HƏMİŞƏBAHAR

is. [ fars. ]
1. bot. İlin bütün fəsillərində çiçək açan cır qızılgül növü.
Saib saxsıdakı yeni açmış həmişəbaharı məzar üzərinə qoyub geri çəkilər. H.Cavid.

2. Həmişə öz təravətini saxlayan; həmişəcavan.
[Qəmər xanım:] Rəhmətlik kişi də deyərdi ki, həmişəbaharsan, ay Qəmər! M.İbrahimov.

Этимология

  • HƏMİŞƏBAHAR Solmazçiçək sözünün sinonimidir. Fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HƏMİŞƏ
HƏMİŞƏCAVAN

Значение слова в других словарях