HƏSƏNƏLİ
HƏSƏNQULU
OBASTAN VİKİ
Həsənxan
Həsənxan (Aralıq) — Həsənxan (Qürvə) Zaviyehe Həsənxan (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Həsənxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir.
Həsənxan (Qürvə)
Həsənxan (fars. حسن خان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 611 nəfər yaşayır (129 ailə). Əhalisini kürdlər təşkil edir.
Həsənxan qalası
Həsənxan qalası — Qax rayonunun Qaxbaş kəndinin yaxınlığında Kürmükçay yatağının sağında yerləşir. Bürclərdən və qala divarlarından ibarətdir. Bürclərdə iki sıra mazğal və pəncərə yerləri, divarlarda isə mazğallar vardır. Hər bürcdə 36 mazğal və istehkam topları üçün 10 pəncərə vardır. Divarlarda isə 168 ədəd mazğal və 8 ədəd pəncərə vardır. Müdafiə təyinatlı obyekt hasab olunur. Qalanın tikintisində çay daşı və əhəng məhlulundan istifadə olunmuşdur. Qalanın inşa tarixi XIX əsrin ikinci yarısına aid edilir. Çox güman ki, bu qala İlisu sultanlığı Rusiya imperiyasına daxil edildikdən sonra ruslar tərəfindən inşa olunmuşdur. Qala Dağıstan ərazisindən edilən hücumların qarşısını almaqda rusların köməyinə çatmışdır.
Həsənxan (Aralıq)
Həsənxan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1854-cü ilə aid qeydlərdə Həsənabad kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 29 km, Aralıq qəsəbəsinin mərkəzindən 16 km məsafədədir. Kənd Aralıq–İğdır avtomobil yolunun üzərində yerləşir.
Zaviyehe Həsənxan (Xoy)
Zaviyehe Həsənxan (fars. زاويه حسن خا‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qışlaq-i Həsənxan (Bicar)
Qışlaq-i Həsənxan (fars. قشلاق حسن خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 146 nəfər yaşayır (30 ailə). Əhalisini kürdlər təşkil edir.
Fəridə Həsənxanova
Fəridə Həsənxanov (4 iyun 1997 – 28 sentyabr 2013) — Azərbaycanlı cüdoçu. 2011-ci ildə Türkiyənin Antalya və 2013-cü ildə Ukraynanın Kiyev şəhərində keçirilən Avropa Kubokunun bürünc medalçısıdır. == Həyatı == Fəridə Ruslan qızı Həsənxanova Azərbaycan Respublikası Cüdo Federasiyası yığmasının qadın üzvüdür. == Karyerası == Dəfələrlə Azərbaycan çempionu, Kievdə Avropa kubokunun 3-cüsü, Türkiyədə keçirilən Uşaq oyunları yarışının 3-cüsü. 2013-cü ildə əhvalı pisləşən güləşçi xəstəxanaya yerləşdirilsədə bir neçə gün xəstəxanada komada qalır və 09.28.2013-cü il tarixdə 16 yaşında əbəbdi olaraq gözünü yumur.
Həsənxanbağı (Miyanə)
Həsənxanbağı (fars. حسن خان باغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (7 ailə).
Həsənxandərəsi (Biləsuvar)
Həsənxandərəsi (fars. حسن خان دره سي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (25 ailə).
Həsənxanlı
Həsənxanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. 1994-cü ildə əks-hücuma keçən Azərbaycan Ordusu kəndi işğaldan azad ediblər. == Toponomiyası == Kənd Ağdam rayonunun Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. Yaşayış məntəqəsini "həsənxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır". Toponim "həsənxanlı nəslindən olanlar, həsənxanlılar" anlamındadır. Həsənxanlı kənd adı Həsən şəxs adı, xan titulu və -lı mənsubluq bildirən şəkilçinin birləşməsindən yaranıb. Həsən şəxs adı ərəb mənşəli olub, "gözəl, göyçək, yaxşı" mənasını verir. == İqtisadiyyatı == Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
...до́льный бакла́га безно́сая заба́гриваться зашлёпать медвежо́нок протолпи́ться вы́садить звукоулови́тель нема́ркий ошеломи́ть ребяти́шки хризобери́лл beautility herring prochain shipper unclue watchful world-shaking изобретать квас официально переработаться радиожурнал