Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almagöl (İğdır)
Almagöl — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. Öncə Suveren kəndinə bağlı bir oba olan Almagöl, 1990-cı illərin sonlarında kənd statusu almışdır. == Coğrafiyası == İğdırdan 15 km uzaqlıqdadır.
Aralıq (İğdır)
Aralıq (türk. Aralık) — İğdır ilinin ilçələrindən biridir. == Tarix == Keçmişdə Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, daha sonra Azərbaycan Səfəvilər İmperiyasının tərkibində Azərbaycan əyalətinin (dörd xanlıq dövründə Çuxursəd xanlığının daxilində) tərkibində olmuşdur. 1 yanvar 1960-cı ildə yaradılıb. == Ərazi == İlçənin ərazisi 709.23 km²–dir. İlçə ərazisi şərqdə 49 km-lik sərhəd xətti ilə İranla, şimalda 11 km-lik sərhəd xətti ilə Azərbaycanla (Naxçıvan MR-nın Sədərək rayonu), qərbində elin mərkəzi ilçəsi (İğdır İlçəsi), 56 km-lik sərhəd xətti (Araz çayı boyu) ilə Ermənistanla, cənubda isə Ağrı ilinin Doğubəyazıd ilçəsi ilə həmsərhəddir. == Əhali == Aralıq ilçəsi 5 məhəllədən ibarət Aralıq şəhərini və 22 kənddən ibarət Mərkəz bucağını (bucaq: ilçədən kiçik ərazi bölgüsüdür, kəndləri əhatə edir.) əhatə edir. 31 dekabr 2011-ci il rəsmi təxmininə əsasən cəmi ilçə əhalisi 22.425 nəfərdir . Onların 6.775 nəfəri şəhərdə yaşamaqdadır. === Milli tərkib === Aralıq ilçəsi : əhalinin təxminən 60 %-i kürdlərdən, 40 %-i isə azərbaycanlılardan ibarətdir.
Asma (İğdır)
Asma — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildə Asma olaraq qeyd edilir. 1914-ci il qeydlərində Osma Qışlağı olaraq qeyd edilir == Coğrafiyası == İğdırdan 33 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 211 nəfər kürd yaşayırdı.
Ağaver (İğdır)
Ağaver — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 20 avqust 1745-ci ildə Nadir Şah ilə Osmanlıların "Vağaver" adı verilən yerdə döyüşməsi qeyd edilmişdir. 1901 və 1928-ci illərdə aparılaq qeydlərə görə kəndin adı ermənicədə "duz hörən" anlamına gələn "Ağaver" şəklinde keçir. 1960-cı ildən sonra adı "Çavuşbaxça" olaraq dəyişdirilir. Uzun illər bu adla qeydlərə keçir. 2010-cu ildə təkrar "Ağaver" olaraq adlandırılır. == Coğrafiya == Kənd İğdır il mərkəzindən 12 km uzaqlıqdadır. Ağaver kəndinin şərqində Kadıqışlaq, cənub-şərqində Yüzbaşılar, güneyində Qazancı və Sarıçoban kəndlərinin əkin tarlaları, qərbində isə Hakmehmet kəndi yerləşir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 241 nəfər azərbaycan türkü yaşayırdı.
Ağyumaq (İğdır)
Ağyumaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901 və 1928 illərdəki mənbələrdə Qızılzakir olarak qeyd olunur. Adı 1960-cı ildə "Ağyumaq" olarak dəyişdirilmişdir. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 184 erməni və 300 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 5 km uzaqlıqdadır.
Aşağıçarıqçı (İğdır)
Aşağıçarıqçı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901-ci ildən bəri eyni adı daşıyan kəndin adı, Yıva boyu qəbiləsindən olan Yaruk (Caruk/Çaruk) bəyin adından gəlir. == Əhalisi == 1886-cı ilo məlumatına görə kənddə 186 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 9 km uzaqlıqdadır.
Aşağıərhacı (İğdır)
Aşağıərhacı — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901-ci il qeydlərində Ərgənci adını daşıyırdı. 1914-cü ildən bəri isə hazır ki, adını daşıyır. == Əhalisi == 1886-cı il məlumatına görə Aşağı ve Yuxarı Ərhacı kəndləri "Ərhacı" adı altında tək bir kənd olarak qeydə alınır ve 1157 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 3 km uzaqlıqdadır. İğdır il mərkəızinə ən yaxın kənddir.
