İCRAÇI

is.
1. Bir qərarı, hökmü, əmri, göstərişi icra edən, əməli surətdə yerinə yetirən, həyata keçirən adam.
Hüsaməddin kimi adamlar onun fikrinin icraçılarıdır. M.S.Ordubadi.

// Sif. mənasında.
[Yunis] əvvəl icraçı mühəndis, …sonra trestin baş mühəndis müavini vəzifəsində işləmişdi. Mir Cəlal.

2. Bədii (musiqi, ədəbi və s.) əsərin ifaçısı.
[Rəşid] ümumittifaq özfəaliyyət icraçıları baxışında birincilik qazanmışdır. M.Rzaquluzadə.

◊ Məhkəmə icraçısı – icra vərəqəsinə əsasən məhkəmə qərarını həyata keçirən məhkəmə işçisi.
İCRA
İCRAEDİCİ

Значение слова в других словарях