazılar gürcü qrafikası ilə yazılmışdır. Onlardan birini 1940-cı ildə akademik A. S. Çikobava, digərini Xunzax kəndindən olan T. E. Qudava, üçüncünü Qotsatl kəndindən olan K. Ş. Mikaylov deşifrə etmişlər. Bu yazılar 12–14-cü əsrlərə aiddir . İslam dini Dağıstanda yayıldıqdan sonra ərəb yazısı da onunla birlikdə nüfuz edir. Ərəb qrafikası əsasında avar yazısının ən qədim abidəsi Qunib rayonunun Koroda kəndində 13–14-cü əsrlərə aid olan kitabədir.
Aydın Əlibalayev
== Aktyor == == Həyatı == A. Əlibalayev 1975-ci ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyorudur. Orta təhsillidir. A. Əlibalayev 31 ildir ki, fasiləsiz olaraq işləyir. Bu illər ərzində müxtəlif səpgili 200ğ yaxın obraz yaratmışdır. Yüksək templi səsə və plastikaya malikdir. Oynadığı rollardan bəziləri: G. Xudayev "Arvadımın əri" – Kazbek, Şekspir "Kral Lir" – Kent, S. Rəhman "Aşnalar" – Qənbər, Anar "Adamın adamı" -Mərd Mazarov, İ. Coşqun "Komsomol poeması" -S. Vurğun, Hidayət "Məni qınamayın" -Salahov və sairə. Kollektivlə birlikdə Kubada, Moskvada, Qazanda, Yoşkar-Olada, Daşkənddə qastrol səfərlərində iştirak etmişdir. Dəfələrlə pul mükafatı almış və fəxri-fərmanlarla təltif olunmuşdur. Salahov roluna görə A. Əlibalayev 2001-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Aydın Əliyev
Aydın Əliyev (aktyor) — Azərbaycan aktyoru. Aydın Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi. Aydın Əliyev (general-polkovnik) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri.
Aydın Əliyev (aktyor)
Aydın Allahverdi oğlu Əliyev (14 mart 1955, Arazdəyən, Vedi rayonu) — Azərbaycan aktyoru. == Həyatı == Aydın Allahverdi oğlu Əliyev 14 mart 1955-ci ildə anadan olub. M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb. İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib. == Fəaliyyəti == Hələ texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir. 1975–1982-ci illərdə İrəvan Teatrında, 1982–1986-cı illərdə Şəki Dövlət Dram Teatrında, 1986–1992-ci illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.1993-cü ildən Bakı Bələdiyyə Teatrında repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır. Kinoda 20-dən çox obraz yaradıb. == Ad və mükafat == Azərbaycan Respublikasının Əməkdar Artisti (2002) "Tərəqqi" medalı (25 iyun 2013) == Teatr səhnəsindəki rolları == İrəvan Dövlət Dram Teatrı Ş.Ələsgərov "Ulduz" — Müxbir M.F.Axundzadə "Sərgüzəşti Vəziri Xani Lənkəran" — Teymur ağa C. Cabbarlı "Aydın" — Aydın və SurxayBakı Bələdiyyə Teatrı O.Altunbay "Tomris" — Odtəkin Y.Anuyun "Medeya" — Şah Krion R.İçərişəhərli "Vətənə igidlər gərəkdir" — Ruben C.Məmmədquluzadə "Ölülər" — Mirbağır ağa C.Cabbarlı "Dönüşü" — Qüdrət Arslan N.Nərimanov "Nadir şah" — Mirzə Mehdixan M.Məmmədov "Dəli Domrul" — Əzrail S.Rəşidi "Mənim Ərdəbilim" — Həşim ağa M.F.Axundov "Müsyo Jordan Dərviş Məstəli Şah" — Dərviş A.Babayev "Oğul" — Kölgə A.Qurbaninin "Türk sancağı" — Armen N.Hikmət "Damokl qılıncı" — Komisyonçu Ə.Əliyev "Unutqanlıq qorxunc bəladır" — Aparıcı H.Cavid "İblis" — Elxan == Filmoqrafiya == Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) (rol: kuryer) Bir anın həqiqəti (film, 2003) (serial) Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) (rol: Qurgen) Ərazi (film, 2005) (qısametrajlı bədii film) Yoxlama (film, 2006) (serial) Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) (rol: Seyid Hüseyn) Qovğalı kəndinin gecələri (film, 2008) (tammetrajlı bədii film) (rol: pasiyent) 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: xalça müştərisi) Azarkeş (film, 2008) (tammetrajlı bədii film) Prokuror (2008) (tammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) Qaydasız döyüş (film, 2009) (serial) (rol: polkovnik Ələsgərov) Sonuncu dərviş (film, 2009) (tammetrajlı bədii film) (rol: dərviş) İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) (rol: kriminalist) Ağabəyovlar (film, 2012-2014) Xoca (film, 2012) (tammetrajlı bədii film) (rol: Rəhman) Dolu (film, 2012) (tammetrajlı bədii film) (rol: dustaq) Sirr (serial, 2012) (serial) Məhkumlar (2012) (serial) Tək olanda qorxma...
