HƏRZƏ

[ ər. ]
1. is. Mənasız söz, boş söz, hədyan, söyüş.
Bu hərzəvü hədyanlara kimlər qulaq asdı; Kim verdi bu axmaq sözə qiymət, uçitellər? M.Ə.Sabir.

2. sif. Mənasız, boş, cəfəng, nalayiq. Hərzə sözün mərəzi gələr. ( Ata. sözü ).
Zeynal özünün və evinə gələn qonaqlarının hər bir nalayiq və hərzə hərəkətlərini “yeni həyatın icabatı” deyə göstərmiş, … Mehribandan üzr istəməklə könlünü ələ almışdı. S.Hüseyn.

// Zərf mənasında.
Adam var ki, dediyindən utanmaz; Hey hərzə danışır üzə dünyada. Aşıq Ələsgər.
Hərzə danışma, kişi, gözlə ədəb, zinhar! M.Ə.Sabir.

3. sif. Boşboğaz, çərənçi, lağlağı, ağzıgöyçək, ağzıyava, hərzəgu.
Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri; Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım. M.Ə.Sabir.
Kapitan hərzə adamlara məxsus bir əda ilə gülümsədi. P.Makulu.

◊ Hərzə yerə – boş yerə, əbəs yerə, mənasız.
Hərzə yerə laflar vurarsan; Torpaq ilə gülü sovurarsan. Xətayi.

Синонимы

  • HƏRZƏ hərzə bax 1. naqqal; 2. cəfəngiyat
  • HƏRZƏ boşboğaz — naqqal — çərənçi — laqqırtı — ağzıyava — ağzıpörtov
  • HƏRZƏ cəfəngiyat — mənasız — boş — yalan

Антонимы

  • HƏRZƏ HƏRZƏ – MƏNALI Hərzə sözün mərəzi gələr (Ata. sözü); Onun söhbəti şirin və mənalı idi (“Ulduz”)
HƏRTƏRƏFLİ
HƏRZƏ-HƏRZƏ
OBASTAN VİKİ
Daş Hərzənd (Mərənd)
Daş Hərzənd (fars. هرزندعتيق‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 603 nəfər yaşayır (163 ailə).
Hərzənd
Çay Hərzənd (Mərənd)
Hərzəndiq (Heris)
Hərzəndiq (fars. هرزنديق‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (25 ailə).
Hərzənəq (Şəbüstər)
Hərzənəq (fars. هرزنق‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 111 nəfər yaşayır (32 ailə).
Hərzəvərz (Heris)
Hərzəvərz (fars. هرزه ورز‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (25 ailə).
Çay Hərzənd (Mərənd)
Çay Hərzənd (fars. هرزندجديد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,051 nəfər yaşayır (337 ailə).

Значение слова в других словарях