HÜRUFİLİK

сущ. гьуьруфивал (ХIV виш йисара Азербайжанда арадал атай тарикьат).
HÜRUFİ
HÜRÜŞ
OBASTAN VİKİ
Hürufilik
Hürufilik (ərəb. حروفية hurufiyyə) — XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqəti. Hüruf sözü ərəb dilində "hərflər" mənasını verir. Bu təriqətin əsas ideyası İudaizmdə mövcud olan mistik kabbalistika təlimində olduğu kimi Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. Yaranması və yayılması: Hərufilərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Fəzlullah Nəimi və ya Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən təsəvvüfə yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır.

Значение слова в других словарях