Bayraqtutan (İğdır)
Bayraqtutan — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 17 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi Oğuzların 24 boyundan biri və Mahmud Qaşğarlının Divanı Lüğəti-Türk əsərində qeyd olunan iyirmi iki Oğuz boyundan ondördüncüsü İğdırlara mənsub Azərbaycan, Dağıstan və İran Xorasan türklərindən ibarətdir. Kəndin əvvəlki adı Ərəbkirli olmuşdur. 1980-ci ildə kəndin adı Bayraqtutan olaraq dəyişdirilmişdir. Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönəmdə geri dönmək başlamışdır. == Coğrafiya == İğdırdan 17 km uzaqlıqdadır.
Bendemurat (İğdır)
Bendemurat — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1914-cü ildə bu adı daşımaqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 158 kürt və 56 nəfər azərbaycan türkü yaşayırdı. Kənddə əhalinin az olmasının səbəbi qan davası səbəbiylə bu yerlərdən çox sayda insanın köç etməsidir. == Coğrafiyası == İğdır mərkəzindən 39 km uzaqlıqdadır.
Daşlıca (İğdır)
Daşlıca — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 25 km uzaqlıqdadır. Kəndin bir məhəllsi olan Tarlabaşının əvvəlki adı Qarahisar olmuşdur. == Əhalisi == 1886-cı il məlumatına görə kəndin Tarlabaşı məhəlləsində 33 nəfər azərbaycan türkü və kəndin özündə isə 72 kürd yaşayırdı.
Duzluca (İğdır)
Duzluca (türk. Duzluca) — İğdır ilinin ilçəsi. 1992-ci ildə İğdırın Qars ilindən ayrılaraq müstəqil il olmasından əvvəl bu ilçə Qarsa bağlı idi. == Ümumi məlumat == Keçmiş adı "Kulp"dur. Duzluca ilin qərbində yer almaqdadır. Dağlıq ərazilər üstünlük təşkil edir. Suyunun bol və ləzzətli olması, hər türlü tərəvəz və meyvənin yetişə bilməsi bölgəyə ayrı bir önəm qatmaqdadır. Türkiyəyənin İran, Azərbaycan və Ermənistana bağlanan quruyolu Duzlucadan keçir. 1253.5 km²-lik bir sahəyə sahib ilçə, İğdır ili torpaqlarının (3587.81 km²) təxminən % 35,4'ini təşkil edir. Duz mədənləri burada yerləşir.
Emincə (İğdır)
Emincə — Türkiyənin İğdır ilinı daxil olan Aralıq ilçəsində kənd. Tarixən Qərbi Azərbaycanın Gərnibasar mahalı ərazisinə daxil olmuşdur. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdır il mərkəzindən 53 km, Aralıq ilçə mərkəzinə 8 km uzaqlıqdadır.
Enginalan (İğdır)
Enginalan — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901 və 1928-ci il mənbələrində ermənicədə "kurqan" anlamına gələn Pulur şəklində keçməkdədir. == Coğrafiyası == İğdırdan 8 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 1463 erməni yaşayırdı.
Evci (İğdır)
Evci — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 9 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 1277 nəfər erməni yaşayırdı.
Gülpınar (İğdır)
Gülpınar — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901-ci il mənbələrində "Muçi", 1928-ci il mənbələrində Muçe olarak qeyd olunur. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 228 nəfər azərbaycan türkü yaşayırdı. 2014-cü il məlumatında kənddə yaşayan 250 insan Mehmet Öztürk ad və soyadını daşımaqdadır. == Coğrafiyası == İğdır mərkəzindən 15 km uzaqlıqdadır.
Güngörməz (İğdır)
Güngörməz — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1901-ci ildən bəri Güngörməz adını daşıyır. Kəndin bu cür adlanması onun yerləşdiyi gövqe ilə əlaqədardır. == Əhalisi == 150-ci ildə-cı il məlumatına görə kəndin Qızılgüllə məhəlləsində 165 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 40 km uzaqlıqdadır.
Hakmehmet (İğdır)
Hakmehmet — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İğdır şəhərindən 13 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == 17 sentyabr 1919-cu ildə kənddə ermənilər tərəfindən öldürülmüş 53 şəhidin şərəfinə İğdır valiliyi tərəfindən 4 avqust 2002-ci ildə xatirə abidəsi qoyulmuşdur. == Coğrafiya == Kənd Iğdır şəhərindən 13 kilometr uzaqlığda yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir. == İnfrastruktur == Kənddə ibtidai məktəb fəaliyyət göstərir. İçməli su şəbəkəsi olsa da, kanalizasiya yoxdur. Sağlamlıq ocağına sahibdir.