Mirzə Əli Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Mirzə Əli Xan Ləli
Mirzə Əli Ləli və ya Mirzə Əlixan İrəvani (1845, Təbriz və ya İrəvan, Gürcüstan-İmeretiya quberniyası – 1907, Tiflis və ya Təbriz) — azərbaycanlı şair, həkim. == Həyatı == Mirzə Əli Ləli 1845-ci ildə Təbrizdə dünyaya gəlib. Ata-anası əslən irəvanlı olub. Təbriz mədrəsələrində təlim-tərbiyə alıb. Ərəb və fars dillərini öyrənib. Təbrizdə əttarlıq dükanı açıb və bir müddət ticarətlə məşğul olub. Sonra o dövrün məşhur həkimlərindən təbabət elmini öyrənib. Bu sahədə biliklərini təkmilləşdirmək üçün Tehrana gedib. Sonra Təbrizə qayıdaraq həkimlik etməyə başlayıb. Öz bilik və təcrübəsini artırmaq üçün Misirə, İstanbula, hətta Avropanın bəzi şəhərlərinə səfərlər edib.
Əl-Vəli
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. == Bioqrafiyası == Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb.O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.1998-ci ildə Şahzadə Əli Suriya və Türkiyədən adıqların yaşadığı yerə atla səyahətə yollanmışdır ki, dünyada adıq diasporu haqqında məlumatlar artsın. Bu səfərin istiqaməti adıqların soyqırım vaxtı Rusiya İmpreiyasından İorodaniyaya qaçdığı yolla eyni tutulmuşdur.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Dəli Alı
Dəli Alı (tam adı: Dəli Alı Məhərrəm oğlu, 1857, Annenfeld – 1917) — Azərbaycanın xalq qəhrəmanı. == Həyatı == Dəli Alı Məhərrəm oğlu 1857-ci ildə Şəmkirin Keçili kəndində anadan olub. Həyatının gənc çağlarından çobanlıq etməyə başlayıb. Alı və qardaşı Aslan Qovlarasarı kəndində çobanlıq edirdi. Çar məmuru Alının atası Məhərrəm kişini vergi ödəmədiyinə görə qətlə yetirir və bu səbəbdən Alı məmurdan atasının qisasını alır. Ondan sonra Alıgilin Keçilidə yaşamı çətinləşir və onlar Goranboyun Qarasuçu kəndinə köçürlər. Goranboyda yaşadıqları zaman Gəncənin Bağmanlar qəsəbəsindən olan İbrahim adlı bir nəfərin sürülərini otarırdılar. Yay qabağı Göyçənin Canəhmədli yaylağına heyvanları aparardılar. Göyçəyə gedəndə erməni pristavı onların qarşısını kəsir və atışma başlayır. Nəticədə Alı pristavı öldürür.
Əli Nuriyev (elm xadimi)
Əli Xudu oğlu Nuriyev (26 iyun 1939, Horadiz, Füzuli rayonu, Azərbaycan SSR) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). == Həyatı == 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Təhsil, elmi dərəcə və elmi adları == Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş birdəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir. == İcra etdiyi vəzifələr == 1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir. == Yaradıcılığı == Əli Nuriyev geniş profilli alimdir.
Avşar eli
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır.
Ağacəri eli
Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir. == Tarixçə == Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir.
