HÜSEYNBALA
HÜSEYNXAN
OBASTAN VİKİ
Hüseynəli
Hüseynəli — ad.
Hüseynəli Müntəziri
Hüseynəli Müntəziri (1922-19 dekabr 2009) — din xadimi, müctəhid. == Həyatı == Ayətullah Hüseynəli Müntəziri 1922-ci ildə İsfahan şəhərində dünyaya gəlib. O, 1979-cu ildə İranda baş verən islam inqilabının ideoloqlarından biri olub. Ayətullah Hüseynəli Müntəziri 19 dekabr 2009-cu ildə vəfat edib. Müqəddəs Şiə şəhəri olan Qumda təhsilini bitirən Müntəziri, Ayətullah Ruhullah Xomeyninin kurs halqasından keçərək Fəvziyyə Mədrəsəsində müəllimlik etməyə başlamışdır. 1963-cü ildə Ayətullah Xomeyninin çağırışı ilə Şah Rza Pəhləvinin Ağ inqilabına qarşı çıxdı və sonradan İran İslam İnqilabının aparıcı simalarından biri oldu. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən həbs olunan Müntəziri, 1974–1978-ci illər arasında 4 il həbs cəzası çəkmişdir. İnqilabdan əvvəl Ayətullah Taleqani ilə birlikdə etdiyi xütbələr kitab versiyasına çevrildi. İran İnqilabından sonra Dirasat fi Vilayah əl-Faqih (Vilayəti-Fəqih Dərsləri) adlı dərs vəsaiti yazmışdır. Ayətullah Xomeyni, Müntəziri üçün, "Özüm onda gizlənmişəm" ("Yəni məndən sonra varis odur") demişdi.
Hüseynəli xan
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli İsmayılov
Hüseynəli İsmayılov (d.1961) — tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki və akademik İlizarov adına Rusiya Travmatologiya və Ortopediya Mərkəzinin Yaxın Şərq üzrə nümayəndəliyinə rəhbəri. == Təhsili == 1961-ci ildə Borçalı mahalının Dmanisi (Başkeçid) rayonunun Qızıl Kilsə kəndində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Tibb İnstitutunun (indiki ADTU) cərrahiyyə fakültəsini bitirib. Əmək fəaliyyətinə Rusiyanın Kurqan şəhərində, əslən Azərbaycanın Qusar rayonundan olan akademik Q.İlizarovun "Bərpa travmatologiyası və ortopediyası" elmi mərkəzində başlayıb. == Elmi fəaliyyəti == 1992-ci ildə ABŞ-da və İngiltərəyə dəvət edilmiş, müalicələr üçün istifadə etdiyi üsullar barədə mühazirələr demişdir. onun səfəri barədə mətbuatda belə yazılmışdı: Hüseynəli İsmayılovun müasir travmatologiya və ortopediya haqqındakı məruzəsi ingilis cərrahları tərəfindən böyük maraqla qarşılandı və doktor İsmayılov tərəfindən təkmilləşdirilmiş bu cihaz onları heyrətdə qoydu. Cərrah 2001-ci ildə Böyük Britaniya Səhiyyə Təşkilatının dəvəti ilə bir ay London, Oberqin, Şeffild və Birminqem şəhərlərində, iki ay isə Şotlandiyada qalaraq, bir sıra uğurlu cərrahi əməliyyatlar aparıb. 1993-cü ildə namizədlik, 2000-ci ildə doktorluq dissertasiyalarını müdafiə edən İsmayılov İlizarovun davamçıları arasında digər əcnəbi ölkələrlə müstəqil şəkildə əlaqə yaradan ilk görkəmli travmatoloq-ortopeddir. 2002-ci ildə uzun müddətli müqavilə əsasında işləmək üçün İrana dəvət olunur. Hüseynəli İsmayılov travmatologiya və ortopediya sahəsində 50-dən çox yeni texniki model işləyib hazırlayıb.
Hüseynəli bəy Bayat
Hüseynəli bəy Bayat (?-?) — Səfəvilər dövlətinin elçisi. == Həyatı == I Şah Abbasın hakimiyyətə gəlməsindən sonra Səfəvilər dövlətinin güclənməsi Avropa dövlətlərini onunla yaxınlaşmağa sövq edirdi. Papalıq, Venesiya, İspaniya və Almaniya imperiyaları Səfəvilər dövlətinə xüsusi maraq göstərirdilər. Bu xristian qərbinin güclü Osmanlı imperiyasını zəiflətmək istəyi ilə bağlı idi. Lakin qeyd etmək lazımdır ki, qərb ölkələri Səfəvilərin Türkiyə üzərində tam qələbəsində maraqlı deyildilər. Onlar belə hesab edirdilər ki, "nə qədər ki, bu dövlətlər bir-biri ilə vuruşur, xristian dünyası rahatlıq və təhlükəsizlikdə olar". Səfəvilər dövlətinə gəldikdə isə onların Avropa ilə diplomatik fəaliyyəti yalnız bir məqsədə – antitürk ittifaqının bağlanması və Osmanlı dövlətinə qarşı kömək əldə etməyə yönəlmişdi. Şah Abbas müttəfiqlərini sərhədlərdən çox uzaqda axtarırdı. E.Şerliyə hədiyyələr bəxş etməklə Səfəvi nümayəndə heyətini Avropa ölkələrinə, xüsusilə, Almaniya, Roma, İspaniya, Venesiya, Fransa, İngiltərə və Şotlandiyaya səyahətlərdə müşayiət etmək üçün onun razılığını aldı. Şerlinin gedişi və hərbi ittifaqın bağlanması ilə əlaqədar Səfəvilər sarayında həmfikirlilik yox idi.
