immunitet
imperatorluq
OBASTAN VİKİ
I Mixail (imperator)
I Mixail (yun. Μιχαὴλ Ῥαγγαβέ) (təq. 770, Konstantinopol – 11 yanvar 844, Xınalıada) — Bizans imperatoru. == Həyatı == Atası Bizans donanmasında admiral olan Teofilakt Raqabe idi. Gələcəkdə taxtı ələ keçirəcək Nikeforun qızı Prokopiya ilə evləndi və qaynatasının 802-ci ildə hakimiyyəti ələ keçirməsinin ardından sarayda yüksək rütbəyə gətirildi. Qaynatasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə I Nikefor həlak oldu. Oğlu və yeganə varisi Stavrak isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi. Bu səbəblə saray əyanları 2 qrupa ayrıldı: bir qrup əyan imperatorun xanımı Afinalı Teofanonu, bir qrup isə Mixaili dəstəkləyirdi.
I Nikefor (imperator)
I Nikefor (yun. Νικηφόρος)(760 – 26 iyul 811, Pliska) — Bizans imperatoru. == Həyatı == Əslən ərəb mənşəli olduğu qeyd olunur. Frank kralı Böyük Karlla evlənmək niyyətində olan İmperatriça İrinanın devrilməsinin ardından taxtı ələ keçirmişdir. Birinci Bulqar dövlətinin çarı Krum xanla mübarizədə Pliska yaxınlığında məğllub olmuş, ələ keçirilərək edam edilmişdir. Kəsik başından şərab qədəhi hazırlandığı və çara hədiyyə edildiyi rəvayət edilir. 803-cü ildə ortaq imperator elan etdiyi yeganə oğlu Stavrak isə bu döyüşdə ağır yaralanaraq döyüş meydanından qaçırılmış, Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik imperator elan edilmişdir.
İmperator
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.
Artabasd (imperator)
Artabasd (yun. Ἀρτάβασδος) (bilinmir – bilinmir) — Bizans imperatoru. == Həyatı == Ailəsi və doğum tarixiylə bağlı məlumat yoxdur. Erməni əsilli bir əsgər olaraq orduya daxil olmuşdur. 713-cü ildə II Anastasi tərəfindən Anadolu birliklərindən birinə təyin edilmişdir. Bu ərəfədə özü kimi ordu generalı olan Leonun qızıyla evlənərək onun imperator III Feodosiyə qarşı üsyanında iştirak etmişdir. Qaynatasının imperatoru devirərək taxta çıxmasının ardından sarayda nüfuz sahibi oldu. Ancaq qaynatası III Leonun ölümündən sonra (18 iyun 741) taxta çıxan qaynı V Konstantin həm yaşca, həm də təcrübə etibarilə ondan kiçik idi. Üstəlik atası kimi ikonomaxiya cərəyanını dəstəkləyən V Konstantin paytaxt əhalisi və kilsə tərəfindən sevilmirdi. Bundan istifadə edən Artabasd imperatorun ərəblər üzərinə çıxdığı səfər əsnasında əmrindəki birliklərlə arxadan hücum edərək onu məğlub etdi.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi." Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür. Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. == İstinadlar == == Xarici keçidlər == "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Leonti (imperator)
Leonti (yun. Λεόντιος) (660 – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Əslən erməni olduğu iddia olunan Leonti təxminən 660-cı ildə indiki Konya yaxınlığında dünyaya gəldi. Gənc yaşlarında Bizans ordusuna alındı və sürətlə hərbi karyerasını qurdu. İmperator IV Konstantin dönəmində Anadoludakı hərbi birliklərdən birinə rəhbər təyin edildi. 686-cı ildə imperator II Yustinianın əmriylə Əməvi orduları üzərinə şərqi Anadoluya göndərildi. Qəddar və zülmkarlığı ilə şərqi Anadolu və Gürcü çarlığını ələ keçirən Leonti Qafqaz Albaniyasını da tabeliyi altına aldı. Ancaq Leontinin ikinci səfəri ordudakı slavyanların xəyanəti səbəbilə uğursuz oldu. 692-ci ildə Tokat yaxınlığında baş tutan döyüşdə məğlub olan Leonti Konstantinopola çağırıldı və dərhal həbs edildi. 2 illik həbs həyatının ardından 695-ci ildə bağışlanaraq azad edildi və II Yustinian tərəfindən Anadoludakı hərbi birliklərdən birinə təyin edildi.
