1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. Çarxı hərləmək.
– Gözləri sevinclə gülən bir qız və oğlan çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük bir təkəri hərləyir.
Cavan fəhlə cəld bir hərəkətlə əlindəki açarı quyuya endiriləcək boruya keçirərək hərlədi…
2. Dalını qabağa, yuxarısını aşağı və ya əksinə çevirmək; döndərmək, dolandırmaq, hərləndirmək, o tərəf-bu tərəfə çevirmək.
Buruqçu Salman kepkasını hərləyib, ona baxan gənclərə göz gəzdirir, Ağbulaq meşələrinə səs sala-sala ucadan danışaraq sözünü qurtarmaq istəyirdi…
Yüngül, səssiz addımlarla [qadın] manqalın yanına endi, arxasını gələn adama çevirib şişləri hərləməyə başladı.
// Havada fırlatmaq, dolandırmaq, hərləndirmək. Qamçını hərləmək. Qumbaranı hərləyib atmaq.
– [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı.
Usta Əbülqasım çəkicini hərləyərək cavab verdi.
3. məc. Dalısınca düşüb izləmək, axtarmaq.
Yaranal güclü qoşun götürüb, Nəbini dağlarda hərləməyə başladı. “ ”.