Həsənxanlı
Həsənxanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. 1994-cü ildə əks-hücuma keçən Azərbaycan Ordusu kəndi işğaldan azad ediblər.
== Toponomiyası ==
Kənd Ağdam rayonunun Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. Yaşayış məntəqəsini "həsənxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır". Toponim "həsənxanlı nəslindən olanlar, həsənxanlılar" anlamındadır. Həsənxanlı kənd adı Həsən şəxs adı, xan titulu və -lı mənsubluq bildirən şəkilçinin birləşməsindən yaranıb. Həsən şəxs adı ərəb mənşəli olub, "gözəl, göyçək, yaxşı" mənasını verir.
== İqtisadiyyatı ==
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.