Stavrak (imperator)
Stavrak (yun. Σταυράκιος)(775 – 11 yanvar 812, Konstantinopol) — Bizans imperatoru. Bizans imperatoru I Nikeforun yeganə oğludur. Anasının adı bilinmir. 803-cü ildə atası tərəfindən ortaq imperator elan edildi. 20 dekabr 807-ci ildə vaxtilə atasının taxtdan endirdiyi İmperatriça İrinanın qohumu Afinalı Teofanoyla evləndirilmişdir. Atasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə atası həlak oldu. Özü isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi.
Tit (imperator)
Titus (30 dekabr 39, Roma – 13 sentyabr 81[…]) — Flavilər sülaləsinə aid, atası Vespasiandan sonra sayca ikinci olan 24 iyun 79-cu ildən ölüm gününə qədər olan Roma imperatorudur. Imperator olduqdan sonra tam adı lat.Titus Caesar divi Vespasiani filius Vespasianus Augustus olmuşdur. İmperatorluğa qədər Tit Yerusəlim məbədinin talan edilib dağıdılması ilə sona yetən yəhudi müharibəsində baş komandan olmuşdur. Bu qələbəsinə görə zəfər yürüşünə və zəfər tağına layiq görülmüşdür. Tit müharibədən əldə etdiyi qənimət hesabına Kolizey in tikintisini sona çatdırır. Ailənin böyük oğlu olan Tit Vespasianın ailəsində 30 dekabr 39 cu ildə Romada dünyaya gəlmişdir. Tit Flavia Domitilla adında bacıya və Domisian adında bir qardaşa malik olmuşdur. Atası əslən adi bir Sabinalı olub Imperator Klavdinin zamanında cəngavər rütbəsinə layiq görülmüşdür. Klavdi və Neronun saray mühitində tərbiyə aldıqdan sonra Tit hərbi xidmətə Almaniya vä Britaniyada başlayaraq, sonradan kvesterə qədər yuksəlir. Neron atası Vespasianı Fələstinə qiyamçı yəhudilərin üstünə göndərdikdə Tit də onu müşayət edir.
Valerian (imperator)
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Yulian (imperator)
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
İmperator Akihito
Akihito (yaponca 明仁; 23 dekabr 1933, Tokio İmperator sarayı[d], Kodzimati-ku[d]) — 125-ci Yaponiya imperatoru (Yamato sülaləsindən). Arvadı - Syoda Mitiko (1959-ci ildən). 1989-2019-ci il yanvarın 7-sində taxta çıxmışdır. Hökmdarlıq dövrü Heysey adlanır.
İmperator Avqust
Sezar Avqust (23 sentyabr e.ə. 63, Roma – 19 avqust 14) — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru. Roma Prinsipatının (Roma imperiyasının ilk mərhələsi) qurucusu olması onun insanlıq tarixinin ən təsir gücünə malik başçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi. Avqustun hakimiyyəti Pax Romana adlanan dinclik dövrünün başlanğıcını qoydu. İmperiyanın ərazisini genişləndirmək uğrunda sərhədlərdə davam edən işğallara və 4 fərqli imperator tərəfindən idarə olunması ilə nəticələnən bir illik vətəndaş müharibəsinə baxmayaraq, romalılar iki əsrdən çox genişmiqyaslı münaqişələrdən uzaq qaldı. Əsl adı Qay Oktavi olan Avqust pleybeylərin ekvit qoluna mənsub köklü və varlı bir ailədə dünyaya göz açdı. Anasının dayısı Qay Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirildi və Sezarın vəsiyyətinə əsasən, Avqust onun oğulluğu və varisi elan olundu; beləcə, Sezarın adı, mal-mülkü və legionları ona miras qaldı. Avqust, Mark Antoni və Markus Lepid Sezarın qatillərini məğlub etmək üçün İkinci Triumvirat qurdular.
İmperator Cimmu
İmperator Cimmu (13 fevral e.ə. 711 – ən tezi 11 mart e.ə. 585 və ən geci 9 aprel e.ə. 585, Kasixara[d], Nara prefekturası) — Yapon ənənəsinə əsasən Yaponiyanın ilk imperatoru. Adətən hakimiyyətə başladığı il E.ə. 660-cı il kimi qəbul edilir. Mifoloji inanca görə o, Yapon tanrısı Uqayafukiaezu və ilahə Tamayori-bimenin övladıdır. Hakimiyyətə başladığı 11 fevral günü Yaponiyada Milli Bünövrə Günü kimi qeyd olunur.
