İnsan yaddaşında semantik sahənin yaranması

müvafiq sahədə sərbəst ünsiyyətin mühüm şərtidir.
İnformasiyanın işçi mənbələri
İntensional metamətn
OBASTAN VİKİ
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. == Tarixi == "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
Xristianlığın yaranması
== Yaranma öncəsi == Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur. Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi. Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar.
İnsan
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
İnsanın meymundan yaranması
"İnsan meymundan yaranıb" tezisi Çarlz Darvin və darvinistlərlə əlaqəli məşhur bir tezisdir, lakin ondan əvvəl Jorj-Lui Lekler de Büffon tərəfindən də ifadə edilmişdi. Ç.Darvin daha konkret olaraq insanın Köhnə Dünyanın qədim meymunlarından törədiyini və dar burunlu meymunlar qrupuna aid olduğunu yazmışdır. Darvinin tezisi paleontologiya və genetikanın müasir məlumatlarına uyğundur. Populyar fikir belədir ki, “insan meymundan əmələ gəlməyib – insanla meymunun ortaq əcdadı olub”. Bu ifadənin yanlışlığı ondan ibarətdir ki, həm insanın özü, həm də onun müasir meymunlarla sonuncu ortaq əcdadı bu alt sıra daxilində Meymunlar (lat. Haplorhini) və Hominidlər ailəsinə (lat. Hominidae) mənsubdur. Meymunlar və ya "quru burunlu" primatlar (lat. Haplorhini) həm Homo sapiens növlərini, həm də onun bir sıra nəsli kəsilmiş əcdadlarını əhatə edən məməlilər sinfinin primatlar dəstəsinin alt sırasıdır. İnsanlara ən yaxın olan müasir bioloji növlər şimpanze (lat.
Adəmin yaranması (film, 1993)
Adəmin yaranması filmi rejissor Yuri Pavlov tərəfindən 1993-cü ildə ekranlaşdırılmışdır. Kinopovest ilahi məhəbbət haqqındadır. Film "Cavanşir Kamandar" kinostudiyası (Borçalı) və "Neva" kinostudiyası (Sankt-Peterburq) tərəfindən istehsal edilmişdir. Filmdə əsas rolları Saulyus Balandis, Sergey Vinoqradov, İrina Metlitskaya, Anjelika Nevolina, Aleksandr Strijenov, Yuri Ovsyanko, İlya Şakunov və Aleksey Palçek ifa edirlər. == Məzmun == Film Andreylə onun qoruyucu mələyi Filippin münasibətlərindən bəhs edir. Andrey Filippin mələk olduğunu bildikdə ona inanmır və ondan qaçır. Sonda mələk həmişəlik yoxa çıxır. Film ilahi məhəbbət haqqındadır. == Festival və mükafatlar == 1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kinofestivalı filmə kino tənqidçilərinin Prizi verilmişdir. 1994-cü ildə ABŞ-nin San-Fransisko şəhərində "Tamaşaçı prizi" almışdır.
Azərbaycanda notariat institutunun yaranması
Azərbaycanda notariat institutunun yaranması - Azərbaycanda notiarat sisteminin keçdiyi tarixi dövrü özündə birləşdirən mərhələ. == Sistemin yaradılması == XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı zəbt etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olur. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub. Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.
Balerinanın yaranması (film, 1972)
Balerinanın yaranması qısametrajlı sənədli filmi rejissor Sona Əlibəyova tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir. == Məzmun == Filmdə gənc balerinalar-Rəna, onun rəfiqələri Cəmilə və İranın istedadının çiçəklənməsindən söhbət gedir. Biz onların Bakıdakı Xoreoqrafiya məktəbində bu sənətin incəliklərinə necə yiyələnmələrinin şahidi oluruq. İxtisas üzrə yuxarı sinif şagirdlərinin pedaqoqu olan Leyla Vəkilova öz şagirdlərinin məşqlərini diqqətlə izləyir. Onun qeyri-adi, ifadəli "əlləri danışır", uşaqlara nəyi isə başa salır. Bu qızlara və oğlanlara baxarkən inanırsan ki, Azərbaycan baletinin sabahı etibarlı əllərdədir.
