İÇKİÇİ sif. Spirtli içkiləri həddindən artıq içən, içki düşkünü; əyyaş. Allah, Allah! Kimdi oğru, kimdi oğru saxlayan; Bu pristav içkiçi yerinə culfanı tutar. Molla Şükür. Varis böyüdükcə əxlaqsız, içkiçi və qumar düşkünü bir gənc olurdu. A.Şaiq.