İmperator Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
İmperator Murakami
İmperator Murakami (2 iyun 926, Heyan-kyo[d] – 5 iyul 967, Heyan-kyo[d]) — 62-ci Yaponiya imperatoru. 「新编 日本史 辞典」 (Yapon tarixinin Lüğəti) / 京 大 日本史 辞典 编纂 会. - 东京:. 东京 创 元 社, 1994 - P.1057-1058. 「歴 代 天皇 全 史 - 万 世 一 系 を 彩る 君臨 の 血脈」 (歴史 群像 シリーズ (69)) (Yaponiya imperatorları bütün tarixi -. Monarchical ailə ağac davamlı line Series "Tarixi portretləri"). - 东京: 学 研, 2003. Rubel VA Yapon mədəniyyəti:. Ənənəvi ictimai və dövlət - Kiyev "Aquilon-Press", 1997.
İmperator Norton
Coşua Abraham Norton (ing. Joshua Abraham Norton; təxminən 1819–8 yanvar, 1880) — ABŞ sakini, 1859-cu ildə özünü "Birləşmiş Ştatların İmperatoru və Meksikanın Protektoru" elan edib və özünə Əlahəzrət Birləşmiş Ştatların İmperatoru Norton I və Meksika Protektoru titulunu götürüb. San-Fransisko şəhərində öz valyutasını buraxmış, hətta dollarları bir neçə restoran tərəfindən qəbul edilmişdir. 1870-ci ildə keçirilmiş siyahıalmada isə peşəsi "imperator" olaraq göstərilmiş və "dəli" olduğu qeyd olunmuşdur. Radio-epizod Dissoving Parties Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine и Royal Wardrobe Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine из прокламаций императора Нортона I , 1862–69. California Legacy Project. Radio-epizod Norton Imperator Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine a tribute poem by Dr. George Chismore,1880. California Legacy Project.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
İmperator dağlaləsi
İmperator iynəcə
İmperator iynəcə (lat. Anax imperator) — İynəcələr dəstəsinə, Cırcımalar fəsiləsinə aid növ. İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 62–82 mm təşkil edir. Erkək fədlər mavi, dişi fərdlər isə yaşıl rəngdə olur. Bədənin üst hissəsində çıxıntılı uzun qara zolaq gedir. İri mavi-yaşıl rəngli gözləri var. Qanad arakəsməsi ikirəngli olub boz-ağ çalardadır. Qusar, Lənkəran, Masallı rayonlarının ərazisində, Mingəçevir və Varvara su anbarlarının ətraf ərazilərində, Araz su anbarı ətrafı ərazilərdə yayılmışdır. Su və sahil bitkiləri ilə zəngin olan durğun sututarlarında: Su snbarları, kanallar və şirinsulu göllərdə və onların yaxınlıqlarında yaşayırlar. Az saylı olması ilə səciyəvidir.
İmperator laləsi
İmperator pinqvini
İmperator pinqvini (lat. Aptenodytes forsteri) — hazırda dünyada mövcud olan pinqvin növləri arasında çəki və boy baxımından ən irisi olan pinqvin növü. Yetkin sərdin orta boyu 122 sm, çəkisi isə 22 və 45 kq arasında dəyişir. Başı və arxa hissəsi qara, qarın nahiyyəsi isə ağdır. Digər pinqvinləri kimi imperator pinqvinləridə uça bilmirlər. Kral pinqvini ilə birlikdə İmperator pinqvinləri cinsinə daxildilər. Latın adı alman alimi İqonn Fosterin (1729–1798) şərəfinə adlandırılmışdır. Erkəklər 130 sm hündürlüyə və ortalama olaraq 35–40 kq olur. Bəzən çəkisi 50 kq olan fərdlərə rast gəlinir. Dişilər 114 sm boya, 32 kq çəkiyə malik olur.
