İkindi namazı
Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır.
== Qılınma qaydası ==
1-ci rükət:
Niyyət;
Təkbir;
Həmd-surə;
Ruku;
2 səcdə;
2-ci rükət:
Həmd-surə;
Qunut;
Ruku;
2 səcdə
Təşəhhüd
3-cü rükət:
Təsbihati-ərbəə;
Ruku;
2 səcdə;
4-cü rükət:
Təsbihati-ərbəə;
Ruku;
2 səcdə;
Təşəhhüd;
Salam.
=== Niyyət: ===
Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah".
=== Təkbir: ===
Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.
=== Həmd-surə: ===
Fatihə surəsi ilə İxlas surəsi oxumaq.
=== Qunut: ===
Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir.
=== Ruku: ===
Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.
=== 2 səcdə: ===
Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.