I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777[1], Sankt-Peterburq[1] – 19 noyabr (1 dekabr) 1825[1], Taqanroq, Don Voysko vilayəti[d][1][2]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu.[3] İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır.[4]
I Aleksandr | |
---|---|
Александр I | |
24 mart 1801 – 1 dekabr 1825 | |
Əvvəlki | I Pavel |
Sonrakı | I Nikolay |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Rusiya imperiyası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Taqanroq, Rusiya imperiyası |
Vəfat səbəbi | tif xəstəliyi[d] |
Dəfn yeri | |
Atası | I Pavel[1] |
Anası | Mariya Feodorovna[1] |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Rütbəsi | marşal, general-feldmarşal |
Döyüşlər | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777-1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır.Rusiya bu dövrdə İsveçlə (1808-1809), İran (1804-1813), Osmanlı (1806-1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu. Bu atasının qətli ilə izah edilir. 1825-ci ilin noyabrında Taqanroqda ölmüşdü. 1826-cı ilin martın 13-də Petropavlovsk soborunda dəfn edilmişdi. I Aleksandrın həmin vaxt ölmədiyi, tərki-diyarlığı barədə mülahizələr mövcuddur. Bu onun ölümündən 11 il sonra Sibirdə Fyodor Kuzmiç adlı bir zahidin peyda olması ilə əsaslandırılır.