1. Qırılma, sınma.
// fiz. köhn. İşıq şüalarının şəffaf bir şeyin içindən keçərkən sınması, istiqamətini dəyişməsi.
2. məc. Qəlbi qırılma, ürəyi sınma, incimə, xatirinə dəymə.
◊ İnkisari-xatir (qəlb) – könlü sınma (qırılma), ürəyi sınma.
İnkisari-xəyal – gözlədiyi ümidlərin, arzuların boşa çıxması dolayısı ilə insanda doğan məmnuniyyətsizlik hissi; məyusluq, ümidsizlik.
Görünür ki, Fərhadı inkisari-xəyala salan ən əsas fakt rəiyyətin halı deyil, özünün çıxılmaz vəziyyəti, gücsüzlüyü, əmisinin arzularına oyuncaq olmasıdır.
…Paşa atasını inkisari-xəyala uğratmamaq üçün onun sözlərini ucadan təsdiqlədi.
Küçəyə çıxdıqda, zülmət içində addımladıqda ani bir inkisari-xəyal məni aldı.