İnsanın meymundan yaranması (tezis)
Ağciyərlər (insan)
Sağ və sol ağciyərlər (lat. pulmo dexter et sinister, yun. pneumon) — döş qəfəsində yerləşmişdir; aşağı səthləri diafraqmaya və içəri səthləri ürək kisəsinə söykənmişdir. Sağ diafraqma günbəzi sol günbəzdən yüksək olduğuna görə və ürək asimmetrik vəziyyət aldığı üçün, ağciyərlərin həcmi və şəkli müxtəlif olmalıdır. Sağ ağciyər sol ağciyərdən qısa, geniş və həcmlidir. Normal ağciyərlərin rəngi uşaqda açıq çəhrayı olur, böyüklərdə isə getdikcə rəngi dəyişib tündləşir, xarici səthində qara ləkələrə təsadüf olunur. Bu ləkələrin yaranması xaricdən hava ilə ağciyərlərə daxil olan kənar cisimlərdən (toz, tüstü və s.) asılıdır. Ağciyərlər böyüklərdə orta dərəcədə hava ilə dolduğu zaman aşağıdakı ölçülərdə olur; şaquli ölçüsü 25–27 sm, sagital ölçüsü (əsasında) 16–17 sm, frontal ölçüsü sağ tərəfdə 10 sm və sol tərəfdə 7 sm. Ağciyərlərin tutumuna gəldikdə görürük ki, insan dərin nəfəs aldıqda, yəni döş qəfəsi maksimum böyüdükdə, sağlam ağciyərlər 5000 sm³ hava tutur. Dərin nəfəs verdikdən sonra ağciyərlərdə 1500 sm³ hava qalır, beləliklə dərin nəfəs alma və dərin nəfəs vermə arasında 3500 sm³ fərq vardır.
Bacarıqlı insan
Homo habilis, bacarıqlı insan — əmək alətləri hazırlaya bilən, dik qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Baş (insan)
Baş (lat. Caput) — heyvan və ya insan bədənində beynin, görmə orqanlarının, dadın, qoxunun, eşitmə və ağızın yerləşdiyi hissəsi. Onurğalılar və həşəratların ayrı bir başı var. İnsan başının ön hissəsinə üz və ya sifət adlanır. Adətən baş bədənə boyun vasitəsilə bağlanır. Boyun başın dönməsinə və məkanda müəyyən bir mövqe tutmasına imkan verir.
Cins (insan)
Cins (cinslilik olaraq da adlandırılır ) , kişi və qadının arasındakı cinsilik əsaslı bioloji fərqliliyi və feminist nəzəriyyədə qadın və kişi davranışı arasındakı ictimai olaraq inşa edilmiş fərqlilikləri göstərən və bu istiqamətiylə fərqli məzmunlarda fərqli istifadəyə sahib bir anlayışdır. Gender anlayışı , bir fərdin sahib olduğu fiziologiya , bioloji və genetik xüsusiyyətləri olaraq da təyin oluna bilər. Bu xüsusiyyətlər fərdlər arasında bərabərsizliyin meydana gəlməsi üçün bir səbəb deyil. Bu xüsusiyyət yalnız cinsiyyət fərqi yaradır. Yenə tibb elmlərində gender iki şəkildə; dişi və kişi cinsiyyət olaraq ikiyə ayrılır. == Bioloji və ictimai cinsiyyət == İctimai cinsiyyət anlayışı , bioloji cinsiyyətdən fərqli olaraq , bir adamın , "sosial " və ya " psixoloji" cinsiyyətini müəyyən edir. Söz mövzusu anlayış İngilis dilindən , xüsusilə ictimai cinsiyyət ( gender) ilə bioloji cinsiyyət (sex) arasındakı ayrı-seçkiliyin fərqinə varmaq üçün alınmışdır. Türk dilində " gender " hər iki mənada da istifadə edilə bilər; cəmiyyət və ictimai elmlərdə bu anlayış (gender) xüsusiyyət bir texniki termin olaraq funksionallıq qazanmaqdadır. Bioloji mənada , iki cins vardır : Qadın və kişi. Artma sistemləri , bu cinsiyyətləri ayıran xüsusiyyətdir.
Kamil insan
Kamil İnsan — (ərəb. الإنسان الكامل‎) İslam teologiyası, irfanı, sufiliyi və mistikasında geniş yayılmış anlayış. == Terminin məzmunu == İslam baxımından kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İslama görə kainatda ən kamil insan əfəndimiz Hz Məhəmməd (s) ibn Abdullahdır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır. Əgər biz kamil müsəlman olmaq və dini təlim-tərbiyə əsasında insani kamilliyə çatmaq istəyiriksə, kamil insanın necəliyini, yəni onun mənəvi və ruhi xüsusiyyətlərini öyrənməliyik. Biz bu barədə hərtərəfli məlumatlar əldə etdikdən sonra özümüz və yaşadığımız cəmiyyəti onun me᾽yarları əsasında formalaşdıra bilərik.
