is. və sif. [ fars. həm və ər. sir] Sirdaş. Həmsir yoldaşlar.
– Qasım bəy Zakirə gəldikdə, o da Molla Pənah kimi durnalardan xahiş eləyir ki, ondan ehtiyat etməsinlər və onu özlərinə həmsir, yoldaş və rəfiq hesab etsinlər.F.Köçərli.
[Nurəddinin] həmfikri, həmsiri ancaq kitabları olmuşdu.S.S.Axundov.