İKİLİK


1. sif. İki rəqəmi ilə işarə olunan, nömrələnən, ölçülən və s. İkilik taxta. İkilik mıx.
2. is. İki xalı olan oyun kağızı. İkilik atmaq. Xaç ikilik.
3. is. İkitirəlik, ziddiyyət.
Bu aralıq həyatda bir ikilik törənmişdi. C.Cabbarlı.
[Kəbusey:] Zərdüştilər yaradılışda ikilik olduğuna inanırlar. Çəmənzəminli.

4. is. İkitərəflilik, iki tərəfə meyil.

Синонимы

  • İKİLİK ziddiyyət
İKİLİBAŞLI
İKİLİKDƏ
OBASTAN VİKİ
İkilik ağac
İkilik ağac(binary tree)- – proqramlaşdırmada: hər bir buğumunda (NODE) ən çoxu iki “alt ağac” (sol və sağ) olan ağacşəkilli struktur növüdür. İkilik ağaclardan çox zaman informasiyaları çeşidləmək üçün istifadə edilir: ağacın hər bir buğumu açar olur və bu açardan kiçik olan bütün qiymətlər bir alt ağaca, böyük olanlar isə o biri alt ağaca düşür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik fayl
İkilik fayl (Binary file) – insanın oxuya biləcəyi ASCII kodlaşdırmasında olan mətndən fərqli olaraq, 8-mərtəbəli formatda olan verilənlər ardıcıllığından və ya icra kodundan ibarət olan fayl. İkilik fayllar, adətən, ancaq proqramın “anladığı” şəkildə olur. Çox zaman onlar elə sıxılır və yaxud elə struktura salınır ki, onları yalnız konkret proqramlar asanca “oxuya” bilsin. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik prefikslər
İkilik prefikslər – ölçü vahidlərinin önündə gələn və onların 2-nin qüvvətinə (daha dəqiqi, 1024=210 ədədinin qüvvətinə) vurulmasını bildirən ön şəkilçilərdir. 1024 və 1000 ədədləri yaxın olduğundan ikilik prefikslər Beynəlxalq Vahidlər Sisteminin standart onluq prefikslərinə uyğun qurulub. Bu prefikslərdən informasiyanın bit və baytların misli olan ölçü vahidlərini düzəltmək üçün istifadə olunur. İkilik prefikslər 1999-cu ilin mart ayında Beynəlxalq Elektrotexnika Komissiyası (INTERNATIONAL ELECTROTECHNICAL COMMISSION, IEC) tərəfindən daxil edilib. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dövri ikilik kod
Dövri ikilik kod (cyclic binary code) – ədədlərin ikilik təsvirində hər bir ədədin özündən qabaqkından yalnız bir mərtəbədə fərqlənməsi. İkilik 0 və 1 rəqəmlərinə əsaslansa da, dövri ikilik ədədlər adi ikilik ədədlərdən fərqlənir. Dövri ədədlər Morze koduna çox oxşayan kod əmələ gətirir, adi ikilik ədədlər isə həqiqi qiymətləri ikilik say sistemində göstərir. Dövri ikilik kodda ardıcıl ədədlər yalnız bir mərtəbədə fərqləndiyindən, onlardan ölçü proseslərində xətaları minimuma endirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İkilik-onluq ədəd
İkilik-onluq ədəd(Binary-coded decimal)– yuvarlaqlaşdırma və çevirmə xətalarından qaçmaq üçün onluq ədədi ikilik şəklində göstərən kod. Onluq ədədin hər bir rəqəmi o birilərdən ayrıca olaraq ikilik ədədlə kodlaşdırılır. 0-dan 9-a hər bir onluq simvol dörd bitlə ifadə olunur; asan oxunması üçün bu 4-mərtəbəli qrupların arasında boşluq qoyulur. Məsələn, 12 ədədi BCD sistemində 0001 0010 kimi, 96 ədədi isə 1001 0110 kimi göstərilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İkilik say sistemi
İkili say sistemi ― Yalnız iki simvoldan; "0" (sıfır) və "1" (bir)-dən istifadə olunan sistemdir.

Значение слова в других словарях