HƏVƏSLƏNDİRMƏK

f. Hüsn-rəğbət göstərməklə, kömək etməklə, tərifləməklə, mükafatlandırmaqla birini bir şeyə şövqləndirmək, həvəsə gətirmək, həvəs oyatmaq, şirnikdirmək. Çalışqan işçiləri həvəsləndirmək.
Uşaqları dərsə həvəsləndirmək: – Ancaq birdən, nədənsə, Tahirə elə gəldi ki, Cəmil bu sözü qəsdən onu həvəsləndirmək üçün deyir… M.Hüseyn.
…Müsəlmanları musiqi məktəbinə həvəsləndirmək üçün onlardan ötrü konservatoriya nəzdində xüsusi şöbə açmaq lazımdır. Ü.Hacıbəyov.

Синонимы

  • HƏVƏSLƏNDİRMƏK HƏVƏSLƏNDİRMƏK Müəllim şairi bir az da həvəsləndirmək istədi (M.İbrahimov); ŞİRNİKDİRMƏK (dan.) [Aytəmiz:] Atası Tofıqi şirnikləndirmişdi ki, əgər onu
HƏVƏSLƏNDİRMƏ
HƏVƏSLƏNMƏ

Значение слова в других словарях