İmperator pinqvinləri
İmperator pinqvini və ya Böyük pinqvinlər (lat. Aptenodytes) — pinqvinlər fəsiləsinə daxil olan quş cinsi. Elmi adı yunancadan tərcümədə "qanadsız üzənlər" mənasını verir. Bu cinsə daxil olan növlər dünyada daha çox tanınır. İmperator pinqvinləri eyni fəsiləyə daxil digər cinslərdən tam fərqlənir. Onlar çəki və boy baxımından iri olur və yuva qurmurlar. Onlar yumurtanı ayaqları üzərində qarının sallanan dərisi altında saxlayırlar. İmperator pinqvinlərinə daxil olan növlərin DNK analizlərinin aparılması onu göstərmişdir ki, onların yaşı 40 miluon il öncəyə gedir. Bu cinsə daxil olan və Yeni Zelandiya ərazisində yayılan Ridqen pinqvini (Aptenodytes ridgeni) pliosen dövründə yaşamışdır Cinsə üç növ daxil edilsə də yalnız iki növ günümüzdə yaşayır: İmperator pinqvini (Aptenodytes forsteri) və nisbətən kiçik olan kral pinqvini (Aptenodytes patagonicus). Е.А. Коблик.
Postum (imperator)
Markus Cassianius Latinius Postumus (III əsr, Qalliya – 269, Mayns) — Roma imperiyasının qərbində imperator Qallienusa qarşı hakimiyyəti ələ keçirmiş komandir idi və Qalliya İmperiyası kimi də tanınan qısa ömürlü İmperatorluğun qurucusu olmuşdur. Postumus eramızın 260-cı ildən eramızın 269-cu ilinə qədər Qalliya İmperiyasının başında duraraq hökmranlıq etmişdir. John F. Drinkwater: The Gallic empire. Separatism and continuity in the North-Western provinces of the Roman empire A. D. 260–274 (= Historia Einzelschriften. Band 52). Steiner, Stuttgart 1987, ISBN 3-515-04806-5. Ingemar König: Die gallischen Usurpatoren von Postumus bis Tetricus (= Vestigia. Band 31). C. H. Beck, München 1981, ISBN 3-406-04801-3.
Sonuncu imperator
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Dənizlər imperatoru
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
II Manuel (Trabzon imperatoru)
II Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(təq. 1324, Trabzon – 21 fevral 1333, Trabzon) — 11-ci Trabzon imperatoru. == Həyatı == Trabzon imperatoru III Andronikin nigahdan kənar doğulan oğludur. Atasının ailə daxili cinayətlərlə keçən 20 aylıq səltənətinin ardından 8 yaşında ikən taxta çıxarıldı. O əsnada imperiyada yaranan siyasi boşluqdan istifadə edən türkmənlər Trabzona hücum etdi, xeyli qənimət ələ keçirsələr də, ağır itkilərlə geri çəkildilər. Ancaq saray daxilindəki Bizanspərəst əyanların, Konstantinopola qaçan əmisi Vasileyə yazdıqları səltənətə dəvət məktubunun ardından taxtdan endirilərək həbs olundu. Saraydakı bütün tərəfdarları edam edilən II Manuel Komnenos bir il sonra əmisinin əmirylə edam olundu. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
II Rudolf (Müqəddəs Roma imperatoru)
II Rudolf (18 iyul 1552, Vyana – 20 yanvar 1612[…], Praqa, Bohemiya tacı torpaqları[d]) — Müqəddəs Roma imperatoru. == Mənbə == Frucht, Richard C., ed. (2005). Eastern Europe. ABC-CLIO. p. 252. ISBN 978-1-57607-800-6 Wendell E. Wilson, Joel A. Bartsch & Mark Mauthner, Masterpieces of the Mineral World: Treasures from the Houston Museum of Natural Science, Houston Museum of Natural Science Harry N. Abrams/New York, 2004. ISBN 0-8109-6751-0 Simon Winder. Danubia. pp 129–130.
