İKİOTAQLI sif. İki otaqdan ibarət. İkiotaqlı mənzil. – …[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. [Həsrət:] Nəcəfalı əmi, güman eləyirəm ki, yaza qədər həkim məntəqəsi üçün ikiotaqlı bir bina tikə bilərik. B.Bayramov.