Orqan (insan)
Orqan — bənzər funksiyaya sahib toxuma qrupu. Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar isə orqanlar sistemini, və sonda orqanlar sistemidə orqanizmi əmələ gətirir. Hər hansı bir orqanizmdəki orqanların sayı işlədilən terminlərin sayı ilə müəyyən olunur. İnsan bədənində 79 orqan olduğu qəbul olunur. == Orqanlar sistemi == Qan-damar sistemi — ürək və ondan çıxan damarları əhatə edən, qanın bədəndə dövranını təmin edən sistem; Həzm sistemi — tüpürcək vəziləri, qida borusu, mədə və bağırsaqlardan ibarət sistem; İfrazat sistemi — böyrəklər, sidik boruları, sidik kisəsi və sidikburaxan kanaldan ibarət sistem Tənəffüs sistemi — nəfəs borusu, traxeya, bronxlar, ağciyərlər və diafraqmadan ibarət sistem; Endokrin sistemi — hipofiz, epifiz və s. vəzilərdən ibarət sistem; Sinir sistemi — baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarət sistem; Skelet-dayaq sistemi— sümüklər, oynaqlar və bağlardan ibarət sistem; Əzələ sistemi — əzələlərdən ibarət sistem; Cinsiyyət sistemi — cinsi əlaqədə olmaq üçün nəzərdə tutulan orqanlardan ibarət sistem.
Skelet (insan)
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. == Skelet haqqında ümumi məlumat == Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Universal insan
Universal insan, ensiklopedist, polimat (Yunanca: πολυμαθής, romanlaşdırılmış: polymathēs, lit. ‘çox öyrənilmiş’; Latınca: homo universalis, lit. ‘universal insan’) biliyi xeyli sayda mövzunu əhatə edən və kompleks strukturlardan istifadə etdiyi məlum olan fərddir. Xüsusi problemlərin həlli ilə bağlı biliklər. Qərbi Avropada polimatiya terminini öz başlığında istifadə edən ilk əsər (De Polymathiatractatio: integri operis de studiis veterum) 1603-cü ildə Hamburq filosofu İohann von Vuern tərəfindən nəşr edilmişdir. Von Wowern polimatikanı "hər cür tədqiqatlardan əldə edilən müxtəlif mövzular üzrə biliklər… intizamların bütün sahələrində sərbəst şəkildə yayılan, insan şüurunun onları yorulmaz bir sənaye ilə izləyə biləcəyi dərəcədə" kimi təyin etdi. Von Voern hikməti, ədəbiyyatı, filologiyanı, filomatiyanı və çox tarixini sinonimlər kimi sadalayır. Termin ingilis dilində qeydə alınmış ən erkən istifadəsi 1624-cü ildə Robert Burton tərəfindən yazılmış The Anatomy of Melancholy kitabının ikinci nəşrindədir; Polimatist forması bir qədər köhnədir ilk dəfə 1621-ci ildə Riçard Montaqunun Ondalıq Tarixinin mərhum hissəsində Diatribae-də görünür. Oxşar polihistor termininin ingilis dilində istifadəsi 16-cı əsrin sonlarına aiddir. Polimatlara elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin bir neçə sahəsində üstün olan İntibah və Maarifçiliyin böyük alimləri və mütəfəkkirləri daxildir. İtalyan İntibahında, polimat ideyası, iddiaya görə, özü də polimatik Leon Battista Alberti (1404–1472) tərəfindən "insan istəsə hər şeyi edə bilər" ifadəsində ifadə edilmişdir. Qotfrid Leybnits tez-tez polimat kimi görünürdü.
