Həsənxanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Həsənxanlı | |
---|---|
40°00′00″ şm. e. 47°07′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ildə işğal olunub. 1994-cü ildə əks-hücuma keçən Azərbaycan Ordusu kəndi işğaldan azad ediblər.
Kənd Ağdam rayonunun Əfətli inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. Yaşayış məntəqəsini "həsənxanlı nəslinə mənsub ailələr saldığına görə belə adlanmışdır"[2]. Toponim "həsənxanlı nəslindən olanlar, həsənxanlılar" anlamındadır. Həsənxanlı kənd adı Həsən şəxs adı, xan titulu və -lı mənsubluq bildirən şəkilçinin birləşməsindən yaranıb. Həsən şəxs adı ərəb mənşəli olub, "gözəl, göyçək, yaxşı"[3] mənasını verir.[4]
Qarabağ müharibəsi nəticəsində kəndin təsərrüfatına ciddi ziyan dəymişdir. 2011-ci ilin oktyabrın 1-də isə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.[5]
Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |