improvisieren
impulsiv
OBASTAN VİKİ
İmpuls
Cismin kütləsi ilə sürəti hasilinə bərabər olan kəmiyyətə impuls deyilir. p → = m v → {\displaystyle {\vec {\mathbf {p} }}=m{\vec {v}}} Burada p {\displaystyle \mathbf {p} } (vahidi k q ⋅ m s a n {\displaystyle {\frac {kq\cdot m}{san}}} ) impuls, m {\displaystyle m} (vahidi k q {\displaystyle kq} )cismin kütləsi və v {\displaystyle v} (vahidi m s a n {\displaystyle {\frac {m}{san}}} ) cismin sürətidir. Impuls vektorial kəmiyyətdir və sürət istiqamətində yönəlir. İmpulsun, Qüvvə impulsu kimi növüdə var. Qüvvə F {\displaystyle F} ilə onun Δ t {\displaystyle \Delta \mathbf {t} } təsir müddətinin hasilinə bərabər olan kəmiyyətə qüvvə impulsu deyilir. Cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. Δ p → = m v → − m v → 0 = F → Δ t {\displaystyle \Delta {\vec {\mathbf {p} }}=m{\vec {v}}-m{\vec {v}}_{0}={\vec {\mathbf {F} }}\Delta \mathbf {t} } Qüvvə impulsunun tapılmasının bəzi tətbiqlərinə baxaq: a) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə eyni istiqamətdə yönəldikdə; Δ p = m v 2 − m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}-mv_{1}} } b) Cismin əvvəlki və sonrakı impulsları bir düz xətt üzrə əks istiqamətdə yönəldikdə; Δ p = m v 2 + m v 1 {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv_{2}+mv_{1}} } c) Cismin perpendikulyar istiqamətdə səth ilə elastik toqquşarsa, Δ p = 2 m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {2mv} } , plastiki toqquşarsa Δ p = m v {\displaystyle \Delta \mathbf {p} =\mathbf {mv} } olar. d) Ümumi halda, yəni p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } müxtəlif istiqamətlərdə olarsa, Δ p {\displaystyle \Delta \mathbf {p} } -nin qiyməti kosinuslar teoreminə görə tapılır: Δ p = p 1 2 + p 2 2 − 2 p 1 p 2 cos ⁡ α {\displaystyle \Delta \mathbf {p} ={\sqrt {p_{1}^{2}+p_{2}^{2}-2p_{1}p_{2}\cos \alpha }}} Burada α {\displaystyle \mathbf {\alpha } } − {\displaystyle -} p 1 {\displaystyle \mathbf {p_{1}} } və p 2 {\displaystyle \mathbf {p_{2}} } vektorları arasındakı bucaqdır deyildir təkan, səbəb, stimul; fiziologiyada qeyri-iradi hərəkət; mexanikada hərəkət prosesində əldə olunan orta əhəmiyyətə malik qüvvə; elektronikada elektrik cərəyanının sürətli və qısa müddətli sıçrayışı; hər hansı bir hərəkəti doğuran daxili səbəb, təkan. Məsələn, yaradıcılıq impulsu. İradə impulsu.