Baseri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Basiri eli
Basiri eli — İranın Fars ostanının Fars dilli Xəmsə ellərindən biridir ki Abadə, İqlid, Mərvdəşt, Cəhrom, Şiraz və Larda yaşayırlar. == Oymaqlar == Külümbey Ləbu Musa Əlqulu Zöhrabi Eli Xas Əli Qənbari Kərəmi Əli Şahqulu Hənnayi Mir Cövçin Əbdüli (Abdullahi) Fərhadi Nənə Ərəb Hüseynəhmədi, İqlidin Aspas kəndi və Sərvistanın Çahəncir kəndində, == İstinadlar == == Mənbə == Nomads Of South Persia — The Basseri Tribe Of The Khamseh Confederacy. — Frederik Barth.
Bayandur eli
== Bayandur adının mənası == Bayandur adının oğuz-Azərbaycan mənşəli еtnonim olması haqqında oğuz mənbələri tutarlı məlumat vеrir. Məşhur türkoloq M.Qaşğarinin "Divani lüğət-it-türk" əsərində oğüzların 22 boyu göstərilir. Bayandur tayfası da damğası ilə birlikdə adı çəkilir. Bayandur tayfasının adı həm ümümtürk abidələrində, M. Qaşğari, Rəşidəddin, Yazıcıoğlu Əli, Əbdülqazi xan Xivəlinin əsərlərində, həm də Azərbaycan xalqının ən qədim dil-tarix abidəsi olan "Kitadi-Dədə Qorqud" dastanlarında çəkilir. Yazıçı oğlu Əli Rəşidəddinə əsaslanaraq oğuzları 24 boya bölmüş və mənalarını səciyyələndirmişdir. Ona görə, Bayandur sözünün mənası nеmətli dеməkdir. F.Rəşidəddin Bayanduru üçoq tayfasına aid еdir və Göyxanın birinci oğlu olduğunu göstərir. Azərbaycan xalqının qədim tarixi abidəsi olan "Kitabi-Dədə Qorqud" da Bayandur xan xanlar xanıdır, "Oğuz еli" dövlət quruluşunun başında durur. Göründüyü kimi, Azərbaycan-türk yazılı abidələrində Bayandırın adı antroponim, gah da еtnonim kimi qеyd olunur. == Bayandur adının yayılması == "Dədə-Qorqud" toponimikası Azərbaycanla (ümumən Qafqazla) bağlı olduğu kimi, еtnonimiya da Azərbaycan-türk dili və xalqının formalaşmasında bilavasitə iştirak еdən tayfalardan ibarətdir.
Bıçaqçı eli
Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar.Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir. == Tarixi == Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı.Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir. O, həmçinin Qara dənizin Azov bölgəsindəki Əki Bıçaqçı adını da əsərində qeyd etmişdir. Hər bir halda, onların arasında Araslı (və ya Ərəşli) adında tirənin mövcudluğu hal-hazırda böyük coğrafiyada yayılmış Əfşar boyu ilə əlaqəyə işarə ola bilər.
Bəkəki eli
Bəkəki eli İranın Fars ostanında Şiraz şəhərinin Kuhmərə Sorxi məntəqəsinin Mərvək dağında yaşayan eldir.Bəkəkilər Kuhmərə dilinin Bəkəki dialektində danışırlar və şiədirlər. == Oymaqlar == Rəyisi == Mənbə == Abdulla Şəhbazi, Naməlum el:Frasın Sorxi dağ sakinləri barədə araşdırma, Tehran:Ney nəşri,1986. Abdulla Şəhbazi,Ellər və köçərilər tanıdılması üçün müqəddimə,Tehran:Ney nəşri,1989.
Caf eli
Caf (kürdcə: جاف; həmçinin Jahf, Jaaf, Jaf, Caf) İran və İraqın sərhəd bölgələrində yaşayan, qəbilə kimi də tanınan ən böyük kürd tayfasıdır. Onların mərkəzi Süleymaniyyədən Sənəndəc arasındadır. Qəbilə çoxlu Nəqşibəndi və Qədiriyyə tərəfdarları ilə əsasən Şafii məktəbinə bağlıdır. 1114-cü ildə Zaher Beg Jaff tərəfindən yaranmışdır, digər mühüm liderlər Məhəmməd Paşa Jaff, Lady Adela, Osman Pasha Jaff və Mahmud Paşa Jaff idi, onların ata-baba yurdu Şervana qalasıdır. Osmanlı İmperiyası onlara 1700-cü illərdə nəcib bir rütbə olan Paşa adını verdi. Onlar təxminən 4 milyon əhalisi olan Yaxın Şərqin ən böyük kürd tayfasıdır və Babani Sorani dilində danışırlar. 1860-cı illərə qədər Ərdalan Knyazlığını idarə etdilər. == Coğrafi paylanma == Jaff tayfası aşağıdakı şəhər və qəsəbələrdə yaşayır: Helebce, Kelar, Silêmani, Ravansar, Sine, Ciwanrro, Selas-bawecani, Kirmaşan, Xaneqîn. == Tarix == Qərb I Dünya Müharibəsi zamanı, Ely Bannister Soane ilə əlaqə qurduğumuz zaman Jaff qəbiləsi ilə əlaqə başladı. Müharibədən sonra tayfa Şeyx Mahmud Bərzəncinə, bu gün Böyük Britaniyanın İraqda kürd muxtariyyəti təsdiq edilməsi qarşı çıxarıldı.
Cavanşir eli
Cavanşir eli — Qarabağın aparıcı ellərindən biri, XVIII əsrdə xanlıq qurmuşdu. == Tarixi == Qədim monqol qurumlarında goran və orun adlı düzülüş sistemi vardı. Goranda və orunda xandan, xaqandan solda ən hörmətlilər dururdular. Bu sistem orduda da gözlənilirdi. Ordunun sol cinahında döyüşənlər "caban qar" — sol qol, sağ cinahında döyüşənlər isə "baran qar" — sağ qol adlanırdı. Savaşa həmişə sol qol başladığından bu qolda seçkin bahadırlar dayanırdılar. Azərbaycanda iqtidarda olmuş Elxanlılar, Çobanlılar, Cəlayırlar, Barlaslar (Teymurlular) və digər qurumların ağalıq dönəmlərində ordunun aparıcı qolu caban qar idi. Cabanqar adı get-gedə deyiliş nəticəsində ilkin biçimini dəyişərək Cavanşir şəklinə düşdü. Cavanşir adını yozanlar arasında tarixçi Rzaqulu xan Hidayət də var. Rzaqulu xan "Rövzzətüs-səfa" adlı əsərində İbrahimxəlil xan Sarıcalı-Cavanşirdən bəhs edərkən yazır: "Cavanşir elinin əsli Türkistandan olaraq Oşir xan nəslindəndir.
Cəbrayıllı eli
Cəbrayıllı eli — Qarabağın ellərindən biri. == Elin tarixi == Orta çağda Cəbrayıllı Əhmədli elinin oymaqlarından biri idi. Əhmədli eli Dizaq nahiyyəsində məskunlaşmışdı. 1588-ci ildə Osmanlıların Qarabağa yürüşü zamanı Əhmədli eli sünnü olmaq nədəniylə heç yana qaçmayaraq yurdunda qaldı. Dirəniş göstərmədən osmanlı ordusuna tabe oldu.I Şah Abbas Səfəvi 1606-cı ildə Qarabağı yenidən ələ keçirəndən sonra dönüklərə divan tutulmasını əmr etdi. Əhmədli elinin başçıları cəzalandı. Qorçubaşı Allahqulu bəy Qəpanaoğlu-Qacar dönükləri talan və tarac etdi. 1615-ci ildə elin Mazandarana sürülməsinə buyruq verildi. Sürgünə şahın iki adlı-sanlı ərkanı Lətifxan bəy davatdar Qacar və Isfəndiyar bəy Ərəbgirli-Şamlı başçılıq edirdi. Əhmədli elinin əsas hissəsi sürgün ediləndən sonra oymaqlardan bəziləri yayınıb əyləşdi.
Cəlali eli
Cəlali — kürd tayfası. Basil Nikitin və Moritz Vaqnerin nəzərlərinə görə kürdləşmiş ermənilərdir. Onlar köçəri şəklində Türkiyənin şərqində və İranın Maku şəhristanında yaşayırlar. Onlar həmçinin, Azərbaycanda Zilanlı tayfa ittifaqının bir parçası kimi məskunlaşmışlar.