Harmandöven (İğdır)
Harmandöven — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == kəndin adı 1918-ci il mənbələrində Harmaşen, 1928-ci il qaynaqlarında Germaşov və 1946-ci ildə isə Germeşof olaraq keçməkdədir. Kəndin öncəki adı çevrədə yetişən germeşof bitkisinin adından gəlməkdədir. 1960-cı ildə sonra "Harmandöven" adını almışdır. == Coğrafiyası == İğdırdan 39 km uzaqlıqdadır. Kəndin qüzeyində Karvansaray məhəlləsi və Nişanqaya; şərqində Mezraa; qərbində Asma; güneyində isə Şərqi Bəyazidin Qucaq kəndi yer alır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 251 nəfər kürd yaşayırdı. Kəndin Karvansaray adlı məhəlləsində isə o dönəmdə 211 kürd yaşamışdır.
Kadıqışlaq (İğdır)
Kadıqışlaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. 1919-cu ildə erməni daşnaq qüvvələrinin basqınına uğrayır və o zamanlar 70 evdən ibarət olan kənddə qətliyamdan sonra çox az müsəlman canını qurtara bilmişdir. Kənd Nəcəfalı kimi daşnaqlar tərəfindən yandırılmışdır. == Coğrafiyası == İğdırdan 13 km uzaqlıqdadır. Kəndin qüzeyində Ermənistan ilə sərhəd xəttini təşkil edən Araz çayı; güneyində Yüzbaşılar və Nəcəfali; qərbində Sarıçoban və Çavuşbağça; şərqində isə Mürşüdəli kəndləri yer alır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 354 nəfər azərbaycan türkü və 293 erməni yaşayırdı.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
Mezraa (İğdır)
Mezraa — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci il qaynaqlarında Xarabemezra olaraq qeyd edilir. Kənd 1928-ci ildən bəri eyni adı daşıyır. == Coğrafiyası == İğdırdan 28 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 90 kürd yaşayırdı.
Quzugüdən (İğdır)
Quzugüdən — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == 1928-ci ildən bu adı daşıyır. == Əhalisi == 1886-cı ilo məlumatına görə kənddə 218 nəfər azərbaycan türkü yaşayırdı. == Coğrafiyası == İğdır mərkəzindən 16 km uzaqlıqdadır.
Qaragüney (İğdır)
Qaragüney — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Əvvəllər bir qəsəbə olan kənd 2000-ci ildən sonra kənd statusu almışdır. == Coğrafiyası == İğdırdan 39 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 65 nəfər kürd yaşayırdı.
Qaraquyu (İğdır)
Qaraquyu — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildə Qaraköy olaraq qeyd edilir. 1928-ci ildə ildən bəri Qaraquyu adını almışdır. == Coğrafiyası == İğdırdan 12 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 591 nəfər kürd yaşayırdı.
Sarıçoban (İğdır)
Sarıçoban — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir. == İnfrastruktur == Kənddə ibtidai məktəb olsa da fəaliyyət göstərmir. İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya və Sağlamlıq ocağı yoxdur. Kəndə gedən yol asfaltlaşdırılmamışdır.
Iğdır
İğdır – İğdır ilinin inzibati mərkəzi olan şəhər və dörd ilçəsindən biri. İğdır Türkiyənin əkinçilik və heyvandarlıq baxımından əhəmiyyətli şəhərlərindən biridir. == Coğrafiya == İlçənin ərazisi 1431.17 km²–dir. == Əhali == 2011-ci ilə olan rəsmi təxminə əsasən ilçənin 127.609 nəfər əhalisi var . Onun 81.162 nəfəri (41.561 nəfər kişi, 39.601 nəfər qadın) ilçənin və eyni zamanda ilinin inzibati mərkəzi olan İğdır şəhərində, 46.447 nəfəri (24.238 nəfər kişi, 22.209 nəfər qadın) isə ilçənin kəndlərində yaşayır . İlçənin bələdiyyələrinin sayı dörddür - İğdır şəhər bələdiyyəsi və 3 kənd bələdiyyəsi : Xəlfəli, Xoşxəbər, Mələkli . Kənd bələdiyyələri eyniadlı kəndlərin ərazisini və əhalisini əhatə edir. === Milli tərkib === İğdır şəhəri : şəhərdə əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil edir. Qalan əhalinin çox hissəsi kürdlərdən və az bir qismi Axısqa türklərindən ibarətdir. 2004-cü ilə olan rəsmi məlumata əsasən İğdır şəhərində 717 nəfər (371 nəfər kişi, 346 nəfər qadın) Axısqa türkü yaşamaqdadır.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Gildir (Heris)
Gildir (fars. گيلدير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 809 nəfər yaşayır (187 ailə).