HƏRCAYİ

sif. [ fars. ]
1. Avara, sərsəri, veyil, heç bir işlə məşğul olmayan. Hərcayi adam.
– Ələsgərəm, doğru yoldan azmaram; Hərcayi gözələ tərif yazmaram. Aşıq Ələsgər.
Şəhərlərdə müxtəlif hərcayi və macəracu ünsürlərin baş qaldırıb, talanlar yaratmaq qorxusu yaranmışdı. M.İbrahimov.

// Zərf mənasında. Boş-boş, avara-avara, veyil-veyil.
Vəqt oldu çıxıb küçədə cövlan edəsiz siz; Hərcayi gəzib, hər yeri seyran edəsiz siz. M.Ə.Sabir.

// İs. mənasında.
Hərcayidən, müxənnəsdən, nadandan; Nə söz qaldı sənətkara dəyməmiş? Aşıq Ələsgər.
Hiyləgər, hərcayi, yaltaq, tamahkar; Xalq içində, dost yanında olar xar… Aşıq Hüseyn.

2. Mənasız, boş. Hərcayi iş.
[Hacı:] Hərcayi söz danışırsan! M.İbrahimov.
İçəridən … zarafatlaşan cavanların hərcayi sözləri eşidilirdi. İ.Hüseynov.

Синонимы

  • HƏRCAYİ hərcayi bax sərsəri, səfil
  • HƏRCAYİ boş — nahaq
HƏRC-MƏRCLİK
HƏRCƏHƏTLİ

Значение слова в других словарях

актино́метр грузне́ть иноплеме́нный уполо́вник арми́ровать бу́фер мёрзлость натка́ть о́хрить переклейме́ние ректификацио́нный скропа́ть уте́шить егоза юкса anil blood pressure Dravidian palm-tree striking tragically whisk анисовка гугенот намёрзнуться