II Vilhelm (Almaniya imperatoru)
II İohann (Trabzon imperatoru)
II İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(1262, Trabzon – 16 avqust 1297, Trapezund imperiyası) — 7-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının 1263-cü ildə vəfatının ardından qardaşları Andronik və Qriqori taxta çıxmışdır. Ancaq qardaşının Elxani Abaqa xan tərəfindən əsir götürülməsinin ardından 1280-ci ildə saray əyanları tərəfindən taxta çıxarılmışdır. Onun səltənətində Bizans imperiyası ilə münasibətlər düzəlmiş, 1282-ci ildə Konstantinopolda imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmişdir. Onun ölkədə olmamasından istifadə edən İmereti çarı VI David bölgədə itirdiyi nüfuzu qazanmaq məqsədilə 1284-cü ildə Trabzona hücum etdi və onun gürcü əsilli ögey bacısı Teodora Komninini imperatriça elan etdi. Ancaq Bizans imperatorundan aldığı hərbi dəstəklə ölkəyə qayıdan II İohann dərhal hakimiyyəti ələ aldı və bacısı Teodora ölkədən qaçdı (1285). Bütün bu siyasi çəkişmələr əsnasında imperiyanın qərb torpaqları türkmənlər tərəfindən ələ keçirildi. 1291-ci ildə Roma papası IV Nikolay tərəfindən yazılan 2 məktubla, II İohann katolik dininə dəvət edilmiş, Qüdsə tərtiblənəcək yeni səlib yürüşünə qatılması təklif edilmişdir.
IV Aleksey (Trabzon imperatoru)
IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon – 26 aprel 1429) — 19-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur. Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi. Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.
IV Leo (imperator)
IV Leo (yun. Λέων ὁ Χάζαρος)(25 yanvar 750, Konstantinopol – 8 sentyabr 780) — Bizans imperatoru. == Həyatı == Atası Bizans imperatoru V Konstantin, anası isə onun ilk xanımı olan Xəzər xaqanının qızı Çiçək Xatundur. Hələ 1 yaşında ikən 751-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. 17 dekabr 769-cu ildə yunan əsilzadələrindən Afinalı İrinayla evləndirildi. Atasının 775-ci ildə vəfatının ardından yeganə imperator olaraq taxta çıxdı. Ertəsi il keçirilən mərasimlə hələ 5 yaşlı yeganə oğlu Konstantini ortaq imperator elan etdi. Ancaq 5 illik qısa səltənəti boyunca xanımının təsiri altında qaldı. Atası və babası kimi bulqarlara və ərəblərə qarşı mübarizə aparan IV Leo, azyaşlı olan ögey qardaşları Antim və Evdokimə Nobilissimus ünvanı verdi. Yaşca daha böyük olan ögey qardaşı Nikeforun rəhbərlik etdiyi üsyanı yatırdı.
IV Lüdviq (Müqəddəs Roma İmperatoru)
Bavariyalı IV Lüdviq (alm. Ludwig‎; 1 aprel 1282 - 11 oktyabr 1347), Vittelsbax sülaləsindən Müqəddəs Roma İmperatoru idi. Lüdviqin 1314-cü ildə imperator seçilməsi mübahisəli idi, çünki onun Habsburq qohumu Gözəl Fridrix eyni vaxtda ayrı-ayrı kürfürstlər tərəfindən hökmdar seçilmişdi. Lüdviq 1322-ci ildə Müldorf döyüşündə Fridrixi məğlub etdi və nəticədə iki tərəf barışdılar. O daha sonra fransız papa XXII İoanna qarşı çıxdı və kilsədən xaric edildi; Lüdviq də öz növbəsində papanı vəzifədən salmağa və antipapa təyin etməyə cəhd etdi. Lüdviq 1294-1301-ci illərdə böyük qardaşı I Rudolf ilə birlikdə Yuxarı Bavariya hersoqu idi, 1323-cü ilə qədər Brandenburq markqrafı və 1329-cu ilə qədər Reyn qraf-palatini idi və 1340-cı ildə Aşağı Bavariya hersoqu oldu. 1742-ci ilə qədər Almaniyanın hökmdarı olmuş son bavariyalı idi. 1345-ci ildə həyat yoldaşı Marqaret bu torpaqları miras aldıqda o həmçinin Eno, Hollandiya, Zelandiya və Frislandiya qrafı oldu. == Hersoq kimi == Lüdviq 1282-ci ildə Münhendə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub. Lüdviqin qismən Vyanada təhsil almasına və 1301-ci ildə Habsburqlu anası və dayısı I Albertin dəstəyi ilə Yuxarı Bavariyada qardaşı I Rudolfun qəyyumu olmasına baxmayaraq, 1307-ci ildə Aşağı Bavariyadakı mülklərinə görə Habsburqlarla münaqişə içində idi.