Cəlayır eli
Cəlayır eli — azərbaycanlıların etnogenezində iştirak etmiş tayfa. == Tarixi == Cəlair eli Fəzlullah Rəşidəddinin "Camü ət-təvarix" adlı əsərinə əsasən monqolların Darlekin qolundandır. Monqolların Nirun qolundan fərqli onlar imperiyanın yaranmasından sonra birliyə daxil oldular. Fəzlullah Rəşidəddin qeyd edirdi ki, onlar xarici görnüşləri və dilləri ilə monqollara bənzəyirdilər. Cəlayırlar Azərbaycana və İrana monqol işğalları zamanı gəliblər. Onların arasında Hindistanda Xarəzmşah müharibəsi zamanı hərbi əməliyyatlara rəhbərlik etmiş tümənbaşı Bala-noyonu, Mengu xan dövründə ağsaqqal və hörmətli hakim Munkasar-noyonu, Elxanlılar dövlətinin Gürcüstandakı hakimi Kurçi-Bugunu və bir çoxlarını göstərmək olar. Hətta böyük xaqan Uqedey uşaqlıqda cəlair Kadanın ailəsində tərbiyə alıb. Çingiz xanın göstərişi ilə cəlairlərin böyük hissəsi Cağatay ulusunun tərkibinə daxil edilmişdi və Orta Asiyanın Xocənd şəhərinə bitişik yerə köçürülmüşdü. Əmir Teymur tərəfindən pərən-pərən salınmış cəlairlər sonralar bir çox türk xalqlarının etnogenezində iştirak ediblər. Merqen qeqen öz xronikasında XV əsrdə onların monqolların tərkibində də, ancaq cəlair adı altında yaşamasından danışır.
Dohuk eli
Dəhuk mühafəzəsi (ərəbcə: محافظة دهوك) - İraq Respublikasının 18 mühafəzəsindən biri. Dəhuk mühafəzəsi ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşir. Dəhuk mühafəzasının ərazisi 6,553 km², əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən 402.970 nəfər, 2011-ci ilə isə olan təxminən əsasən 1,128,700 nəfərdir. İnzibati mərkəzi Dəhuk şəhəridir.
Dünbili eli
Dünbililər və ya dümbülülər — İranın Xoy və ətraf vilayətlərdə yayılaraq yaşamış türk dilində danışan kürd əsilli sülalə. == Tarixi == Dünbili eli ilk olaraq XI əsrdə ərəb coğrafyaçıların Suriya ilə bağlı məlumatlarda adı çəkilir. Şərəfnamə bu eldən "Dunbuliye Boxti" (Botanlı Dünbililər) deyə bəhs edir. Şərəf xan Bidlisiyə görə Dünbililər sonradan Müsəlmanlaşmış Yezidilərdir, onun qeydinə görə Dünbili bəyləri Sökmənabad mahalını idarə edirdilər. Yenə bir ara Həkkari bəyliyini də Səfəvilərin yardımıyla ələ keçirmişldilər. Şərəf xan, Dünbililəri Kurmanci ləhcəsində danışan əşirətlər arasında sayır. Hələ də Ərzurum, Urmiya və İraqdakı Dünbililər Kurmanci danışırlar və bir bölümü Yezidilik inancına sahibdir. Salmas və Xoy bölgesinde yaşayanlar isə Minorskiyə görə XVIII əsrdə Azərbaycanlılaşıblar. Bu gün etibariyle sadəcə Azərbaycan dilində danışırlar. Dünbili elinin nümayəndələri XVIII əsrdə Xoy xanlığı və Təbriz xanlığının yaranmasında fəal iştirak etmişdilər.
Eli Dükommen
Eli Dükommen (fr. Élie Ducommun,19 fevral 1833, Cenevrə, İsveçrə — 7 dekabr 1906, Bern, İsveçrə) — isveçrəli jurnalist, pasifist, 1902-ci il Nobel sülh mükafatı laureatı (Karl Albert Qoba ilə birlikdə). == Həyatı == Eli Dükommen 1833-cü il fevralın 19-da Cenevrə şəhərində anadan olub. Saatsaz ailədə üç uşaqdan ən kiçiyi olaraq dünyaya gəlib. Ali təhsilinin olmamasına baxmayaraq, 17 yaşında varlı bir ailənin evində şəxsi müəllim olaraq çalışırdı. Üç il sonra məktəbdə müəllimlik etməyə başladı və iki il sonra "Cenevrə Xülasəsi" (fr. Les États-Unis d’Europe) jurnalının redaktoru oldu. Jurnaldakı fəaliyyətini 1857-ci ilə qədər davam etdirdi və beş il sonra Cenevrə kantonunun kansleri vəzifəsinə təyin edildi. 1865-ci ildə Bernə köçdükdən sonra Progress jurnalını qurdu. 1868-ci ildən bəri, Beynəlxalq Sülh və Azadlıq Liqası tərəfindən nəşr olunan "Avropa Birləşmiş Ştatları" (fr.