Hüseynəli mirzə Fərmanfərma
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — İran şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Hüseynəli xan Qacar
Hüseynəli xan Qacar (? - 9 noyabr 1783-cü il) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi.
Hüseynəli xan məscidi
Göy məscid, (erm. Կապույտ Մզկիթ; Kapuyt Mzkit, erm. Գյոյ Մզկիթ, Gyoy Mzkit) — Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədi. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi. Corc Burnutyan məscidin 1762–1783-cü illərdə, Vladimir M. Arutunyan isə 1764–1768-ci illərdə inşa edildiyini bildirir. Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilmişdir.Məscid XX yüzildə ermənilər tərəfindən iki dəfə yandırılmışdır.
Molla Hüseynəli Qarabaği
Molla Hüseynəli Kərbəlayı Rəcəbəli oğlu Qarabaği (1800-?) — Rusiya-İran savaşının iştirakçısı, kəşfiyyatçı/ == Həyatı == Hüseynəli Kərbəlayı Rəcəbəli oğlu 1800-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öncə məhəllələrinin dini işləri ilə məşğul olmuş, sonra şəhər komendanturasının əks-kəşfiyyat bölməsinin İran şöbəsində işə düzəlmişdi. Qardaşı Hacının əlaqələndiricisi olmuşdu. Komendantdan öncə məaf, sonra bəy ünvanı almışdı. == Ailəsi == Molla Hüseynəli bəy Pəri xanımla ailə qurmuşdu. Seyidəli bəy, Ələsgər bəy, Lütfəli bəy adlı oğlanları, Tükəzban xanım, Xeyrənsə xanım adlı qızları vardı.
Hüseynəli mirzə Qovanlı-Qacar
Hüseynəli mirzə Qovanlı-Qacar (1788-1835) — İran şahzadəsi, vali. == Həyatı == Hüseynəli mirzə Qovanlı-Qacar (anası Bədircahan xanım Məhəmmədcəfər xan qızı Ərəb) 1788-ci ildə dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. Fərmanfərma ləqəbi daşıyırdı. 1801-ci ildə Fars əyalətinə vali təyin olunmuşdu. Şiraz əyaləti iki qardaş; Hüseynəli mirzə ilə Həsənəli mirzənin nəzarətində idi. Bu iki qardaş çox var-dövlət toplamış və yavaş-yavaş mərkəzə qarşı çıxmağa başlamışdılar. Mərkəzə ödəmələri gərəkən vergini bütün ixtarlara rəğmən ödəmirdilər. Şah onarlı yerində oturtmaq üçün öz ordusu ilə Şiraza səfər etmək istədi. 1829-cu ilin yayında Şah öz ailə üzvləri və ordusu ilə Şiraza yollandı.
Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı. == Haqqında == 1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi.1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu. Eyni zamanda xanlığın kəndxuda və ağsaqqaları Hüseynəli xanla Rusiya imperatriçələrinə sədaqət andı qəbul etdilər.Hüseynəli xan şah hakimiyyətinə zahiri itaət göstərirdi.
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Qacar (? - 9 noyabr 1783-cü il) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi.
Elton Hüseynəliyev
Elton Hüseynəliyev (tam adı: Elton Əşrəf oğlu Hüseynəliyev; 6 avqust 1983, Sumqayıt) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti, Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Televiziyasının solisti. == Həyatı == Hüseynəliyev Elton Əşrəf oğlu 6 avqust 1983-cü ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil almağa başlayıb. 2001-ci ildə həmin məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində Solo oxuma ixtisası üzrə ali təhsil almağa başlayıb. Müəllimləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teymur Əmrah olub. 1997-ci ildə Respublika Gənclik Estrada Müsabiqəsinin laureatı olub. Müsabiqənin finalı Bakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) keçirilmiş və finalda o dövrdəki Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib.2005-ci ildə "AzəriStar" Respublika Televizya Müsabiqəsinin laureatı olub.2006-cı ildə azərbaycanlı prodüser Tamilla Hüseynəliyeva ilə ailə həyatı qurub, Nuray və Məryəm adlı iki qızı var.2008-ci ildə Türkiyədə keçirilən Popstar Alaturka müsabiqəsində fəxri qonaq kimi iştrak edib.2010-cu ildə Azərbaycan Dövlət Muğam Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının müşaiəti ilə solo konserti keçirilib. Layihənin bədii rəhbəri Teymur Əmrah olub. 22 may 2011-ci ildə Heydər Əliyev Sarayında "İstək" adlı ilk solo konserti keçirilib.2011-ci ildə Selcuk Hocanın rəhbərlik etdiyi Türk orkestrı ilə konserti olub. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Hüseynəlibəyli (Xudafərin)
Hüseynəlibəyli (fars. حسينعلي بيگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (30 ailə).
Hüseynəlikəndi-i Əcəm
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hüseynəlikəndi-i Əcəm (Şot)
Hüseynəlikəndi-i Əcəm (fars. حسين علي كندي عجم‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
вылепля́ться дубоно́с имити́ровать предвосхи́тить прога́лочек пульс расчуде́сно умы́шленно хору́нжий деликате́с желобо́вой запу́дриваться мёртвая голова не́кий радиокомпа́ния умозаключе́ние инде чахлик a- odd-come-short soundproof subtile sweep-net альбинос тёща