I Aleksandr (Rusiya imperatoru)
I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777, Sankt-Peterburq – 19 noyabr (1 dekabr) 1825, Taqanroq, Don Voysko vilayəti[d]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu. İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır. == Həyatı == Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777–1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır. Rusiya bu dövrdə İsveçlə (1808–1809), İran (1804–1813), Osmanlı (1806–1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu.
I Aleksey (Trabzon imperatoru)
I Aleksey Komnenos (yun. Ἀλέξιος Κομνηνός) (təq. 1182, Konstantinopol – 1 fevral 1222, Trabzon) — 1-ci Trabzon imperatoru. Atası Bizans imperatoru I Andronikin oğlu Manuel Komnenos, anası isə Gürcü çarı III Qriqorinin qızı Rusudan Baqrationidir. Babasının taxtdan endirilərək öldürülməsinin ardından atasının gözlərinə mil çəkildi və çox keçmədən edam olundu. Anası isə onu və kiçik qardaşı Davidi alaraq bacısı olan Gürcü çariçası Tamaranın yanına qaçdı. 1204-cü ilin martında xalasından aldığı hərbi dəstəklə hərəkətə keçən Aleksey Komnenos müqavimətlə qarşılaşmadan Trabzonu ələ keçirdi. Burada öz hakimiyyətini təmin edərək özünü Trabzon imperatoru, kiçik qardaşı Davidi isə ortaq monarx elan etdi. Qara dənizin şimal sahillərindəki şəhər-dövlətlərini də özünə tabe edən Aleksey Komnenos qısa zamanda Rum sultanlığı, Genuya və Venesiyaya aid ticarət koloniyaları ilə yaxın əlaqələr qurdu. 1 fevral 1222-ci ildə Trabzonda vəfat etdi.
I Andronik (Trabzon imperatoru)
I Andronik Gidos (yun. Ἀνδρόνικος Κομνηνός Γίδος) (XII əsr – 1235, Trabzon) — 2-ci Trabzon imperatoru. Haqqında məlumat azdır. Trabzon imperatoru I Aleksey Komnenosun adı bilinməyən qızıyla evlənmişdir. İmperator 1222-ci ildə vəfat etdiyi əsnada oğulları azyaşlı olduğu üçün Andronik Gidos onun yerinə taxta çıxdı. Onun səltənətində Rum sultanı Əlaəddin Keyqubadın Trabzona olan hücumlarının qarşısı alınmışdır. Daha sonra Yastıçəmən müharibəsində Anadolu səlcuqlarına qarşı Xarəzmşah Cəlaləddini dəstəkləyən Andronik Gidos 1235-ci ildə vəfat etdi. I Aleksey Komnenosun qızıyla olan evliliyindən övladı olmamışdır. == Mənbə == W. Miller, Trebizond: The Last Greek Empire of the Byzantine Era, Chicago 1926. George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
I Ferdinand (Avstriya imperatoru)
I Ferdinand (alm. Ferdinand I.‎; 19 aprel 1793[…], Vyana, Müqəddəs Roma imperiyası – 29 iyun 1875[…], Praqa, Avstriya-Macarıstan) — Avstriya imperatoru, Macarıstan kralı, Çexiya kralı. Fərqli xəstəliklərdən əziyyət çəkən Ferdinand dövlət idarə etməni yaxşı bacarmırdı. Avropanı bürüyən 1848-ci il inqilabları Avstriyaya da təsir etdikdən sonra könüllü şəkildə tacdan imtina etmişdi. Ömrünün sonunu Çexiyada yaşamış, burada "Xeyirxah Ferdinand" (çex. Ferdinand Dobrotivý) ləqəbi almışdı. == Maraqlı faktlar == Ferdinandın şüarı: "Fiat justitia et pereat mundus" (Qoy dünya dağılsın, amma ədalət bərqərar olsun).
I Ferdinand (Müqəddəs Roma imperatoru)
I Ferdinand (10 mart 1503[…] və ya 10 mart 1503, Alkala-de-Enares[d], Kastiliya krallığı – 25 iyul 1564[…] və ya 25 iyul 1564, Vyana) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi. Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi. == Həyatı == Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu. 1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi.