Akustik impuls
Akustik impuls 1) Qısamüddətli kəskin təzyiq dəyişməsinə malik qaçan səs dalğası, məsələn, partlayış, qığılcım boşalması, cismlərin toqquşması nəticəsində yaranan səs dalğaları. Belə impulsların tərkibində həm yüksək, həm də aşağı təzyiqli sahələr mövcuddur. Onların spektri səltdir. Spektrin maksimum periodu akustik impulsun davametmə müddətinə yaxın olan rəqslər oblastında yerləşir; 2) Tərkibində rəqs dövrlərinin sayı ondan bir neçə yüzə qədər olan (dolmuş akustik impuls adlanan radio impulsun analoqu) kvaziharmonik rəqslərdən ibarət dəstə şəklində səs dalğaları. Əksər hallarda bir-birinin ardınca müəyyən tezliklə təkrar olunan ardıcıllıq müddəti bir akustik impuls müddətindən çox böyük olan identik dolmuş akustik impuls istifadə olunur. Akustik impuls məhdud həcmlərdə akustik tədqiqatlar apararkən göndərilən və qayıdan siqnalları bir-birindən zaman kəsiyində fərqləndirmək, hidroakustika tədqiqatlarında dəniz mühitinin xassələrini tədqiq etmək və dərinliyi ölçmək üçün, hidroloka siyada, US defektoskopiyasında və s. sahələrdə istifadə olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Elektromaqnit impuls
Elektromaqnit impuls (ing. Electromagnetic pulse, EMP) partlayışdan sonra meydana gələn (əsasən nüvə partlayışları) və elektron cihazlara zərər verən dalğalardır. İlk dəfə 1991-ci ildə Körfəz müharibəsində ABŞ tərəfindən elektron bomba (e-bomba) kimi istifadə edilmişdir. ABŞ-nin 2003-cü ildəki İraq müharibəsində də istifadə etdiyi iddia edilir. Nüvə partlayışlarından istiqamətlənən elektromaqnit sahəsinə elektromaqnit impulsu deyilir. Elektromaqnit impulsun yaranması Komptonov (ingilis alimi) mexanizmi nəticəsinə əsaslanır. Nüvə partlayışı anında küllü miqdarda qamma kvantlar və neytronlar yayılır. Partlayışın qamma-kvantı, ətraf mühitin atomları ilə qarşılıqlı təsirdə, müsbət yüklü zəif ionlar və cəld elektronlar əmələ gətirir ki, bunlar da yeni qamma-kvantların törəmələri istiqamətində hərəkət edirlər. Nəticədə ətraf mühitin bu boşluğunda sərbəst elektrik cərəyanı və yüklü sahə əmələ gəlir. Öz növbəsində cəld elektronlar mühitdə ionlaşaraq, müsbət yüklənmiş ionlar və zəif elektronlar yaradırlar.
Mavi İmpuls
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Lazer impuls analizi
Lazer impuls analizi — maye, bərk və pastavari maddələrin istilik keçiriciliyini və termal diffuziyasını ölçmək üçün son illərdə istifadə olunan metoddur. == Ümumi məlumat == Materialların termofiziki xüsusiyyətləri və alınnan son məhsullarda istilik köçürmələrinin optimallaşdırılması barədə məlumatlar sənayedə istifadə üçün vacib amillərdən biridir . Yarımkeçirici materialların, LED-lərin, optik disklərin yazılması və onların yaddaşı üçün texnologiyaların öyrənilməsində, düz ekranlar yaratmaqda incə plyonkaların termofiziki xüsusiyyətləri getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu, sənaye sahələrində cihaza xüsusi bir funksiya vermək üçün altlıqda ince bir tətbiq olunur. İncə plyonkaların fiziki xüsusiyyətləri həcmli olan materialların xüsusiyyətlərindən fərqləndiyindən, bu məlumat istilik proseslərinin dəqiq proqnozlaşdırıla bılən nəzarətinə ehtiyac duyur. Qalınlığı 80 nm-dən 20 mikrona qədər olan incə plyonkaların termofiziki xüsusiyyətlərini analiz etmək üçün, ümumi olaraq tanınan lazer flaş üsulu əsasında, məsələn, LAZER impuls cihazı LİNSEİS (TF-LFA) bir sıra yeni imkanlar təklif edir. == Yuksək sürətli lazer flaş metodu == (nümunənin arxa tərəfinin istiləşməsi, ön deteksiyası (RF)) İncə təbəqələrin və plyonkaların istilik xüsusiyyətləri həcmli olan müvafiq materialların xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndiyindən, onların tədqiqi ücün klassik lazer flaş metodunun məhdudiyyətlərindən üstün bir üsul tələb olunur — yuksək sürətli lazer flaş metodu. Ölçmə, həndəsi standart lazer flaş üsulu ilə eynidir: detektor və lazer nümunənin qarşı tərəfində yerləşir. İQ detektorları incə qatların ölçməsi üçün çox asta olduğundan, deteksiya termo-əks (reflective) etdirici üsul ilə həyata keçirilir. Bu üsulun əsas məğzi, materialın qızdırıldığı zaman, onun səthinin əksedirici qabiliyyətinin dəyişilməsi istilik xüsusiyyətlərini müəyyən etmək üçün istifadə edilə bilər.

Значение слова в других словарях