Ürək (insan)
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
İnsan kapitalı
İnsan kapitalı — insanın cəmiyyətdə özünü tam realizə etmək və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün insanın biliyinin, bacarığının, əlaqələrinin, peşəkarlığının cəmi. Bu intellekt, sağlamlıq, bilik, keyfiyyətli əmək və keyfiyyətli həyat şəraitidir. İlk dəfə termin Teodor Şuls tərəfindən işlədilib, sonradan davamçısı Heri Bekker tərəfindən inkişaf etdirilib. İsbat edilib ki, insan fəaliyyətinə effektli iqtisadi baxış çox vacibdir. İlk dövrdə insan kapitalı dedikdə, insana sərf edilən investisiya başa düşülürdü. Sonradan anlayış genişləndirildi, bura insanın istehlak xərcləri — ailəsinə çəkilən xərc, təhsil, səhiyyə xərcləri, mədəni tələbləri aid edilməyə başlandı. Bu sahəyə dövlətin də xərcləri aid edilir. == Ədəbiyyat == Shultz T. Human Capital in the International Encyclopedia of the Social Sciences. N. Y., 1968, vol. 6.
İnsan qripi
İnsan qripi o qriplərə deyilir ki Ortomiksoviridə (Orthomyxoviridae) viruslari ilə törənir. Bu qrip insanlar arasında endemikdir. İnsan Qripi virusları üç bölüm olur: A, B və C virusları. Bu viruslar insandan-insana keçerek, yeni öskürük ve asqırıq neticesinde yaranır.
İnsan qırxayağı
«İnsan qırxayağı (Birinci Ardıcıllıq)» (ing. The Human Centipede (First Sequence)) — 2009-cu ildə Tom Siks tərəfindən çəkilmiş Niderland qorxu filmi. Film üç turisti qaçırıb onların ağızlarını və anuslarını cərrahi yolla birləşdirərək "insan qırxayağı" əmələ gətirən alman cərrahından bəhs edir. Filmdə doktor Hayter rolunda Diter Lazer, onun qurbanları rolunda Eşli K. Uilyams, Eşlin Yennie, Akihiro Kitamura oynayıb. Rejissor Siksin dediyinə görə, filmin konsepsiyası onun dostları ilə birlikə uşağa təcavüz edən “kök yük maşını sürücüsünün” ağzını anusuna tikərək cəzalandırması ilə bağlı etdiyi zarafatdan yaranıb. Digər ilham mənbəyi İkinci Dünya müharibəsi zamanı nasistlərin tibbi təcrübələri olmuşdur: məsələn, Auşvitz konsentrasiya düşərgəsində nasist həkim Yozef Mengele tərəfindən həyata keçirilən tibbi eksperimentlər. Layihəni maliyyələşdirmək üçün investorlara müraciət edərkən, potensial dəstəkçiləri təxirə salmaqdan qorxan Siks filmin məzmununu onlara demədi; ona görə də maliyyəçilər filmin mahiyyətini film tamamlanana qədər başa düşmədilər. Film 30 aprel 2010-cu ildə ABŞ-da məhdud sayda kinoteatrlarda nümayiş olundu. Qarışıq tənqidi yanaşmalarla qəbul edilməsinə baxmayaraq, film beynəlxalq film festivallarında bir sıra mükafatlar qazandı. Siks tərəfindən ssenarisi yazılmış və ekranlaşdırılmış iki davam filmi - Tam ardıcıllıq və Yekun ardıcıllıq - müvafiq olaraq 2011 və 2015-ci illərdə ekranlara buraxılmışdır.
İnsan resursları
İnsan resursları — təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir. İnsan istehsal prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir. İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir. == İnsan resurslarının idarə edilməsi == İnsan resurslarının idarə edilməsi -iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyət insanı əsas tutmasıdır. Lakin, bu təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir. == Mənbə == İlhami Fındıkçı, İnsan kaynakları yönetimi, I Baskı, 1999, ss. 23–24.
İnsan skeleti
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. == Skelet haqqında ümumi məlumat == Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
İnsan xromosomları
Hüceyrələrdə bölünmə vaxtının xaricindəki müddətlərdə DNT uzun və dairəvi şəkil alır. Bu şəkilə "Xromatin ağ" deyirlər. Bölünmə səhifələrində xromatin ağ qısalır ve qalınlaşır. Beləcə xromosomu meydana gətirir. Xromosomun içində DNT ve protein mövcuddur. Xromosomların şəkli, böyüklüyü ve ədədi hər cürü üçün fərqlı və sabitdir. Eyni xromosom ədədinə sahip olma iki orqanizmin bir-birinə bənzəməsini gərəkdirmir. Orqanizmlərın bənzərliyi fərqliliyi ve inkişaf etmişliyi xromosom ədədinə deyil DNT'dəki bəzi düzülüşlərlə bağlıdır. İnsanda 46 ədəd xromosom mövcuddur.
İnsan ürəyi
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.