I Jozef (Müqəddəs Roma imperatoru)
I Jozef (26 iyul 1678[…], Vyana – 17 aprel 1711[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası İmperator I Leopold və anası isə onun üçüncü xanımı Eleonora Maqdalenadır. Atasının İspaniya taxtı uğrunda Fransa kralı XIV Lüdoviklə girişdiyi taxt mübarizəsini davam etdirən Jozef qardaşı Karlın taxt iddiasını davam etdirsə də, bu cəhdləri heç bir nəticə vermədi. == Mənbə == David Crowe (2004): A History of the Gypsies of Eastern Europe and Russia (Palgrave Macmillan) ISBN 0-312-08691-1 p. XI p. 36–37 Eder, Karl (1961), "Ferdinand III.", Neue Deutsche Biographie (in German), vol. 5, Berlin: Duncker & Humblot, pp. 85–86 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
I Karl (Avstriya imperatoru)
I Frans İosif (alm. Karl I. Franz Joseph Ludwig Hubert Georg Maria‎; 17 avqust 1887[…] – 1 aprel 1922[…], Funşal[d], Portuqaliya) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru (1916–1918). 1919-cu ildə kral I Karl ölkədən çıxarıldı və İsveçrəyə yollandı.
I Leopold (Müqəddəs Roma imperatoru)
I Leopold (9 iyun 1640[…], Vyana – 5 may 1705[…], Vyana) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır. İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı. == Mənbə == O'Connor, John T. (1978). Negotiator out of Season. Athens, GA: University of Georgia Press. ISBN 0-8203-0436-0 Mckay, Derek (1997).
I Maksimilian (Müqəddəs Roma İmperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459, Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır. == İlk illəri == Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanoranın oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi. Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi.
I Manuel (Trabzon imperatoru)
I Manuel Komnenos (yun. Μανουήλ Κομνηνός) (1218, Trabzon – mart 1263, Trabzon) — 4-cü Trabzon imperatoru. == Həyatı == Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi. Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanını və Nikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi.
I Nikolay (Rusiya imperatoru)
I Nikolay Pavloviç (rus. Николай I Павлович; 25 iyun (6 iyul) 1796, Böyük Qatçina sarayı, Sankt-Peterburq quberniyası[d] – 18 fevral (2 mart) 1855, Qış sarayı) — Romanovlar sülaləsindən olan Rusiya çarı. == Krım müharibəsinin başlamasında rolu == Avstriya imperatorunun xahişi ilə I Nikolay rus qoşunlarının Macarıstanda baş verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar. Yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina edirdi. Məhz bu zəmində "Şərq məsələsi"yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı. Şərq məsələsinin qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya. Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs İttifaqın dağıdılmasına çalışırdı. I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi. Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazlarında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi.
I Pedru (Braziliya imperatoru)
I Pedru (port. Pedro I; 12 oktyabr 1798 – 24 sentyabr 1834) — Cənubi Amerikada "Liberator" ləqəbi ilə tanınmış, Braziliya imperiyasının qurucusu və ilk hökmdarı. 1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə deAndrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi. Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdiı. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800.000 kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu.
I Vilhelm (Almaniya imperatoru)
I Vilhelm (alm. Wilhelm I. Friedrich Ludwig‎; 22 mart 1797[…], Berlin – 9 mart 1888[…], Berlin) — Almaniya imperatoru (kayzer). 18 yanvar 1871-ci ildən Prussiya krallığının 7 oktyabr 1858-ci ildən regenti, 2 yanvar 1861-ci ildən Prussiyanın kralı. Prussiya general-feldmarşalı. Birləşmiş Almaniya İmperiyasının birinci imperatoru Wilhelm həm də ingiltere kralicasının nəvəsidir.
I İohann (Trabzon imperatoru)
I İohann Komnenos (yun. Ἰωάννης Κομνηνός Ἀξούχος) (v. 1238, Trabzon) — 3-cü Trabzon imperatoru. Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı Manuel azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın varisi olanraq qalan İohann, Andronik Gidosun ölümünün ardından 1235-ci ildə imperator oldu. Səltənəti haqqında olduqca az məlumat olan I İohann 1238-ci ildə polo bənzəri bir oyun oynarkən atdan düşüb vəfat etdi. Yanis adlı bir oğlunun olduğu və bu oğlunun ölümündən öncə rahib olaraq kilsəyə qapandığı bilinir. Bu səbəblə ondan sonra taxta qardaşı Manuel çıxdı. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c.
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.

Значение слова в других словарях